Icma.az
close
up
RU
Kəlbəcər haqqında “Elegiya” və “Ballada” VİDEO

Kəlbəcər haqqında “Elegiya” və “Ballada” VİDEO

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kəlbəcəri düz 27 il görə bilmədik. Ümid bəslədiyimiz çox ünvanlar oldu. Amma bütün ünvanlar bizdə kədər qarışıq ümidsizlik hissləri yaratdı. Bu hisslər Elegiya janrında notlara düzüldü və qəmli düşüncələr ifadə etdi. Ümidlər emosional məzmun aldı. Hətta Kəlbəcər haqqında keçmiş zamanda danışmağa başladıq. Şairlər şerlərini, yazıçılar hekayələrini, musiqiçilər mahnısını keçmiş zamanda yazdı, ifa elədi. O vaxta qədər ki..,

Çox jurnalist Qarabağda əldə etdiyimiz Qələbədən adına film deyib çəkilişlər edir, ekranda nələrisə danışır, izah edir, göstərməyə çalışır. Əslində belə də olmalıdır. Hər peşə sahibi Qarabağda əldə etdiyimiz qələbəmizi, azad edilən ərazilərimizi, kəndlərimizi, rayonlarımızı bir cür vəsf etməyə çalışır. Bu nə qədər uğurlu olur bu ayrı bir mövzunun müzakirəsidir. Amma sənədli film adına ərsəyə gələnlərin əksəriyyəti görünütülərdən yığılmış kadr toplusudur desək yanılmarıq. Ssenarisiz filmlər bu gün “alqışlansa” da Böyük Qələbəni və Böyük Qayıdışı tam ifadə etmir. Tənqid etmək istəmirəm. Görünən və sübut olunan, yəni bilinən subyektiv ola bilməz. Buna görə gördüyümü və sübut olunanı yazıram ki, obyektiv dəyərləndirmə edə bilim.

Real TV-nin əməkdaşı Lalə Nürəddinqızı Kəlbəcər haqqında “Elegiya” və “Ballada” yazıb. Özü də tək yazmayıb, həm də sənədlərlə səhnələşdirib, sonra ekranlaşdırıb və filmə çevirib. Filmdə işğalla bir yerdə Kəlbəcərdən qaçqın düşən adət-ənənəmiz, kültürümüz, ümidlərimiz, sevincimiz, kədərimiz təsvir olunur, hətta Lalə Nürəddinqızı ilə birgə yenidən yaşanır, emosional məzmun alır, hisslərimizi tarıma çəkir. Amma insaflı davranıb öldürmür. Kədərin kuliminasiyasına nöqtə qoymur, 3 nöqtə qoyaraq hisslərimizə ümid verir. “Elegiya”da Kəlbəcərin yad əllərə düşməsinin günahını sorğulayır, şikayətlənir, hətta əsəbləşir. Və bütün bunları höküm vermədən edir. Müəllifin höküm vermək səlahiyyəti olmadığını peşəkarcasına hiss etdirir. Amma şikayət etdiyini nəyinki deyir, hətta göstərir. Uşaqların, qocaların, beli şalllı nənələrin, şəhid olan döyüşçülərin adı ilə, dili ilə edir bunu. Çünki “Elegiya”nın bir adı da məhz şikayətdir. Və filmin birinci hissəsində adı ilə mətn dostcasına bir-birini tamamlayır. Və...

“Ballada” hissəsində intizarda qoyduğu ümidi bizə qaytarır. Etdiyi şikayətin ünvana çatdığını və nəticə əldə etdiyini göstərir. Bununla kədərimizə sevinc qatır, Kəlbəcəri yenidən canlandırır, evlər tikir, insanları yurd-yuvasına qaytarır, uşaqları məktəbə yola salır və bunun səbəbkarını göstərir. Film peşəkarcasına hazırlanıb. Ərsəyə gələn tək-tük filmlərdəndir ki, uzunmüddətli yaşam şəhadətnaməsi alacaq. Fikirlərimə gec olsa da iki cümləli təklifimi də əlavə etmək istəyirəm.

Filmin birinci hissəsində, “Elegiya”da Kəlbəcərin ruhuna uyğun “Ruhani”, “Ballada”da isə “Baş divani”eşitmək istəyərdim. Ən azı mətinin alt qatında səsləndirmək olardı. Ola bilsin bu fikir, mənim Kəlbəcərin qonşusu olan Göyçədən olduğumdan və aşıq mahnılarını sevdiyimdən irəli gəlir. Amma fikrimcə kəlbəcərlilərin də ürəyincə olardı.

Yazdıqlarımı uzadıb dolaşığa salmayacağam. Yekun olaraq filmi yenidən sizə təqdim etməklə müəllif Lalə Nürəddinqızını, rejissor Hikmət Əsgərovu və redaktor Səbinə Ağayevanı peşəkar işlərinə görə təşəkkür edirəm.

Şöhrət El-Dəniz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Aprel 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri