Icma.az
close
up
RU
Ölümlə təhdid edilən jurnalist hüquq müdafiəçilərinə müraciət edib

Ölümlə təhdid edilən jurnalist hüquq müdafiəçilərinə müraciət edib

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-da yaşayan Azərbaycan vətəndaşı, jurnalist Qənirı Ataşova bir qrup hüquq müdafiəçisinə müraciət edib.

Gununsesi.info həmin müraciəti təqdim edir:

Sizə bu məktubu yazaraq bildirmək istəyirəm ki, hazırda həyatım və ailəmin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq keçirirəm və bu səbəbdən sizin dəstəyinizə ehtiyac duyuram.

Bir müddət əvvəl Azərbaycanda tibbi təhsili və ixtisası olmayan şəxslərin vətəndaşlara qanunsuz tibbi müdaxiləsi ilə bağlı jurnalist araşdırmaları aparırdım. Bu araşdırmalar zamanı Gəncə şəhərində liposaksiya əməliyyatından sonra dünyasını dəyişən gənc xanım Gülbəniz Bayramovanın ölüm işi ilə qarşılaşdım. Topladığım sübutlara əsasən məlum oldu ki, əməliyyatı “VMR estetik klinikası”nda heç bir tibbi təhsili olmayan Gülsüm Əliyeva həyata keçirmişdir.
Araşdırmalarımı Azərbaycan hüquq-mühafizə orqanlarına və Səhiyyə Nazirliyinə təqdim etdikdən sonra, Gülsüm Əliyevanın qeyri-rəsmi nikah münasibətində olduğu Vüsal Həsənov tərəfindən davamlı təhdid və təhqirlərə məruz qaldım. Sosial mediada mərhum valideynlərimi təhqir edən, övladlarımın şəkillərini montajlayaraq böhtan xarakterli videolar hazırlayan, mənim barəmdə yalan və iftira dolu materiallar yayan paylaşımlar etmişdir.

Bu hallar barədə Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etmişəm və bəzi videoların silinməsinə nail olunmuşdur. Lakin təhdidlər davam edir.

Son olaraq, Vüsal Həsənov Gülbəniz Bayramovanın valideynləri ilə razılıq əldə etdiyini bildirərək, həmin şəxslər vasitəsilə mənə və ABŞ-da yaşayan oğluma yenidən ölüm hədələri ünvanlamışdır.

Təəssüf ki, bu cür davranışlar təkcə mənə qarşı deyil. Azərbaycanda bir çox qadınlar da eyni şəxsin şantaj və təhdidlərinə məruz qalmış, o cümlədən tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının qızı Sara xanım da bu davranışlarla üz-üzə qalmışdır. Rus icmasından Zarina Minakovskaya bu dəqiqə təhdidlə üz-üzədir.
Bu gün isə Vüsal Həsənov sosial mediada haqqımda əxlaqsızlıq iddiaları ilə yeni videolar paylaşır və şər-böhtan kampaniyasını davam etdirir. Mən artıq özümün və Azərbaycanda yaşayan qohumlarımın həyatı üçün real təhlükə hiss edirəm. O bütün çıxışlarında özünü “dövlətin adamı” kimi təqdim edərək insanları şantaj edir.

Azərbaycan qadını və jurnalist olaraq sizdən xahiş edirəm ki, bu çirkli təhdidlərə qarşı hüquqi və ictimai dəstəyinizi göstərəsiniz. Təhqir və təhdid olunan qadınların bu şəxsin təzyiqlərindən azad olunması üçün atacağınız hər bir addıma görə sizə əvvəlcədən təşəkkür edirəm.

Günay Mahirqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Aprel 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri