Icma.az
close
up
RU
Ölüm təhlükəsi ilə üzləşdiyini bilərək sərnişinləri sakitləşdirən bələdçi xanımın qəhrəmanlığı hər kəs üçün nümunə olmalıdır DEPUTAT

Ölüm təhlükəsi ilə üzləşdiyini bilərək sərnişinləri sakitləşdirən bələdçi xanımın qəhrəmanlığı hər kəs üçün nümunə olmalıdır DEPUTAT

Icma.az, Sonxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ölüm təhlükəsi ilə üzləşdiyini bilərək sərnişinləri sakitləşdirən bələdçi xanımın qəhrəmanlığı hər kəs üçün nümunə olmalıdır " - DEPUTAT

"Qazaxıstanın Aktau şəhəri yaxınlığında, Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması hər birimizi sarsıtdı. Dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, ailələrinə baş sağlığı verirəm, yaralılara tezliklə şəfa tapmasını arzulayıram. Hadisənin araşdırılması ilə bağlı Prezident İlham Əliyevin sərəncamına əsasən Dövlət Komissiyası yaradılmış, Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdır".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, aidiyyəti orqanların nümayəndələri hadisə yerinə ezam olunublar:

"Qəzadan sağ çıxanlar xəstəxanaya yerləşdirilmiş, vətəndaş sorğularının cavablandırılması üçün "Qaynar xətt" təşkil olunmuşdur. Cənab Prezident tərəfindən Baş Nazir Əli Əsədova həlak olan və xəsarət alanlara dövlət dəstəyinin göstərilməsi barədə tapşırıqlar verilib.Qəzanın baş vermə səbəbləri barədə, müxtəlif internet resurslarında həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. Belə şayiələrin yayılması doğru deyil. Qeyd etdiyim kimi, hadisə yerində peşəkarlar araşdırma aparır. "Qara qutu" və təyyarənin qalıqları tam müayinə olunandan, şahidlərin ifadələri alınandan sonra sonra rəsmi mövqe ilə ictimaiyyət tanış olacaqdır. Yalan məlumatları yaymağa, baş vermiş faciədən məkrli məqsədlər üçün istifadə etməyə ehtiyac yoxdur.

İlkin olaraq, yayılan videogörüntülərə əsasən deyə bilərik ki, pilotlar, bütövlükdə ekipaj, sərnişinlərin xilas olması üçün əllərindən gələni etmişlər. Xüsusilə, son anda, ölüm təhlükəsi ilə üzləşdiyini bilərək, sərnişinləri sakitləşdirən bələdçi xanımın qəhrəmanlığını vurğulamaq istərdim. Belə bir Azərbaycanlı qadının qəhrəmanlığı hər kəs üçün nümunə olmalıdır".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 26 Dekabr 2024 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see232

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see161

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see156

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri