Icma.az
close
up
RU
Ölməz əsərləri ilə xalqın yaddaşında yaşayan sənətkar

Ölməz əsərləri ilə xalqın yaddaşında yaşayan sənətkar

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış ictimai xadim,  Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyinə həsr olunan elmi sessiya keçirilib.

Elmi sessiya Ədəbiyyat İnstitutunun və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə görkəmli yazıçının həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış olub.

Mərasimi giriş sözü ilə açan akademik İsa Həbibbəyli elmi sessiyanın ölkə Prezidenti İlham Əliyevin “Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında” 4 sentyabr 2025-ci il tarixli Sərəncamına əsasən keçirildiyini bildirib. O, tədbirin materiallarının “Azərbaycan” jurnalında dərc olunacağını diqqətə çatdırıb. 

Azərbaycan ədəbiyyatının özünəməxsus imzalarından biri, Səməd Vurğun ocağının genetik və ədəbi davamçılarından olan Yusif Səmədoğlunun yaradıcılığı barədə məlumat verən akademik İsa Həbibbəyli bildirib ki, dərin ictimai-mənəvi məzmunlu əsərləri, hekayə və romanları ilə ədəbi prosesdə iz qoymuş yazıçının ötən əsrin 60-70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri vardır. Yusif Səmədoğlunun az saylı, dərin məzmunlu hekayələri Azərbaycan ədəbiyyatının nadir nümunələri sayılmağa layiqdir.

Akademik İsa Həbibbəyli Yusif Səmədoğlunun Azərbaycanda yeni tipli ədəbiyyatın yaradılmasının aparıcı simalarından biri olduğunu qeyd edib. O, Yusif Səmədoğlunun yaradıcılığında “Qətl günü” romanının xususi yer tutduğunu deyərək, Xalq yazıçısı Anarın bu əsəri “Azərbaycan ədəbiyyatında ədəbi hadisə” adlandırdığını vurğulayıb. AMEA rəhbəri parlaq mədəniyyət hadisəsinə çevrilən, dünya və insan haqqında məşhur “Qətl günü” romanının ədibə Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazandırdığını söyləyib. 

Ümummilli lider Heydər Əliyevin Xalq yazıçısı Yusif Səmədoğlunun  yaradıcılığını daim diqqət mərkəzində saxladığını deyən AMEA rəhbəri Ulu öndərin yazıçının xəstəliyində onun müalicəsi ilə bağlı xüsusi göstəriş verdiyini və xəstəxanada Yusif Səmədoğlunu ziyarət etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki,  Yusif Səmədoğlunun 90 illiyi ilə bağlı imzalanmış müvafiq Sərəncam Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan ədəbiyyat xadimlərinə hörmət və ehtiram ənənəsinin dövlət səviyyəsində ardıcıl şəkildə davam etdirməsinin bariz nümunəsidir.

“Azərbaycan bədii nəsrində magik realizm istiqamətli əsərləri sadalayarkən Yusif Səmədoğlunun “Qətl günü” və “Deyilənlər gəldi başa” romanları ağla gələn ilk sərlövhələrdəndir”, - deyən akademik İsa Həbibbəyli yazıçının yaradıcılığında folklor, mif, tənhalıq və buna bənzər magik realizmlə bağlı məsələlərin ön planda dayandığını bildirib. O, Azərbaycanda magik realizmin ədəbi cərəyana çevrilməsində Xalq yazıçısı Yusif Səmədoğlunun yeni yanaşmalarının əhəmiyyətini qeyd edib.

AMEA rəhbəri Yusif Səmədoğlunu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardan biri kimi xarakterizə edib, onun müstəqillik uğrunda mübarizədə vətəndaş-ziyalı mövqeyi ilə seçildiyini diqqətə çatdırıb. Bildirib ki, Yusif Səmədoğlu Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutaraq, həyata, gerçəkliyə fərqli münasibəti, dünyagörüşü, üslubu, düşüncə müxtəlifliyi ilə seçilib. 

Sonra AYB-nin sədri, Xalq yazıçısı Anar çıxış edərək görkəmli yazıçının Azərbaycan ədəbiyyatında xidmətlərindən, yaradıcılıq xüsusiyyətlərindən bəhs edib.  Vurğulayıb ki,  Yusif Səmədoğlu XX əsr Azərbaycan ziyalılığının ən ali keyfiyyətlərini öz şəxsiyyətində daşıyan, mənsub olduğu böyük bir nəsli təmsil edən istedadlı insan olub. O, həyatı boyu həm ədəbi, həm də ictimai-siyasi fəaliyyətində azərbaycançılıq mövqeyində durub, azadlıq, demokratiya, müstəqillik duyğusu ilə yaşayıb. 

Xalq yazıçısı Anar Yusif Səmədoğlunun ilk iri həcmli “Qətl günü” romanını Azərbaycan ədəbiyyatının şah əsəri kimi dəyərləndirib. O, görkəmli yazıçı ilə birgə səfərlərindən, unudulmaz görüşlərindən, dostluq münasibətlərindən bəhs edib, onunla bağlı xatirələrini bölüşüb.

Daha sonra şair-publisist Azad Yaşar “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadənin “Yusif Səmədoğlu şəxsiyyəti xatirələr işığında” adlı məruzəsini təqdim edib.

Elmi sessiyada filologiya elmləri doktoru Vaqif Yusiflinin “Qətl günü”ndən əvvəl – hekayələri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlının “Azərbaycan romanının təkamül prosesində “Qətl günü” əsərinin rolu”, filologiya elmləri doktoru Cavanşir Yusiflinin “Yusif Səmədoğlu mətninin poetikası”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının “Gündəliklərdən görünən Yusif Səmədoğlu” və filologiya üzrə fəlsəfə doktoru Südabə Ağabalayevanın “Yusif Səmədoğlu yaradıcılığı milli yaddaş kontekstində” adlı məruzələri dinlənilib.

Mərasimdə, həmçinin filologiya elmləri doktoru Bahar Bərdəli görkəmli yazıçı ilə bağlı xatirələrini bölüşüb.

Qabil YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see241

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see235

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see169

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri