Icma.az
close
up
RU
Ölümcül TƏHLÜKƏ Göbələkdən zəhərlənməmək üçün nələrə diqqət etməliyik?

Ölümcül TƏHLÜKƏ Göbələkdən zəhərlənməmək üçün nələrə diqqət etməliyik?

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tez-tez göbələkdən zəhərlənmə hallarına dair məlumatlar eşidirik. Bəzən ölümlə nəticələnən hadisələrə də rast gəlirik. Bu qida həm marketlərdə kütləvi şəkildə satılır, həm də mövsümi dövrlərdə açıq şəkildə bazarlarda, küçələrdə, yol kənarlarında satıldığını görürük. Bir çox hallarda insanlar açıq halda satılan göbələkləri almağa üstünlük verirlər. Bəs mütəxəssislər nə deyirlər? Göbələyi haradan və necə alsaq həm özümüzü, həm də yaxınlarımızı zəhərlənmə təhlükəsindən qoruya bilərik? Göbələk seçərkən diqqət edilməli məqamlar hansılardır?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Bu göbələkləri almaq heç bir təhlükə yaratmır

Qida mütəxəssisi Ağa Salamovun sözlərinə görə, marketdən göbələk alanda diqqətli olmaq lazımdır: "Marketlərdən mədəniləşdirilmiş şampinyon göbələklərini almaq heç bir təhlükə yaratmır. Onlarda zəhərlənmə ehtimalı sıfıra bərabərdir. Sadəcə diqqət etmək lazımdır ki, göbələk düzgün şəraitdə saxlanılsın. İstehlakçılar aldıqları göbələyin qoxusuna da diqqət etsin. Şirə salmış, rəngi dəyişmiş, qaralmış göbələk almasınlar. Normal göbələk ağ rəngdə olmalıdır. Göbələyi aldıqdan sonra evdə də uzun müddət saxlamaq olmaz. Üç gün ərzində istehlak edilməlidir".

Ekspert göbələyin bişirilmə qaydasına da aydınlıq gətirib: "Göbələyi bişirilən zaman şirə salmamasına, rəngini dəyişməməsinə diqqət edilməlidir. Yüksək atəşdə təcili bişirilməlidir. Yanında qatıq və digər süd məhsulları ilə yeyilə bilər. Amma göbələk yeyərkən alkoqol istifadəsi zəhərlənmə riskini artırır".

"Qatıq və digər süd məhsullarından istifadə çıxış yolu deyil"

A.Salamovun fikrincə, Bakıya rayonlardan gətirilən göbələyi almaq risklidir: "Çünki çox zaman meşədən səhvən şampinyon əvəzinə solğun əzvay göbələyi yığırlar. Bu göbələk zəhərli olduğundan, yedikdə ölümlə nəticələnə bilər. Əksər hallarda satıcılar tanımır, sadəcə satış məqsədilə yığıb satırlar".

Mütəxəssisin sözlərinə görə, göbələk turşusu da təhlükəlidir: "Hansı ki, bir çoxunun üzərində tarixi də olmur. Bazarlarda belə məhsullara rast gəlmək mümkündür. Hansı ki, meşədən toplayıb kustar üsulla hazırlayırlar".

Ekspertin fikrincə, göbələkdən zəhərlənmə zamanı qatıq və digər süd məhsullardan istifadə etmək çıxış yolu deyil. Ən düzgün yol xəstəxanaya müraciət etməkdir.

"Həzm olunması çətin qidadır"

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkim-toksikoloqu Aynur Məmmədova bildirib ki, göbələk yeyərkən maksimum ehtiyatlı olmaq lazımdır: "Marketlərdə satılan, süni şəkildə yetişdirilən göbələklər zəhərsizdir. Amma bişirdikdən sonra mütləq yeyilməlidir, digər günlərə saxlanılmamalıdır. Göbələk həzmi çətin qidadır. Mədə-bağırsaqda, mədəaltı vəzində, öd kisəsində, həzm sistemində problem olan xəstələrin göbələk yeməsi məsləhət görülmür. Beş yaşına kimi uşaqlara verilməsi də düzgün deyil. Yaşlı insanların da istehlakını məsləhət görmürük".

Həkimin fikrincə, zəhərli göbələyi sadəcə yemək deyil, ona toxunmaq da böyük faciələrə səbəb ola bilər: "Yay aylarında insanlar rayonlara istirahətə gedirlər. Hansısa restoranda göbələk sifariş edəndə mütləq mənbəyi ilə maraqlansınlar. Hətta zəhərli göbələyə sadəcə toxunsaq belə, mütləq əlləri yumaq lazımdır. Uşaqlara başa salmaq lazımdır ki, həyətdə, küçədə göbələk gördükləri zaman qəti şəkildə toxunmasınlar".

"Ölümə gətirib çıxara bilər"

A.Məmmədovanın sözlərinə görə, bu il göbələkdən zəhərlənmə baş verməyib, ölüm halı qeydə alınmayıb: "Amma mədə-bağırsaq pozğunluğu olan xəstələr tez-tez müraciət edirlər. Əksər hallarda müraciət edənlər deyirlər ki, bu gün bişirdik, sabah yedik. Göbələk çox ağır fəsadlara səbəb olur. Zəhərlənmə halında xəstəxanaya nə qədər tez müraciət edilsə, risk o qədər az olar".

"Allergiyası olan şəxslər göbələkdən istifadə etməməlidirlər"

Terapevt Fəxriyyə Əhmədovanın fikrincə, göbələyi əsasən ev şəraitində hazırlamalı və mütləq qaynatmalıyıq: "Açıq satışda olan, yol kənarında satılan göbələklərdən uzaq durmaq lazımdır. Alarkən qablaşdırılmasına, tarixinə, görünüşünə diqqət etməliyik. Göbələyi bişirərkən 3-5 dəqiqəlik suda qaynatmaq doğru addımdır. Həmin suyu atdıqdan sonra bişirə bilərik. Bu zaman tərkibindəki toksinlər funksiyasını itirir. Bununla təhlükəni minimuma endirmiş olarıq. Çalışaq göbələyi ev şəraitində hazırlayaq".

F.Əhmədovanın sözlərinə görə, bu mövsümdə göbələklə bağlı daha çox allergik problemlərə rast gəlinir: "Göbələk yedikdən sonra dəridə səpgilər, qaşınma, övrə kimi əlamətlər olur. Mart ayından bəri belə hallarla çox qarşılaşırıq. Allergiyası olan şəxslər göbələkdən istifadə etməməlidirlər".

"Özbaşına müalicə ağırlaşmalara səbəb ola bilər"

Terapevt bildirir ki, keyfiyyətsiz göbələk daha çox qida toksiki infeksiyaları, allergik problemlər yaradır. Amma zəhərli göbələklər qısa müddətdə öldürə bilir. Göbələkdən zəhərlənmə olduğunu hiss edən kimi yubatmadan təcili yardım çağırılmalıdır. Mədə-bağırsaq təmizlənməlidir. Stasionar şəraitdə zəhərlənmə əlamətləri daha tez aradan qaldırılır. Özbaşına müalicə daha da ağırlaşmalara səbəb ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Sentyabr 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri