Icma.az
close
up
RU
Ölümcül VİRUS sürətlə yayılır Professordan XƏBƏRDARLIQ

Ölümcül VİRUS sürətlə yayılır Professordan XƏBƏRDARLIQ

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədəki nümayəndəsi Tarik Jazareviç bildirib ki, kifayət qədər tədqiqat aparılmadığı üçün Nipah virusunun dünya miqyasında daha geniş yayılma riski mövcuddur.

Onun sözlərinə görə, “Hindistan və Banqladeşin bəzi bölgələri, o cümlədən Qərbi Benqal, yarasa populyasiyalarında Nipah virusunun məlum rezervuarını nəzərə alsaq, yoluxma hallarının artması mümkündür”.

Jazareviç həmçinin ictimaiyyətin risk faktorları barədə məlumatlandırılmasının vacibliyini vurğulayıb.

Bir daha xatırladaq ki, Nipah virusuna qarşı nə peyvənd, nə də xüsusi müalicə var. İlk dəfə 1999-cu ildə Malayziyada donuz fermerləri arasında aşkar edilən bu virus, ÜST tərəfindən yüksək riskli patogen hesab olunur. Ölüm hallarının nisbəti 40–75% arasında dəyişir.

Ötən həftə “The Economic Times” qəzetinin məlumatına görə, Hindistanın Qərbi Benqal əyalətinin Kalkutta bölgəsində Nipah virusuna yoluxma baş verib. Beş yoluxma halı təsdiqlənib, onlardan üçü ötən həftə qeydə alınıb. Yoluxanlar arasında həkim, tibb bacısı və digər səhiyyə işçiləri də var. Təmasda olan təxminən 100 nəfər karantinə alınıb.

Epidemiyanın ilk iki halı isə yeni ildən dərhal sonra iki tibb bacısında aşkarlanıb, onlardan biri hazırda komadadır. Yoluxmanın mənbəyi ehtimal ki, laboratoriya müayinəsi aparılmadan əvvəl naməlum xəstəlikdən vəfat etmiş bir şəxsdir.

Bəs bu qorxulu virusa qarşı peyvənd nə qədər vaxta hazır ola bilər? Bu yöndə iş gedirmi? COVİD 19 peyvəndi nə qədər müddətə ərsəyə gəlmişdi. Yeni pandemiya mümkünmü?

Həkim-cərrah, tibb elmləri doktoru Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Ümumiyyətlə, virus ilk dəfə məhz bu zonalarda aşkar edilib və Nipah çayının adı ilə adlandırılıb. Bu, zoonotik virusdur – yəni əsasən heyvanlarda mövcud olan, lakin insana da keçə bilən infeksiyadır. Virus ilk olaraq meyvə ilə qidalanan yarasalarda qeydə alınıb. Ehtimal olunur ki, həmin yarasalardan digər növlərə də keçib. 1998-ci ildə ilk dəfə Malayziyada insanlarda yoluxma faktı rəsmi şəkildə qeydə alınıb. Ola bilsin ki, bundan əvvəl də yoluxmalar olub, lakin qeydiyyata alınmış ilk hal məhz həmin dövrə təsadüf edir. Hadisə əsasən donuz fermalarında baş verib. Həmin vaxt təxminən 265–300 nəfərin yoluxduğu, onlardan isə 108 nəfərin həyatını itirdiyi bildirilir.

Virusla bağlı vəziyyət həmin ərəfədə dərhal ciddi nəzarətə götürülüb, lokallaşdırılıb və yayılmasının qarşısı alınıb. Lakin Ümumdünya Səhiyyə Təşkilatı virusun yüksək yoluxduruculuq potensialını və genomunda mutasiyaya meylli olmasını nəzərə alaraq onu təhlükəli viruslar kateqoriyasına daxil edib. Virusun ölümcüllük (letal) göstəricisinin 45–70 faiz arasında olduğu bildirilir ki, bu da onun yüksək risk daşıdığını göstərir. Ümumdünya Səhiyyə Təşkilatının, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin proqnozlarına görə, virus gələcəkdə təhlükəli epidemiyalara səbəb ola bilər”.

Adil Qeybulla qeyd edib ki, ümumilikdə virus orqanizmə ağız boşluğu, burun boşluğu və tənəffüs yolları vasitəsilə daxil olur: “İlk mərhələdə boğaz ağrısı, anginaya bənzər ağrılar, yüksək hərarət, güclü baş və bədən ağrıları müşahidə edilir. Daha sonra ürəkbulanma, qusma, intoksikasiya, halsızlıq, huşun qaranlıqlaşması, ağır hallarda koma və ölüm baş verə bilər. Xəstəliyin ən təhlükəli tərəfi isə onun respirator əlamətlərlə yanaşı, ensefalitə – yəni beyin iltihabına səbəb olmasıdır. Hazırda xəstəlik nəzarət altına götürülüb, Banqladeşdə, Hindistanda və Qərbi Nepal ərazilərində karantin tədbirləri həyata keçirilir. ÜST-nin mütəxəssisləri həmin bölgələrdə fəaliyyət göstərir. Bununla belə, nəzərə almaq lazımdır ki, virus vaxtilə Malayziyada donuz fermalarında aşkar olunmuş və həmin heyvanlara qulluq edən insanlar da yoluxmuşdu. Bu baxımdan təhlükə hələ də qalır. Xüsusilə heyvanların yoluxması və heyvandarlıq təsərrüfatlarında çalışan insanların risk altında olması səbəbindən bütün fermalar ciddi şəkildə yoxlanmalı və daimi nəzarətə götürülməlidir”.

Həkim infeksiyanın Azərbaycana daxil olması tam real sayır: “Çünki qloballaşan dünyada insanların miqrasiyası, turizm, biznes əlaqələri və intensiv gediş-gəliş mövcuddur. Buna görə də maksimum diqqətli olmaq vacibdir. Şübhəli hallarla rastlaşdıqda dərhal izolyasiya tədbirləri görülməli, karantin rejimi tətbiq olunmalı və zəruri profilaktik addımlar atılmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Yanvar 2026 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri