Icma.az
close
up
RU
Qızım ölümlə təhdid edilir DİN RƏHBƏRİNƏ MÜRACİƏT

Qızım ölümlə təhdid edilir DİN RƏHBƏRİNƏ MÜRACİƏT

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Şəhər sakini Hacıyeva Qaratel Şaban qızı daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

Gununsesi.info vasitəsilə nazirə müraciət edən Qaratel Hacıyeva qızı Hacıyeva Aysel Sultan qızının ölümlə təhdid edilməsindən bəhs edib.

Həmin müraciətdə deyilir: 

Cənab nazir!

Bildirirəm ki, qızım Aysel Hacıyeva 2 il qeyri-rəsmi nigahda birgə yaşadığı Əsgərov Hüseyn Rafiq oğlu tərəfindən ölümlə təhdid edilir. Hüseyn polis əməkdaşı olduğu üçün  özünü daima  cəzasızlıq mühitində hiss edib.

Ötən müddət ərzində qızımın onunla bağlı davamlı şikayətləri polis və prokurorluq orqanlarında araşdırılıb. Qızımın həyatı üçün real təhlükə yaratması təsdiq olunduğu üçün nəticədə Hüseyni sərəncama götürüblər. Ancaq bu cəza da ona yetərli deyil. Belə ki, küçədə, ictimai yerlərdə qızımı izləyir,  hər dəfə ona hücum edir.

Dəfərlərlə döyüb, avtomobilini zədələyib.  Hazırda prokurorluqda döyülməsi barədə araşdırma aparılır.

Əksər vaxtlar çağırışlara belə getmir.  Onun çalışdığı idarənin rəisi də bu barədə məlumatlıdır.

Hazırda qızım iki az yaşlı övladları ilə birlikdə yaşadığı evi tərk edib. Hazırda başqa yerdə kirayədə qalır. Uşaqları bir neçə aydır ki, məktəbə getmir. Qızımı tapmaq üçün onun azyaşlı uşaqlarına zənglər edir. Bununla bağlı uşaqların atası da DİN-nə şikayət edib. Bir sözlə düşdüyümüz vəziyyət inanılası deyil.

O, qızımdan tələb edir ki, şikayətlıri geri götürsün və onunla barışsın. Sonuncu dəfə martın 7-də qızımın dostları ilə oturduğu məkana gedərək, onun qarşısını kəsib hədələyib.  Nəticədə qızımı xəstəxanaya aparıblar.

Sizdən bir ana kimi xahiş edirəm ki, bu barədə ciddi ölçü götürülsün.

Hazırda qızımın döyülməsi ilə bağlı şikayətinə Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

Digər şikayəti isə Nəsimi Rayonu 19 saylı polis bölməsindədir.

Məsələ ilə bağlı Hüseyn Əsgərovun özünün mövqeyini öyrənməyə çalışsaq da  buna nail ola bilmədik.

Günay

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Mart 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri