Icma.az
close
up
RU
Ölümsüzləşən qəhrəman

Ölümsüzləşən qəhrəman

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tariximizin ən şərəfli səhifələrindən biri olan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının həm birliyini, həm də yenilməz ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu savaşda minlərlə igid oğullarımız canlarından keçərək illərlə işğal altında qalan doğma Qarabağımızı azad etdi, xalqımıza qürur, birlik və Zəfər sevinci bəxş etdi. Hər biri Vətən torpağı üçün canından keçməyə hazır olan bu qəhrəmanlar sırasında Cəlilabadın Üçtəpə kəndində dünyaya göz açmış Elməddin Vəlişovun adı xüsusi hörmət və sevgi ilə çəkilir. Mərdliyi, fədakarlığı və yüksək mənəvi keyfiyyətləri ilə seçilən Elməddin şəhidlik zirvəsinə ucalanda cəmi 24 yaşında idi. Onun qısa, lakin şərəfli ömür yolu yaşının ölçülərinə sığmayan bir qəhrəmanlıq məktəbi, gələcək nəsillərə nümunə olacaq bir igidlik dastanı kimi tarixə yazıldı.

Vətənə sonsuz sevgi ilə yaşayan Elməddin Vəlişov ömrünü böyük məqsədlərə həsr etmişdi. O, həyatının hər anında torpağa, bayrağa, millətə bağlılığını davranışı ilə göstərir, vətənpərvərliyi ilə ətrafındakı insanlara örnək olurdu. Şəhidimizin "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilməsi onun keçdiyi şərəfli döyüş yolunun, dönməz iradəsinin və Vətən sevgisinin rəsmi təsdiqidir. Bu medallar Elməddinin ruhunda daşıdığı uca dəyərlərin, millətinə olan sədaqətinin simvoludur.

Uşaqlıqdan saf qəlbli, mehriban, yardımsevər olan Elməddin həyatı sevir, insanlara yaxşılıq etməyi bir vəzifə hesab edirdi. O, ordu sıralarında xidmət etdiyi dövrdən etibarən davranışı, mədəniyyəti və şücaəti ilə həm əsgərlərin, həm də zabitlərin dərin hörmətini qazanmışdı. Snayper kimi fəaliyyət göstərən Elməddin hərbi təlimlərdə çevikliyi, iti zəkası və cəsarəti ilə seçilir, qarşıda onu hansı çətinliklərin gözləməsindən asılı olmayaraq torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazır olduğunu hər zaman nümayiş etdirirdi.

2016-cı ildə ordudan tərxis olunduqdan sonra da Elməddin həyatda doğru yoldan ayrılmadı. O, bir müddət ilahiyyatçı kimi çalışaraq insanlara dürüstlük, mərhəmət, vəfa, halal davranış və Vətən sevgisi kimi dəyərləri aşılayırdı. Cəlilabad rayonunda onun barəsində yalnız xoş sözlər deyilirdi. Elməddinin təmiz qəlbi, nurlu siması, geniş ürəyi və səmimiyyəti onu tanıyan hər bir insanın yaddaşında dərin iz buraxmışdı.

Lakin illər ötüb keçsə də, Qarabağın nisgili Elməddinin qəlbində bir an belə sönmədi. Torpaqlarımızın işğal altında qalması, şəhər və kəndlərimizin viran edilməsi, minlərlə şəhidin yarımçıq qalmış arzusu ona rahatlıq vermirdi. 2020-ci ilin Tovuz hadisələri zamanı Elməddin tərəddüd etmədən yenidən hərbi səfərbərliyə müraciət etdi və döyüşlərdə iştirak etmək üçün könüllü yazıldı. Onun qərarı düşünülmüş, iradəsi isə sarsılmaz idi - torpaq azad olunmalı, haqq öz sahibinə qayıtmalı idi.

İkinci Qarabağ müharibəsi başlanan kimi Elməddin snayper kimi Füzuli istiqamətində döyüşlərə qatıldı və düşmənə ilk ağır zərbələrin endirilməsi prosesində xüsusi rol oynadı. Cəbrayıl uğrunda gedən çətin və təhlükəli döyüşlərdə onun göstərdiyi şücaət komandanlıq tərəfindən yüksək qiymətləndirildi. Elməddin həmin torpağa üçrəngli bayrağımızı sancan qəhrəmanlardan biri kimi tarixə düşdü. Daha sonra Xocavənd istiqamətində gedən döyüşlərdə də onun cəsarəti düşmən üçün kabusa çevrilmiş, snayper kimi dəqiq atışları ilə çoxsaylı canlı qüvvə və texnikanı sıradan çıxarmışdı.

Elməddinin son döyüş yolu isə Qubadlı istiqamətinə uzandı. O, burada da eyni cəsarət, eyni məğrurluq və eyni sədaqətlə savaşdı. Qələbəyə yalnız bir addım qalmış, millətimizin taleyində dönüş nöqtəsi olan həmin anlarda Elməddin arzusuna - şəhidlik zirvəsinə ucaldı. Onun bu fədakarlığı Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu.

Bu gün Elməddin Vəlişovun ömür yolu Azərbaycan gəncliyi üçün əsl vətənpərvərlik dərsidir. Onun adı qürurla çəkilir, xatirəsi ehtiramla yad olunur. Elməddin kimi qəhrəmanların göstərdiyi şücaət sayəsində xalqımızın başı dik, bayrağımız isə hər zaman ucalardadır. O, yalnız ailəsinin deyil, bütün Azərbaycanın oğlu, bütöv bir millətin qürur mənbəyidir. Elməddin Vəlişov xalqımızın qəlbində daim yaşayacaq, onun ruhu isə Vətən göylərində bir ulduz kimi əbədi parlayacaq.

Zəfər ORUCOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Dekabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri