Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Ölümdən dönən adam Kənan Hacı İlqar Fəhmiyə nəyi vəsiyyət edib? MÜSAHİBƏ

Ölümdən dönən adam Kənan Hacı İlqar Fəhmiyə nəyi vəsiyyət edib? MÜSAHİBƏ

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Bakpost.az martın 4-də 50 yaşını tamamlayan yazar Kənan Hacı ilə müsahibəni təqdim edir:

- Kənan bəy, əsri yarıladın, nə dəyişdi, nələri qazandın, itirdiklərin nələr oldu bu müddətdə? Ümumiyyətlə, necə bir hissdir 50-də var olmaq?

- Çox qəribə hisdir. Özümü heç cür 50 yaşında hiss etmirəm. Amma rəqəmlər mahiyyəti dəyişmir. İçimdə bir məmnunluq hissi var. Ömrü fənaya vermədik, nələrsə etməyə çalışdıq.

- 10 il əvvəlki müsahibəmizi xatırlayıram, həmin vaxt işsiz, evsiz, ağır xəstəliklə mübarizə aparan, ölümün kandarında dayanmış, hətta canına qəsd etməyi belə gözə alan Kənan Hacı var idi. İndi vəziyyət necədir, səhhətin, güzəranın, işlərin necə gedir? Təzə ev düşərli oldu?

- Hər insanın həyatında bir qara zolaq olur. O dövr ağır böhranlar dövrü idi. Tanrı mənə mənəvi güc verdi, o etapı adlaya bildim. Şükür. Ailə və yaradıcılıq məni xilas etdi. İndi işlər pis deyil, əvvəlki işimlə məşğulam. Yaradıcılıq, tərcümələr, Bakı Bələdiyyə Teatrı üçün bir pyes yazmışam, hazırda intensiv məşqlər gedir. Rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhhətim də normaldır, özümü qorumağa çalışıram. Bu illər ərzində içimdə nələrinsə dəyişdiyini hiss edirəm. Amma, bu, yaşla əlaqədar deyil. Dünyagörüşü və mənəvi təkamüllə bağlı prosesdir. Yaradıcı ruh və həyat eşqi həmişəki kimidir. Düzdür, zaman ən yaxşı tərbiyəçidir, amma islaholunmaz adamları tərbiyə etmək qeyri-mümkündür. İnsan gərək öz üzərində işləsin, mənəvi cəhətdən özünü yetişdirsin. Özü özünü yaradan adamlar həmişə uğur qazanıblar.

- Çox şükür. Düz 10 il sonra səndən belə nikbin sözlər eşitmək, həyatının belə müsbət mənada dəyişməsi çox xoşdur. Xarakterində bəs nələr dəyişdi? Bəyənmədiyin hansısa vərdiş və ya xasiyyəti tərgidə bilmisən?

- Bəzən həyat adamı xoşagəlməz mühitlə üzləşdirir. Mən həmişə qeyri-sağlam mühitdən qaçmağa can atmışam. Bilmirəm, bu hissiyat məndə hardandır, çox məqamlarda məni qoruyub. Zərərli vərdişlərlərdən həmişə xilas olmağa çalışmışam. Zərərli vərdiş dedikdə, yuxudan gec qalxmaq, plansızlıq, rejimsizlik, bu xüsusiyyətləri nəzərdə tuturam. Zamanla özümə punktuallığı aşılamışam. Dərvişanəlik heç də adama xeyir gətirmir. Bu baxımdan son zamanlar həyata daha ciddi yanaşıram. Və nəticəsi də yaxşı olur.

- Yuxuların necə, dəyişib? Anan indi necə qonaq gəlir röyalarına? Yenə də heç nə demir, sakitcə durub göz yaşı axıdır? Görəsən, indi ruhu şaddır barı?

- İki-üç il əvvəl anamı yuxuda gördüm. Gördüm ki, mən işdən gəlirəm, yoldaşım qapını açır və sevincək deyir ki, anan gəlib. Görürəm ki, anam artıq getməyə hazırlaşır. Deyirəm ay ana, hara gedirsən, otur bir dərdləşək. O isə qalmır, deyir, “gəldim görüm necə yaşayırsız, daha arxayınam, qoyun gedim”. Üzündə məmnunluq ifadəsi vardı. Adətən, səhər oyanan kimi yuxularımı xatırlaya bilmirəm. Amma bu yuxu yaddaşıma əbədi həkk olunub. Hərdən məzarını ziyarətə gedəndə ruhuyla söhbət edirəm. Elə atamla da içimdə danışıram. Mətnlərimdə, xüsusən “Göyərçin” hekayəsində bu barədə yazmışam.

- İynənin ucu boyda olsa belə, işıq görəndə daha tez xilas olmaq mümkündür qara tuneldən. Əks halda xilas olmaq çox çətin olar. Kənan Hacını o tuneldən xilas edən işıq kim və ya kimlər oldu?

- Bilirsən, Allah insanla işarələrin diliylə danışır və bir də mənim yoluma çox yaxşı insanlar çıxdı. Anamın mənə verdiyi tərbiyə vaxt gəldi, qaranlıq tunelin sonundakı işığa çevrildi. Anamın mənə aşıladığı kitab sevgisi mənim taleyimi müəyyənləşdirdi. O kitablar mənə yaxşı insanlar qazandırdı və o insanlar valideynlərimi itirəndən sonra məni yıxılmağa qoymadı. Mən minnətdarlıq hissiylə ilk müəllimim Qasım Həsənovun, məni jurnalistikaya gətirən Rəhimağa İmaməliyevin, ədəbi xeyirxahlarım Tofiq Abdinin, Məmməd Kazımın adlarını çəkə bilərəm. Onların mənim üzərimdə haqqı var. Ruhları şad olsun. Bir də əlbəttə, həyat yoldaşım İlhamə xanım. Mənim sonrakı uğurlarımda onun danılmaz payı var. Bilirəm, sən məndən bu cavabı gözləyirdin. Onun fədakarlıqları olmasaydı, mən indi belə yekə-yekə danışa bilməzdim.

- Allahın sənə ən böyük hədiyyəsi, səninlə eyni ildə, eyni gündə doğulan, həmdərdin, həmdəmin, xilaskarın, verdiyin əziyyətlərə baxmayaraq, daima körpəsi kimi qayğına qalan, kaprizlərinə dözən həyat yoldaşın - İlhamə xanım necədir? Çoxdandır sosial şəbəkələrdə görünmür...

- Yaxşıdır. Bilirsən ki, o, Bakı Dövlət Universitetində çalışır.Vaxtının çoxunu tələbələrinə həsr edir. İşləri çox olur, üstəlik, ev qayğıları... Arada bədii yazılar da yazır, sosial şəbəkəyə vaxtı qalmır...

- İlhamə xanım nədən yazır, necə yazır? Ustad olaraq necə qiymətləndirirsən onun yazdıqlarını?

- 44 günlük Vətən müharibəsindən bir povest yazmışdı. "Mücrü" jurnalında çap olundu. Sonra kitabında çıxdı. Onun öz yazı tərzi var. Ədəbiyyat onun birbaşa ixtisasıdır, yazdıqları da klassik ənənələrə söykənir. Amma bizim ədəbi baxışlarımız tamamilə fərqlidir. Əvvəllər bu barədə çox mübahisə edirdik. İndi artıq hər kəs öz mövqeyində qalır. Aramızda konsensus yaranıb.

- Daha çox hansı məqamlarda mübahisələr düşürdü?

- O, eksperimental ədəbiyyatı qəti qəbul etmir. Klassik kanonları müdafiə edir. Mən isə başqa cür düşünürəm. Amma heç vaxt bir-birimizlə mentor ədasıyla danışmırıq. Bəzən olur ki, onun məsləhətlərinə ehtiyacım olur. Bir neçə hekayəmin ideyasını o verib.

- Təki mübahisələr ancaq belə məsələlərdə düşsün, araya ikiayaqlı şeytanlar girib dava-dalaş salmasın.

- Amin.

- Bütün yazarların həm də özünə aid yazıları olur, sənin belə hekayələrin çoxdur, bəs qəhrəmanı ancaq özün olan hansısa əsərin var? Kənan Hacı özünü yazıb?

- Bütün yazıçılar özünü yazır, hər obraza özündən nəsə əlavə edir. “Sonuncu dərviş” romanında özümü yazmağa cəhd etmişəm. Yəni bu əsər sırf nonfikşn janrındadır. Çalışmışam öz taleyimi bədii mətnə çevirim.

- Nə zamansa səhnələşdirilməsini və ya film olmasını istərsən?

- Bu, rejissorların işidir. Bir yazıçının həyatından bəhs edən hazır ssenarim də var. Maraqlanan olsa, çəkilməsini istərdim. Yeri gəlmişkən, bir neçə filmin ssenarisini yazmışam. Çəkilib, efirlərdə göstərilib.

- Sevdiyin şairlərdən biri vəsiyyət edib ki, “Mən səndən əvvəl ölmək istərəm. Gedənin arxasından gələn gedəni tapa biləcəkmi zənn edirsən? Mən zənn etmirəm. Ən yaxşısı məni yudurdub, bir qabın isərisində ocağın üzərinə qoyarsan. Qab şüşədən olsun, şəffaf, ağappaq şüşədən olsun ki, məni görə bilsinlər”. Sən necə, kiməsə vəsiyyət etmisən?

- Vəsiyyət yüngüllükdür, deyirlər. Subay vaxtlarım idi, kənddə tək yaşayırdım. Hələ otuz yaşın həndəvərində idim Bir gün möhkəm xəstələndim, ağrılar məni haldan salırdı. Elə bildim daha ölürəm. Fikirləşdim ki, məndən sonra əlyazmalarım kimə qalacaq? Az-çox nələrsə yazmışdım. Yazıçı İlqar Fəhmiylə gənclikdən dostluq edirik, onu özümə doğma adam hesab edirəm. Vəsiyyətvari bir yazı yazdım ki, əlyazmalarımı yalnız ona etibar edirəm. Sonra bunu İlqara deyəndə zarafata saldı ki, “elə bil səksən yaşın var, hələ bir yaz görək, vəsiyyət sonrakı işdir”. Həyatdır, yaşayırıq. Düşünürəm ki, hər yazıçının yazdıqları onun gələcəkdə yaşayacaq oxuculara vəsiyyətidir. Yazıçı dilin yaradıcısıdır, dil bədii mətnlərdə inkişaf edir. Yazıçı yazdıqlarıyla gələcək nəslə vəsiyyət edir ki, dilimizi qoruyun, yaşadın. Şəxsi planda isə bu barədə düşünməmişəm. Həm də bir az gözlənilməz sual oldu. Gərək bu barədə düşünəm...

- Problemlərlə döyüşdüyün illərdə kirayə qaldığınız zirzəmiyə qonaq gəlmişdim, söhbətimiz əsnasında Nazim Hikməti sevdiyini demişdin. Bu şeir də ondan idi. O vaxt sizdən qayıdanda nədənsə Nazim Hikmətin bu misraları sanki sənin haqqında yazdığını düşünmüşdüm: “O mavi gözlü bir devdi. Minnacık bir kadın sevdi. Kadının hayali minnacık bir evdi, bahçesinde ebruli hanımeli açan bir ev”. Sənə mənzil veriləndən sonra da gəldim, eynən həmin şeirdəki kimi balaca ev idi, baxçası olmasa da, pəncərələrində çiçək açmışdı, sevgi doluydu. İndi necədi vəziyyət, böyük adama dar gəlmir minnacik mənzil?

- İki otaqlı mənzildir. Mənim heç vaxt yazı masam olmayıb, yazılarımı çox vaxt dizimin üstündə, mətbəxdə yazmışam. İndi yazı masam, kitabxanam var. Bir də mənəvi rahatlıq. Yaradıcı adama bundan artıq nə lazımdır ki?!

- İndi mən də bir etiraf etmək istəyirəm, həqiqətən də Kənan Hacı çox dəyişib.

- Doğrudan? Maraqlı oldu mənim üçün. Yavaş-yavaş dünya ilə barışırıq.

- Əvvəlki romantik, çılğın, həyat yoldaşına rəğmən, başqa münasibətlərini etiraf edən Kənan gedib, yerinə, daha sakit, yüz ölçüb, bir biçən, cavablarını zərgər dəqiqliyi ilə seçməyə çalışan Kənan gəlib.

- Hərdən o çılğın, romantik Kənan üçün yaman darıxıram. Səhvlərimlə birgə mən bu həyatı yaşamışam. Və səhvlərimin bədəlini də ödəmişəm. Peşmançılıq heç nəyi dəyişmir. Həyat ən böyük müəllimdir, yaşadıqca öyrənirsən və müdrikləşirsən. Amma müdrikləşmək də hər adama nəsib olmur. Mən özümü müdrik hesab etmirəm. Sadəcə, illər keçdikcə həyat insanın düşüncələrini redaktə edir, bu yaş artıq səhv üçün qəti şans vermir. Yaşın gətirdiyi məsuliyyət hissi davranışlarımıza da, fikirlərimizə də təsirini göstərir.

- Əsas olan da budur. Yordum səni, zaman ayırdığın üçün təşəkkür edirəm.

- Qətiyyən. Xoş oldu. Sən sağ ol, mənə qarşı hər zaman diqqətli olmusan. Bizim üçün dəyərli adamsan.

Rumiyyə MİRASLAN, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 Mart 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see382

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see318

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see294

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see291

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see259

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see254

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see248

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see244

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see229

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see220

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see207

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see206

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see205

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see205

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see178

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see140

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see133

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri