Icma.az
close
up
RU
Ölü əsgər haqqında ballada Bertold Brext

Ölü əsgər haqqında ballada Bertold Brext

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Bertold Brextin "Ölü əsgər haqqında ballada" şeirini Aliyə Dadaşovanın tərcüməsində təqdim edir.

Müharibə beş ay idi, davam edirdi
Bitənə oxşamırdı heç cürə, qəti
Və qəhrəmanca öldü əsgər
Beləydi onun da öz qənaəti


Müharibəsə hələ davam edirdi
Kayzer çox düşündü, qərara gəldi
Belə şey hesaba uymayır heç cür
Əsgər düz vaxtında ölməmiş idi


Qəbrin üstündə torpağın buğu
Qəbrin üstünəki yay nəfəsiydi
Tanrının tarlasında bir gecə çağı
Peyda oldu hərbin tibbi heyəti


Həkimlər qəbri qazdırırdılar
Parıldayırdı iti, polad kürəklər
Nəhayət, göründü qara torpaqda
Döyüşdə həlak olan əsgər.

Tibb bacısı da vardı heyətdə
Əsgəri gözdən keçirdi onlar.
“Yararlıdır, fəraritək yatıb qəbirdə”
Deyə komissiyadakılar verdilər qərar

Əsgəri özləri ilə apardılar.
Dəbilqə olmasa, ulduzları görərdi onlar.
Gecə elə gözəl, masmavi idi,
Dəbilqə ulduzları söndürəmməzdi.

Likör verdilər ölən əsgərə,
Çürüyən bədəni qızışsın deyə,
Hər qolundan bir tibb bacısı yapışdı
Bir də yarıçılpaq qadın da vardı

Əsgər olduqca pis qoxuyurdu -
Qabaqda gedirdi keşiş bu üzdən.
Buxurdan yelləyirdi kimsə arxada
Əsgər iy verməməliydi - “nəzəri cəhətdən”

Chindra-ta-ta havası üstə,
Tempi yüksək marş çalınsın qoy...
Əsgərlər əsgərtək mətanət ilə,
Geniş addımlarla addımlasın qoy.

İki qardaş çiyni söykənəcəkdi
Feldşer də vardı onun yanında.
Əsgər torpağa düşə bilməzdi,
Yol vermək olmazdı heç cürə buna

Kəfəndən tikilmiş, üç rəngi vardı
Qara, bəyaz və qırmızı bayraq.
On mil sürüdülər kimsə görmədi
Bayrağın üstündə bu cür çürük var.

Qabaqda gedirdi fraklı bir cənab,
Gedirdi köksünü o, qabardaraq.
“Almanam”, deyirdi soruşanlara
İşini bilən biriydi baxsaq

Qaranlıq yollarla üzü aşağı,
Çindra-ta-ta yürüşü irəliləyirdi,
Ölü əsgər sərxoştək səndələyirdi,
Sanki çovğunda bir qar dənəsiydi.

Pişiklər, itlər zingildəyirdi
Tarlada siçanlar fit çalırdılar.
Fransız olmaq istəməzdilər,
Rüsvayçılıqdı bu, bilirdi onlar

Əsgər kəndlərdən keçdiyi zaman,
Qadınlar yollara yığışırdılar.
Ağaclar baş əyir, Ay parlayırdı
Hamı urra deyə qaşqırışırdı.

Pişik, keşiş və qadın,
Hamınıza əlvida
Ortada ölü bir əsgər var
Chindra-ta-ta,
Sərxoş meymun kimi oynadılır
Çindra tata çindra tata

Kimsə görmürdü onu
Hamının başı qarışıq idi
Yuxarıdan baxmaq lazım idi bəlkə
Yuxarıdan ulduzlar baxa bilirdi

Ulduzlar bir şəfəqlə yox olmuşdular
Heç nə əbədi deyilmiş məgər,
Beləcə, qırx dəfə hücuma keçdi
Bir yarpaq kimi çürüyən əsgər

Beləcə, qırx dəfə hücuma keçdi
Bir yarpaq kimi çürüyən əsgər
Döyüşdü, vuruşdu, çoxun öldürdü,
Nəhayət özü də ölənə qədər...

İndi döyüş meydanında qalıbdır əsgər
Bu dəfə dəfnsiz keçinmişdilər…
Yuxarıdan baxmaq lazımdı buna
Ordansa ulduzlar baxa bilərlər...

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi "Allah qarşısında günahkar olanların cəzasını verdik..." - 8 günə 50 min insanı qətlə yetirən qərar Əməkdar artist: "Rok musiqisi bizim aşıq musiqimizdir" - Açıqlama
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 Noyabr 2024 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri