Icma.az
close
up
RU
İraqdakı azərbaycanlılar ölkəyə qaytarılacaq? AÇIQLAMA

İraqdakı azərbaycanlılar ölkəyə qaytarılacaq? AÇIQLAMA

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İraq hakimiyyəti hazırda həbsdə olan yüzlərlə əcnəbi qadın və onların uşaqlarını azad edərək vətənlərinə qaytarmağı planlaşdırır. Həmin şəxslərin böyük qismi “İslam Dövləti” (İŞİD) terror təşkilatının üzvləri ilə evlilik və ya yaxınlıqda ittiham olunaraq həbsə atılıb.

İraq təhlükəsizlik qurumunun nümayəndəsinin sözlərinə görə, həbsdə olanların əksəriyyəti Rusiyadan, Türkiyədən və Azərbaycandan olan qadınlardır. Onların bir çoxu İŞİD üzvü olan şəxslərin həyat yoldaşlarıdır.

Məlumata görə, ölüm hökmünə məhkum olunan qadınlar azad olunmayacaq. Amma İŞİD-lə əlaqədə və ya müxtəlif cinayətlərdə ittiham edilərək həbs olunan qadınlar və onların uşaqları geri göndəriləcək. Hazırda İraq həbsxanalarında təxminən 625 əcnəbi qadın və 60 uşaq saxlanılır.

Məlumatda dəqiq say açıqlanmasa da, azərbaycanlı qadınların da siyahıda çoxluq təşkil etdiyi bildirilir.

Azərbaycan tərəfi bu istiqamətdə hansı addımları atmalıdır və ya atacaq?

Mövzu ilə əlaqədar Modern.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki,əvvəla həmin şəxslərin Azərbaycan vətəndaşı olub-olmadığını öyrənməklə bağlı zəruri addımlar atılmalıdır:

“Həmin  şəxslərin Azərbaycan vətəndaşları olduğu məlum olduqda, diplomatik kanallar vasitəsilə zəruri işlər görülür. Xüsusilə də, həmin şəxslər azadlığa çıxdıqdan sonra onların geri qaytarılması istiqamətində, eləcə də müəyyən sənədləşmə və sair bu qəbildən texniki dəstək göstərilir. Bunlar mövcud prosedurlara uyğun məsələlərdir.  Suriya və İraqla bağlı buna bənzər proseslər olub. Xüsusilə də, İraqdan Azərbaycan Respublikası vətəndaşlığı olan uşaqların qaytarılması, onların analarının Azərbaycana gəlişinin təmin olunması istiqamətində zəuri işlər yerinə yetirilib. Yəni bununla bağlı müvafiq təcrübə var. Həmin təcrübələrə uyğun olaraq, müəyyən prosedurlar daxilində və qanunvericiliyimizin imkan verdiyi ölçüdə, eləcə də, təbii ki,   beynəlxalq sənədlərə uyğun olaraq həmin şəxslərin Azərbaycana qaytarılması təmin olunur. düşünürəm ki, həmin prosedurlar daxilində Azərbaycan Respublikasının aidiyyəti diplomatik strukturları bu istiqamətdə zəruri addımlar atacaqlar”.

Deputat qeyd edib ki,eyni zamanda dövlət qurumları ilə yanaşı QHT-lər də bu prosesdə yaxından iştirak edə bilər:

“Əlbəttə, azyaşlı uşaqlarla bağlı zəruri işlər-xüsuilə də onların sosial, psixoloji reabilitasiyası və digər bu qəbildən addımlar atıla bilər.  Amma bir daha deyirəm, bu məsələ kompleks şəkildə öz həllini tapmalıdır. İnformasiya var və buna uyğun bizim diplomatik qurumlar zəruri addımlar atacaq. XİN-lə yanaşı xaricdə yaşayan vətəndaşlarımızla bağlı zəruri işlərin yerinə yetirilməsindən məsul strukturlar var. Onlar da bu məsələdə XİN-lə yaxından əməkdaşlıq edərək, həmin şəxslərlə bağlı zəruri işlər həyata keçirəcəklər. Həmin şəxslərin də bu məsələ ilə bağlı təbii ki, özlərinin müəyyən fikirləri ola bilər. İraqda görüldü ki, həbsxanada olan şəxslərin Azərbaycana gətirilməsi təşkil olunmuşdu və həbsdən buraxıldıqdan sonra kimsəsizlər evində olan uşaqlar Azərbaycana qaytarılmışdı. Elə qism insanlar da var ki onlar Azərbaycana gəlmir. Yəni özlərini İraq və Suriya cəmiyyətlərinə aid hiss edən bir qism insanlar ola bilər ki, Azərbaycana qayıtmaqdan imtina etsinlər. İstənilən halda onlar Azərbaycan vətəndaşıdırlarsa, dövlətin bu prosedə yaxından köməyinə arxalana bilərlər. Hər şey könüllülük prinsipi əsasında, mövcud qaydalar çərçivəsində qanunvericilikdən irəli gələn prosedurlara uyğun  olaraq təşkil olunacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Avqust 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri