Icma.az
close
up
RU
Psixoloqdan QALMAQALLI açıqlama: “Qadın və kişi öz təyinatını dəyişib”

Psixoloqdan QALMAQALLI açıqlama: “Qadın və kişi öz təyinatını dəyişib”

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“İnsan həyatının önəmli bir hissəsini partnyor, tərəfdaş və ya ər-arvad seçimi zəbt edir”. 

Bu sözləri məşhur psixoloq Əfsanə Rüstəmova “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, əvvəllər isə bu seçim indiki kimi deyildi: 

“Məsələn, qızın bətni uşaq daşımağa uyğun olan kimi elçiləri çıxırdı. Günümüzdə buna erkən nikah deyilir. Oğlanlar üçün isə bu, “bığ yeri tərləmək”lə ölçülürdü. Sonra bir dönəm nələrsə yaşandı və insanlar evliliyin sadəcə nəsil davam etdirməmək olduğunu anladılar. Bura xaricdə təhsil, sosial şəbəkələr, elmin inkişafı, kitab oxumağın artması, xoşbəxt olmayan evlilik və boşanmaların artması kimi faktorları aid etmək olar. 

Bu anlayış dəyişikliyi insanların evliliyə baxışını və seçimlərini dəyişdi. Bir zamanlar sadəcə “uşaq doğmaq” üçün “alınan” qızlardan indi “ağıllı həmsöhbət”, öz ayağı üstündə durmaq gözləntisi yaranıb. Bundan başqa, bir zamanlar “çöldə işləyib evə pul gətirən” kişidən indi “hər sahədə ailəsin dəstəkləməli” olan kişi modeli yaranıb”. 

Psxioloq qeyd edib ki, zaman dəyişdikcə, anlayışların dəyişməsi və gözlənti fərqi normaldır: “Lakin indi yaranan modelin klassik ailə olmadığı dəqiqdir. Belə olan halda bu dəyişimə ayaq uyduranlarla ayaq uydurmayanların mübahisəsi yaranır. İşin pis yanı odur ki, hər iki tərəf öz mövqeyində haqlıdır. Yəni indi münasibətdə “çoxfunksiyalı” kişi və ya qadın axtarılır. Bu “rəngarənglik” anlayışının çox davam edə bilməyəcəyini, bunun psixoloji fəsadlarının çox olacağını düşünürəm”. 

Əfsanə Rüstəmovanın sözlərinə görə, artıq qadın və kişi öz təyinatını dəyişib: “Əvvəllər sadəcə ailə içində rolları olan bu iki şəxs indi artıq cəmiyyətdəki obrazını ailəyə də yeritməyə çalışır. Lakin ailə bu obraz üçün çox uyğun olmadığından xaos yaranır. Sonda isə boşanmaya gətirib çıxarır. 

Əslində, insanlar münasibətə başlayarkən onu tam olaraq hansı təyinatda seçmək istədiyini mütləq şəkildə bilməli, özləri üçün nə axtardıqlarının fərqində olmalıdırlar. Nə üçün axtardığımızı bilmək tapmaq istədiyimiz şəxsi nədən tanıyacağımızı da göstərəcək. Necə xarakterə sahib insanların adətən hansı məkanlarda olduğunu biləndə, partnyorumuz əlimizlə qoymuş kimi tapa bilərik. Bunun üçün nə istədiyini və hara baxmalı olduğunu bilmək lazımdır. Biz isə bunu çox qarışıq hala gətiririk”. 

Həmsöhbətimiz diqqətə çatdırıb ki, insanlar qarşı tərəfdə nələrə güzəştə gedib, nələrə güzəştə getməyəcəklərindən də əmin olmalıdırlar: “Buna uyğun seçim etmək lazımdır. Ümumiyyətlə, insan üçün partnyor mütləqdir. Onsuz həyat çox maraqsız olur. Çünki insanın həyatına və yaşadıqlarına bir şahid lazımdır. Yəni həyat yoldaşımızı bu cəhətdən şahid kimi seçirik. 

Yaşadıqlarımıza, hiss edəcəklərimizə həqiqətən şahid olmasını istədiyimiz insanı seçməliyik. Belə bir insan seçdikdə, onun pis görünən tərəflərinə də güzəştə getmək olar. Bu, uzunömürlü münasibətlər üçün əsas şərtlərdən biridir”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: əfsanə rüstəmova psixoloq qalmaqal

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Mart 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri