Icma.az
close
up
RU
Ölüm ayağında mənə üç söz dedi Xalq artisti vəfat edən oğlundan danışdı

Ölüm ayağında mənə üç söz dedi Xalq artisti vəfat edən oğlundan danışdı

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Allahımdan xahiş edirəm ki, məni tez övladıma qovuşdursun". Bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Həftənin qonağı" verilişində deyib.

Redaktor.az xəbər verir ki, o, dünyasını dəyişən oğlu Əli ilə bağlı xatirələrini bölüşüb:

"Biz Allaha üsyan etməməliyik. Bir müddət özümü yalnız hiss edərək, qapını bağlayıb tək qalmağa üstünlük verdim. O anda heç kim məni görməsin deyə, çığırmaq istəyirdim. Hayqırmaq istəyirdim ki, səsim Allaha qədər çatsın, nə üçün belə bir vəziyyətə düşdüm? Bir il ərzində yanımda heç kimi görmək istəmədim. Gecələr dənizə qaçır, bağırırdım. Lakin Allah mənə güc verdi, amma içimdəki o vulkan hələ də sönməyib. Bəzən gülümsəyirəm, amma o vulkan içimdə elə bir qüvvə ilə yanır ki, heç sevinməyə belə haqqım olmadığını hiss edirəm".

Dostəliyeva oğlu Əlinin son anlarını belə xatırlayır:

"Əlim dünyasını dəyişəndə mənə son üç sözünü dedi. Halı çox pisləşmişdi, gözləri ilə mənə baxdı. Birdən infarkt keçirdi, özü vəziyyətini anlayırdı, amma mən heç nə hiss etmirdim. Mədəsində ağrılar olduğunu söylədi. "Plovu çox yedim, özümü pis hiss edirəm" dedi, uzandı. "Özümü yaxşı hiss etmirəm, su istəyirəm" söylədi. Evdə bacım və qonaqlarımız var idi. "O stəkana buz əlavə et" dedi. Cavab verdim ki, "Soyuq olar sənə." Amma o, "ürəyim yanır, su istəyirəm" deyərək suyu içdi. Sonra mənə dedi: "Getmə, ana, sənə bir şey demək istəyirəm". Mən oturmuşdum, o isə uzanmışdı. Başını qucağıma aldım. Sonra dedi: "Ana, bizim əziyyətimizi çox çəkmisən, haqqını mənə halal et". Bu sözlər məni çox sarsıtdı, dedim ki, "o nə sözdür, halaldır." Amma sonra dedi: "Tamerlanı (Əlinin oğlu) sənə ümid edirəm. Heç vaxt səhnəyə qanıqara çıxma, səhnəni buraxma, bu sözlərimi qulağında sırğa kimi saxla". Mən düşünürdüm ki, o zarafat edir. Amma sonra başa düşdüm ki, o həqiqətən də həyatının son anlarını hiss edirdi. Biz isə bu sözləri ciddi qəbul etmədik. Ondan sonra nə baş verdiyini danışmaq istəmirəm. Amma hər dəfə səhnəyə çıxanda Əlinin o sözləri qulağımda səslənir: "Səni sevənlərin gözünü yolda qoyma, səhnəyə çıx, həmişə şən əhvali-ruhiyyədə ol, dostlarımıza və düşmənlərimizə hörmətlə yanaş". O zaman nə üçün bu sözləri dedi, başa düşmədim. Amma indi hər dəfə səhnəyə çıxanda o səs qulağımda səslənir, elə bil ki, dünən deyib".

Qeyd edək ki, Xalq artisti Nazpəri Dostəliyevanın böyük oğlu Əli 2021-ci ildə 41 yaşında ürək çatışmazlığından vəfat edib. O, həyat yoldaşından bir neçə il əvvəl ayrılmışdı (oxu.az). 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Mart 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see329

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see268

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see248

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see210

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see210

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see180

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see150

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see143

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see139

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see138

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see138

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see135

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see130

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see128

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see127

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see126

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see126

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see125

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see124

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri