Ölümlə nəticələnən qəza törədən qadın sürücü intihar etdi VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Ölümlə nəticələnən yol qəzasına səbəb olan qadın sürücü daha sonra intihar edib. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Novosibirsk vilayətində baş verib. Belə ki, Ordinski rayonu ərazisində 29 yaşlı qadın sürücü idarə etdiyi “Renault Sandero” markalı avtomobillə hərəkətdə olan zaman yolun əks istiqamətinə keçərək “DAF” markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan “Renault” daha sonra “Volvo” markalı traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində DAF-ın sürücüsü, 1983-cü il təvəllüdlü kişi aldığı xəsarətlərdən dünyasını dəyişib. “Volvo”nun sürücüsü, 1970-ci il təvəllüdlü kişi də çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Yerli mətbuatın məlumatına görə, qəzaya səbəb olan qadın sürücü intihar edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Namiq Musayev
Baxış sayı:55
Bu xəbər 20 Oktyabr 2025 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















