Icma.az
close
up
RU
“Ölümcül miras” sənədli filminin təqdimatı

“Ölümcül miras” sənədli filminin təqdimatı

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ANAMA və BMT-nin birgə təşkilatçılığı ilə “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində Qarabağ Dirçəliş Fondunun (QDF) sifarişi ilə “Beach house pictures” şirkətinin çəkdiyi “Ölümcül miras” sənədli filminin qapalı təqdimatı olub.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların nümayəndələri, QDF-in donor və tərəfdaşları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Film Azərbaycan Prezidenti İlham Əliyevin dünyada mina terroruna son qoyulması və humanitar minatəmizləmə təşəbbüsünün BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədinə daxil edilməsi üzrə beynəlxalq səylərini, işğaldan azad edilmiş ərazilərdəki mina probleminin miqyasını və təhlükənin fəsadlarını faktlarla işıqlandırır. Çəkilişləri Azərbaycanla yanaşı, Bosniya və Herseqovina, Kolumbiya və Laosda aparılan ekran əsəri yerli və beynəlxalq ekspertlərin, rəsmi şəxslərin müsahibələri, eləcə də mina terrorundan zərər çəkmiş şəxslərin hekayələri əsasında hazırlanıb.

Təqdimatda Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, “Saksesful strateciz” Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru, filmin baş prodüseri Faiq Bağırov və rejissoru Alison Jayne Vilson sənədli ekran əsərinə mövzu olan mina probleminin kəskinliyini və təxirəsalınmazlığını vurğulayıblar.

Bildirilib ki, “Ölümcül miras” filmi mina probleminin yalnız texniki və humanitar aspektlərini deyil, həm də onun qlobal miqyasda yaratdığı uzunmüddətli fəsadları diqqətə çatdırır. Filmdə münaqişələr başa çatdıqdan onilliklər sonra belə, minalarla çirklənmiş ərazilərin təhlükəsizliyinin təmin edilməsinin ölkələr və icmalar qarşısında mühüm çağırış olduğu ucadan səsləndirilir.

Qeyd olunub ki, sənədli film vasitəsilə mina təhlükəsinin qurbanlarının həyat hekayələrinin beynəlxalq ictimaiyyətə çatdırılması, problemin miqyası barədə məlumatlılığın artırılması və humanitar minatəmizləmənin qlobal gündəmdə daha geniş yer almasına töhfə verilməsi qarşıya məqsəd qoyulub. Azərbaycanın mina probleminin aradan qaldırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı fəaliyyət, beynəlxalq əməkdaşlığın əhəmiyyəti və bu sahədə qabaqcıl təcrübələrin bölüşdürülməsinin vacibliyi də diqqətə çatdırılıb.

Təqdimat çərçivəsində qonaqlara Qarabağ Dirçəliş Fondunun sifarişi ilə ərsəyə gətirilmiş “Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi” kitabı hədiyyə edilib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Sentyabr 2026 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri