“Harmoniya” sənədli filminin təqdimatı keçiriləcək
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Dekabrın 21-də Nizami Kino Mərkəzində Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən “Harmoniya” sənədli filminin təqdimatı keçiriləcək.
XQ xəbər verir ki, film Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə layihəsidir.
Sənədli film Azərbaycanda dinlərarası harmoniyanın təbliği məqsədilə hazırlanıb. Sənədli ekran əsərində ölkəmizdə multikulturalizm ənənəsinin gündəlik həyatdakı təzahürləri real insan hekayələri ilə təqdim edilir, cəmiyyətimizdə tolerantlıq, qarşılıqlı hörmət və multikultural dəyərlərin mövcudluğu izləyiciyə çatdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 19 Dekabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















