Icma.az
close
up
RU
Ölkəyə gətirilən maşınlara görə aksiz vergisi nə qədər artacaq? AÇIQLAMA

Ölkəyə gətirilən maşınlara görə aksiz vergisi nə qədər artacaq? AÇIQLAMA

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gələn ildən etibarən Azərbaycana idxal olunan yaşı 7 ildən çox olan minik avtomobilləri üçün aksiz vergisi artırılacaq.

Avtosfer.az xəbər verir ki, yeni qaydalara əsasən, 2026-cı ilin yanvarın 1-dən tətbiq olunacaq bu dəyişiklik avtomobil bazarına birbaşa təsir göstərəcək.

Yeni qərara görə, benzin mühərrikli avtomobillər üçün aksiz vergisinə 1.5 əmsalı, dizel mühərrikli avtomobillər üçün isə 2 yüksəldici əmsal tətbiq ediləcək. Bu, xüsusilə köhnə və dizel mühərrikli avtomobillərin qiymətinə ciddi şəkildə təsir edə bilər. Mütəxəssislər bildirirlər ki, bu dəyişiklik nəticəsində bəzi hallarda avtomobil qiymətləri artacaq, bazarda isə köhnə avtomobillərə olan maraq azala bilər.

Digər tərəfdən, bu qərarın əsas məqsədi ölkənin avtomobil parkını yeniləmək və ekoloji baxımdan daha təmiz, texniki cəhətdən təhlükəsiz nəqliyyat vasitələrinin istifadəsini təşviq etməkdir. Eyni zamanda, bu addım elektromobillərin bazarda daha geniş yayılmasına şərait yarada bilər.

Bütün bunlar fonunda sual yaranır: yeni aksiz dərəcələri və tətbiq ediləcək əmsallar Azərbaycan avtomobil bazarında qiymətləri necə dəyişəcək və vətəndaşların seçimlərinə hansı formada təsir göstərəcək? Digər tərəfdən ölkənin avtomobil parkının yenilənməsində gecikmələr gözlənilirmi?

Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Avtosfer.az-a açıqlamasında bildirib ki, bu dəyişikliklər təbii ki, avtomobil bazarına ciddi təsir göstərəcək:

“Həm avtomobil parkının yenilənməsi, həm də avtomobil qiymətlərinin yüksəlməsi baxımından bazarda aktivliyə təsir edəcək. Çünki benzinlə işləyən avtomobillərə 1.5 əmsalının tətbiqi 15 faizlik artım deməkdir.

Ona görə də bu tip avtomobillərdə qiymət artımının tam şəkildə avtomobilin satış qiymətinə ötürülməsi baş verməyəcək. Müəyyən hissəsi alıcının üzərinə keçəcək, müəyyən hissəsi isə təchizatçının üzərində qalacaq.

Dizel mühərrikli avtomobillərlə bağlı da qeyd etmək lazımdır ki, burada aksiz vergisinin 100 % artırılması bu avtomobillərin satış qiymətlərinə birbaşa təsir edəcək. Bu artım dinamikası avtomobil bazarında müəyyən durğunluq yaradacaq. İnsanlar gözləmə mövqeyinə keçəcək, nəticədə köhnə və hazırda istifadə olunan avtomobillərin qiymətində artım müşahidə ediləcək. Ümumilikdə isə bu dəyişikliklər dizellə işləyən avtomobillərin Azərbaycan bazarındakı payının azalmasına səbəb ola bilər”, – deyə ekspert bildirib.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyevin fikrincə isə, yeni qərar ölkənin avtomobil parkının yenilənməsi istiqamətində atılmış müsbət addım hesab olunur:

“Çünki məlumdur ki, hazırda ölkəmizdə avtomobil parkının 80 faizdən çoxunu yaşı 10 ildən yuxarı olan avtomobillər təşkil edir. Bu baxımdan, yeni qərar avtomobil parkının yenilənməsinə mühüm təkan verəcək.

Bildiyiniz kimi ölkəyə yaşı 10 ildən az olan avtomobillər gətirilə bilər. Aksizlərlə bağlı bu qərar isə  yaşı 7 ildən yuxarı avtomobillərə tətbiq ediləcək. Bu hal isə  vətəndaşların köhnə avtomobil idxalını azaltmaqla yanaşı, bazarda yeni və ya nisbətən az istifadə olunmuş, yəni 5 ilə qədər yaşı olan avtomobillərin satışını artıracaq.

Bununla belə, bəzi satıcılar yaşı yeddidən çox olan avtomobillərin qiymətini süni şəkildə qaldırmağa çalışacaqları gözlənilir. Lakin avtomobil sektorunda aparılan islahatlar, elektromobillərlə bağlı mövcud güzəştlər və rəsmi dilerlər tərəfindən həyata keçirilən müxtəlif kampaniyalar bu prosesin qarşısını müəyyən dərəcədə alacaq”.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Noyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see238

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see217

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see200

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see187

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see172

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri