Lənkəranda ölümlə nəticələnən dəhşətli qəza VİDEO
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən qəzanın bəzi təfərrüatları bəlli olub.
Avtosfer.az BAKU TV-yə istinadla xəbər verir ki, Astara istiqamətində hərəkətdə olan Lənkəran rayonunun Şıxakəran kənd sakini, 42 yaşlı Amid Məmmədovun idarə etdiyi mikroavtobus İranın Astara şəhər sakini Aydın Riyazinin sükanı arxasında olduğu yük avtomobili ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda sərnişin qismində olan iki nəfər - Gülnaz Yusub qızı Ağayeva və 1997-ci il təvəllüdlü Zaman Tərlan oğlu Nəsirov həyatlarını itiriblər.
48 yaşlı Gülnarə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır qiymətləndirilən yaralı Reanimasiya şöbəsinə yerləşdirilib.
Yük avtomobilinin sürücüsü qəzanın necə baş verdiyini belə izah edib:
"Hərəkətdə olanda maşınımdan səs gəldi. Dönmə işığını yandırdım ki, yavaş-yavaş maşını kənara çəkib saxlayım. Anidən mikroavtobus tormozsuz gəlib maşının altına girdi".
Faktla bağlı araşdırma aparılır.
YouTubehttps://www.youtube.com/watch?v=Hy7slvxhllc
Baxış sayı:61
Bu xəbər 17 Sentyabr 2026 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















