Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Xalqının qəhrəman oğlu

Xalqının qəhrəman oğlu

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tofiq Şəmsəddin oğlu Əmirli 28 illik qısa ömründə vətəni, xalqı üçün olduqca gərəkli işlər gördü. 44 günlük haqq savaşımızda canı bahasına 30 il əsir düşən Qarabağımızı azad edən qəhrəmanlardan biri kimi adını şanlı tariximizə yazdırdı. Ömrünü vətənin azadlığı, gələcək nəsillərin xoşbəxtliyi naminə qurban verən Tofiq ucaldığı hünər və şərəf zirvəsində daha möhtəşəm görünür. Necə deyərlər, müqəddəsliyinə tapındığı doğma Azərbaycanla döyünən ürəyi indi milyonların qəlbində vurur...

Bu gün adını böyük iftixarla çəkdiyimiz unudulmaz qəhrəman Tofiq  Əmirli Cəlilabad rayonunun Göytəpə şəhərində boya-başa çatıb. 1998-2009-cu illərdə Göytəpə şəhər Vüqar Mürsəlov adına 1 saylı tam orta məktəbində təhsil alıb. Məktəbdə oxuduğu zaman vətəninə, xalqına fayda vermək onun həyat amalına dönüb. Müəllimləri və sinif yoldaşlarının sevimlisinə çevrilən Tofiqin vətən üçün layiqli övlad olacağına bütün el-oba inanırdı. Torpaqlarımızın düşmən tapdağı altında olması ilə barışmayan Tofiq Əmirlinin əsgərliyi Naxçıvan sərhəd diviziyasında keçib. Vətən torpaqlarını qorumaq bacarığı, haqq naminə yüksək döyüş ruhu, vicdanlı, qeyrətli olması ona həmişə ehtiram qazandırıb.

Vətənpərvər gəncin sərhədçi peşəsinə olan marağı onu 2014-cü ildən yenidən Dövlət Sərhəd Xidməti sıralarına qaytarıb. Təlim  kurslarını uğurla başa vurandan sonra 2018-ci ilin may ayının dördünə qədər Çevik Hərəkət Briqadasında manqa komandiri, kəşfiyyatçı vəzifələrində çalışıb. Xüsusi peşəkarlıq göstərərək böyük hörmət sahibi olub. Həmçinin işgüzar keyfiyyətlərinə görə Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Dəstəsinə seçilib, zəhmətsevərliyi və intizamı sayəsində qısa müddət ərzində əməliyyatçı-snayper kimi formalaşıb. Bütün bunlarla bərabər, vətəni canından əziz bilən Tofiqin qəlbində düşmənə qarşı intiqam, qisas hissi bir an belə olsa, azalmayıb.

30 ilə yaxın erməni əsarətində qalan Qarabağın azadlığı naminə başlanan Vətən müharibəsinin birinci günü Tofiq Əmirli Füzuli rayonunda döyüşlərə qatılıb. Onun bacarığı və qorxmazlığı, yüksək döyüş məharəti ilk zəfərimizə səbəb olub. Cəbrayılda və Qubadlıda ağır müharibə meydanında göstərdiyi rəşadət yeni-yeni qələbələrə yol açıb. Oktyabrın 13-də Cəbrayılın Minək kəndi uğrunda gedən savaşda qəhrəmanlıqla döyüşən Tofiq özünü təhlükəyə ataraq səngərdə susuz qalan əsgər yoldaşlarına 500 metr uzaqdan su gətirib. Döyüş vaxtı Tofiq və digər hərbçi yoldaşı silahlarını dolduran zaman ikisinin arasına mərmi düşüb. Hərbçi yoldaşı ağır yaralanıb. Tofiq isə şəhid olub. 

Gizir Tofiq Əmirli ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", Cəbrayılın, Xocavəndin azadlığına görə medalları ilə təltif olunub.

Yazımı şəhidimiz Tofiqin atası Şəmsəddin kişinin ürək göynədən fikirləri ilə tamamlayıram. O deyir: "Mən gecə yuxuda görmüşdüm ki, Tofiq şəhid olub. Amma özümü inandırmağa çalışırdım ki, ona heç nə olmayıb. Çünki anası da narahat idi, istəmirdim o da bilsin. Yuxuda gördüm ki, evimizə hücum ediblər, amma silah aşağı mərtəbədədir. Anasını yuxudan oyadırdım ki, silahın yerini desin, çünki düşmən yaxınlaşırdı. Elə oldu ki, oktyabrın 13-də Tofiqin şəhid xəbəri gəldi. Oktyabrın 14-də isə onu böyük izdihamla dəfn etdik. Tofiq həmişə deyirdi ki, "şəhid olmaqdan qorxmuram, amma qorxuram ki, anam dözməyə". Belə də oldu. Tofiqdən sonra anası da dünyasını dəyişdi".

Zəfər ORUCOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Aprel 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see653

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see622

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see620

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see461

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see433

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see391

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see347

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see340

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see338

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see329

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see325

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see322

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see320

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see315

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see310

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see308

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see303

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see286
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri