Icma.az
close
up
RU
Ölü siyasi kimliyi diriltməyən, ictimai rəyi dəyişməyən ARXAİZM

Ölü siyasi kimliyi diriltməyən, ictimai rəyi dəyişməyən ARXAİZM

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əli Kərimlinin xaricdə dəstək axtarışı davam edir. 

Elə bilir ki, onun elektoratı onlardır. Ona görə də bizim onun işi-gücü dediyimiz sosial şəbəkə fəaliyyəti ancaq "xaric, xaric" sözləri üzərində qurulub. Elə bil xaricə səfər edən anda, ya xarici pasport alan kimi dünya dəyişəcək, sağ sol, sol da sağ olacaq və toz-duman qopacaq, yer yerindən oynayacaq. Yer yerindən oynayanda isə sosial bazası həndəsi silsilə ilə artacaq və səs verənləri növbəyə düzüləcək. 

Aludəçilik o həddədir ki, bütün reallıq hisslərini də itirib. Ona görə də müxtəlif ölkələrdən forumlara dəvət aldığını bəh-bəhlə paylaşan Əli Kərimli bununla Azərbaycan cəmiyyətinə ancaq özünün Qərb dəyərlərini və demokratiya gətirəcəyinə dair narrativləri sırımağa çalışır. 

Özü də o dəyərləri ki, o dəyərlərin bir misqal belə ona aidiyyəti yoxdur. O dəyərlər ki, bir ömür boyu o dəyərləri ayaq altında xıncım-xıncım əzməkdən daim zövq alıb. Amma dilində o dəyərlər refleksivə çevrilib. Dəyərlərin də dəyərini elə ondan danışmaqla etibardan salır... 

Demokratiya sivil dünyaya birləşmək, onunla eyni ahəngdə yaşamaqdır. Əli Kərimli isə bu ahəngdən daim uzaq olub. Daxildə heç bir sosial bazası qalmayan Əli Kərimli üçün danışdığı dəyərlər də, Avropada keçirilən müxtəlif tədbirlərdən bəh-bəhlə danışmaq da öləziyən ümiddir. 

Varşava Təhlükəsizlik Forumuna dəvət edildiyini sosial şəbəkələrdə car çəkməklə siyasi xal toplamağa çalışması da, Yunanıstanda keçiriləcək Afina Demokratiya Forumuna çağırıldığını söyləmək də ölən ümidlərə can vermək cəhdidir. Bu cəhdin arxasında isə hamının gerçəkdən kimliyini bildiyi obrazını böyütmək istəyidir. 

İnanan isə ancaq özü olur. Çünki cəmiyyət, xüsusən də siyasi mühit onu tanıdığından, bu kimi absurdlara zaman itirmir. Fəaliyyəti ancaq siyasi bleflərlə zəngin olan şəxs üçün hansısa bir foruma qatılmaqla nə ölü siyasi kimliyi diriltmək, nə də ictimai rəyi dəyişmək olur. Əli Kərimlinin hazırda reytinqinin olmaması cəmiyyətin bu cür siyasi manipulyasiyalara əhəmiyyət vermədiyini ən nümunəvi göstəricisidir. 

Əli Kərimlinin ağızdolusu danışdığı və manipulyasiya etdiyi Varsava Forumunun Avropanın təhlükəsizliyinə hər hansı fayda vermədiyi kimi, Afina Demokratiya Forumunun da dünyadakı heç bir siyasi-ictimai proseslərə faydası və təsiri yoxdur. Yəni bu forumlar ixrac gücünə malik olmayan, siyasi, iqtisadi, hüquqi proseslərə təsir etməyən qısır tədbirlərdir. 

Bəs Əli Kərimlinin bu qısır forumlara həvəsi nədəndir? Bu sualın cavabı da məlumdur. Ətrafına yığdığı zümrəni aldatmaq, həmin aldadılmışları özünə daha sıx bağlamaqla, gələcəklərini baltalamaq üçün manipulyasiya onun işinə yarayır. Avropaya getmək həvəsinin daha bir korporativ maraqdan doğan nüansı da özünü Qərblilərə göstərməkdir. Qatar isə gedib. 

Yəni Əli Kərimli bu məsələdə də gecikib, daha doğrusu, geri qalıb. Qərblilərə görünmənin ilk şərti olduğun yerdə görünməkdir. Azərbaycan siyasətində isə Əli Kərimli amili onun saxta şüarları ilə birlikdə illər öncə tarixin arxivində qalıb. Gənc nəsil Əli Kərimlini nə tanıyır, nə də tanımaq da istəyir. Müasir gənclər indiki dünyanın, süni intellek dövrünün yetirmələridir. 

Onlar arxaizmin qalıqlarına yox, özlərinin azad düşüncələrinə inanırlar. Əli Kərimlinin çağırışlarına onların ehtiyacı yoxdur. Ona görə də Əli Kərimli Avropada keçirilən forumlarda iştirak etsə də, hətta orada Alp dağlarına dırmansa da, bu, heç nəyi dəyişmək gücündə deyil. 

Birincisi Əli Kərimlinin, ikincisi isə bu forumların əhəmiyyəti yoxdur. Ora toplaşanlar da nəinki Əli Kərimlini, heç bir-birilərini tanımırlar. Nəhayət, o forumlardan ancaq Əli Kərimlinin özünün, ona sosial şəbəkədə "hay" verənlərin, bir də Qənimət Zahidin tutduğu "züy"ə qulaq asanların xəbəri var. 

Süleyman
“Cebheinfo.az”

Açar sözlər: Əli Kərimli siyasət AXCP

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Sentyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see185

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see128

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri