Icma.az
close
up
RU
ABŞ yə qaçdı, özünü Braziliya lideri elan etdi

ABŞ yə qaçdı, özünü Braziliya lideri elan etdi

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Braziliyada keçirilən prezident seçkilərində Luiz İnasio Lula da Silvaya məğlub olduqdan sonra ölkəni tərk edərək ABŞ-yə qaçan senator Flavio Bolsonaro özünü “Braziliya lideri” elan edib.

“Qafqazinfo” xəbər verir ki, Bolsonaro “X” sosial şəbəkəsində paylaşdığı, daha sonra silərək yenidən dərc etdiyi məktubda əvvəlcə özünü “əsl seçilmiş prezident” adlandırıb, sonradan isə bu ifadəni “Braziliya lideri” ilə əvəzləyib.

Məktubunda ona dəstək verən Argentina Prezidenti Xavyer Mileyə və ABŞ Prezidenti Donald Trampa təşəkkür edən Bolsonaro ABŞ-ni azadlıqlar ölkəsi adlandırıb. O, Braziliyanı tərk etməsini qaçış deyil, siyasi mübarizə strategiyası kimi təqdim edib.

“Braziliyadan qaçmadığımı, Braziliya üçün getdiyimi açıq şəkildə bildirmək istəyirəm. Xalqımın layiq olduğu lider olmaq üçün bu fövqəladə rejimi tərk etdim”, – Bolsonaro yazıb.

O, Braziliyanın mövcud hakimiyyətini və məhkəmə sistemini sərt tənqid edib, Ali Məhkəmənin hakimi Kristiano Zanini seçkilərə müdaxilədə günahlandırıb. Bolsonaronun iddiasına görə, səsvermə müddətinin iki saat uzadılması Lula da Silvanın ikinci turda 10 milyondan çox əlavə səs qazanmasına imkan verib.

Senator ölkədən ayrılmaq qərarını zərurətlə izah edib və ailəsinə, eləcə də, tərəfdarlarına qarşı siyasi təqiblərin olduğunu bildirib. O, mübarizəsini ABŞ-dən davam etdirəcəyini bildirərək, Braziliyada demokratiya, insan hüquqları və azadlıq uğrunda mübarizəsinin yeni başladığını vurğulayıb.

Bolsonaro məktubunun sonunda özünü yalnız ona səs verən 60 milyon seçicinin deyil, bütün Braziliya xalqının lideri adlandırıb və seçkiləri saxtalaşdırmaqda günahlandırdığı şəxsləri ölkədə tiranlıq qurmaqda ittiham edib.

Bolsonaronun seçkilərdə saxtakarlıqla bağlı iddialarına baxmayaraq, nəticələr Braziliyanın rəsmi qurumları, o cümlədən Ali Seçki Məhkəməsi, məhkəmə sistemi, hökumət və onun namizədliyini irəli sürən Liberal Partiya tərəfindən tanınıb.

Məlumata görə, korrupsiya və çirkli pulların yuyulması ilə bağlı araşdırmalar çərçivəsində Bolsonaronun pasportu müsadirə edilib. Buna baxmayaraq, onun səyahət qadağası qüvvədə olduğu halda ölkəni tərk etdiyi bildirilir. Braziliya Prezidenti Lula da Silva senatorun ölkədən getməsini “utancverici” adlandırıb.

Braziliyanın Federal Ali Məhkəməsi keçmiş prezident Jair Bolsonaronun həyatından bəhs edən “Qaranlıq At” bioqrafik filminin qanunsuz maliyyələşdirilməsi iddialarını araşdırır. “O Estado de S. Paulo” və “O Globo” qəzetlərinin məlumatına görə, Flavio Bolsonaro və onun yaxın çevrəsi başqa bir çirkli pulların yuyulması işi ilə bağlı da araşdırma predmetidir.

ABŞ prezidenti Donald Tramp dünən verdiyi açıqlamada Braziliya seçkilərinin nəticələrinə şübhə ilə yanaşdığını, Bolsonaro və ailəsinin ABŞ-yə girməsinə icazə verdiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Oktyabr 2026 07:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri