Icma.az
close
up
RU
Ölümünə həkimlərin bais olduğu Hacıbaba Bağırov kimdir?

Ölümünə həkimlərin bais olduğu Hacıbaba Bağırov kimdir?

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Bu gün Xalq artisti Hacıbaba Bağırovun doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Görkəmli teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), Şöhrət ordeni laureatı (1998), Azərbaycan Dövlət Musiqili Teatrının keçmiş direktoru və bədii rəhbəri, "Tənqid-təbliğ" teatrının direktoru və bədii rəhbəri Hacıbaba Ağarza oğlu Bağırov 1932-ci il iyun ayının 12-də Bakı şəhərində, fəhlə ailəsində anadan olub.

Hacıbaba Bağırovun atası Ağarza "Passaj" bazarının direktoru olub. Həmçinin uzun illər "Muskomediya"nın inzibatçısı işləyib. Anası Sona xanım isə Cəbrayılın Qumlaq kənindən olan Cəlal bəyin qızıdır. Əldə etdiyimiz məlumata görə, sənətkarın ana nənəsi polyak olub. Onlar əsrin əvvəlində Cəlal bəylə Polşada evlənib Cəbrayıla köçüblər.

***

1947-ci ildə orta məktəbi bitirən gənc Hacıbaba Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına üz tutub. Üç ildən sonra Lənkəran Dövlət Dram Teatrında müstəqil fəaliyyətə başlayıb. Hacıbaba Bağırovun tanınmış aktyor kimi yetişməsində ən böyük rolu isə Opera və Balet Teatrında uzun illər rejissor olmuş Soltan Dadaşov oynayıb.


Novruz Qartal və Hacıbaba Bağırov gənclik illərində

Aktyorun həyatında daha bir maraqlı məqam onun Biləcəri deposunda maşinist köməkçisi işləməsidir. Maraq üçün qeyd edək ki, aktyor 1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib.

***

Sənətkar 5 dəfə rəsmi nikahda olub və bu nikahların üçündən övladı dünyaya gəlib. Hacıbaba Bağırov ilk dəfə hərbi xidmətdə olarkən ailə həyatı qurub və Aleksandr adlı bir oğlu olub. Sənətkarın ikinci evliliyi Leyla adlı qadınla baş tutub və Lalə adlı qızı dünyaya gəlib. Üçüncü dəfə əslən Şamaxıdan olan həkim xanımla ailə həyatı qurub. Almaz adlı bu qadın Qanköçürmə İnstitutunda həkim işləyirmiş. Almaz xanımla Hacıbaba Bağırovun ailə münasibətləri daha uzunömürlü olub və onlar 15 ilə yaxın bir evdə yaşayıblar. Xalq artistinin bu nikahdan övladı olmayıb. Aktyorun 80-ci illərin sonunda ailə həyatı qurduğu Tamara xanım isə Bakıdakı 4 saylı çörək zavodunun direktoru imiş. Sənətkar Tamara xanımın qızlarını rəsmən öz övladı hesab edib və “Bağırov” soyadına keçirib. “Şirbalanın məhəbbəti” filmində Şirbalanın uşaqlarından ikisi məhz həmin qızlardır. Sənətkarın sonuncu evliliyi özündən 37 yaş kiçik olan Arzu xanımla baş tutub. Onun bu evlilikdən Şölə adlı qızı doğulub.


Xalq artisti Hacıbaba Bağırov

Aktyorun şəxsi həyatı barədə danışanlar mərhum aktrisa Lütfiyyə Səfərova ilə də eşq macərası yaşadığı bildirirlər. Ancaq sənətkarın bəzi dostları iddia edir ki, bu, yalandır və onların arasında heç bir şəxsi münasibət olmayıb. Sənət yoldaşları onu təxminən belə xarakterizə edirlər: “O, iki şeyi çox sevirdi: Qadınlarla münasibət qurmağı və gözəl geyinməyi...”


Hacıbaba Bağırov, Həsənağa Qurbanov və Emin Sabitoğlu

Hacıbaba Bağırov müxtəlif dönəmlərdə teatrda gecələməli olub. Qısaca desək, bu gün hər kəsin korifey adlandırdığı sənətkar evsiz imiş. Bu dönəmlərdən birincisi Leyla adlı xanımdan ayrılıb Tamara Ocaqova ilə ailə həyatı qurana qədər olub. Almaz xanımla ailəli olanda isə o, həmkarı, Xalq artisti Siyavuş Aslanın qardaşı Rəsul Aslanovun evində kirayədə yaşayıb. Nəsibə Zeynalova Bakı şəhər sovetinin ovaxtkı sədri Aydın Məmmədovun yanına gedib xahiş edəndən sonra aktyora birotaqlı mənzil verilir və o, bu evdə Almaz xanımla yaşayıb. Onunla ayrılanda isə heç bir iddia qaldırmır və yalnız pencəyini götürərək, evdən çıxır. Aktyorun teatrda gecələdiyi ikinci dönəm isə Tamara Ocaqova ilə boşanandan sonra olur. Sonuncu həyat yoldaşı Arzu Bağırova ilə ailə qurana qədər aktyor teatrda yatırmış. Yalnız bundan sonra mərhum prezident Heydər Əliyevin göstərişi ilə sənətkara Bakı şəhərində mənzil verilir. Bu gün həmin mənzillər Hacıbaba Bağırovun sonuncu ailəsinə məxsusdur.


Hacıbaba Bağırov həmkarları ilə

Yəqin, Hacıbaba Bağırovun əllərindəki “nakolka”ları görmüşdünüz. Çoxları bilmir ki, o, ömrünün dörd-beş ilini dəmir barmaqlıqlar arasında keçirib. Belə ki, sovet dövründə hərbi xidmətdən qaçan Hacıbaba fərari kimi həbsə məhkum edilib. Amma bu, onun həbsxana həyatı ilə ilk və son “ünsiyyəti” olub.

***

Uzun illər dost olduğu Siyavuş Aslanla küsülü olublar. Onların mübahisəsi Musiqili Komediya teatrında direktorluq vəzifəsi üstündə yaranıb. Bir müddət sonra Hacıbaba Bağırov direktor olub, Siyavuş Aslan bədii rəhbər. Siyavuş Aslan isə bu səbəbdən küsüb Akademik Milli Dram Teatrına gedir. Nəsibə Zeynalovanın 75 illik yubileyində hər ikisi gəlib, "Hicran" tamaşasından qısa bir səhnəcik göstəriblər. Burada barışıblar, amma o demək deyil ki, onlar tam barışmışdılar.


Soldan Əməkdar artist Şəfiqə Qasımova. Xalq artistləri Hacıbaba Bağırov, Səyavuş Aslan və Nəsibə Zeynalova "Hicran" tamaşasında

Onikibarmaq bağırsağın iltihabı diaqnozu ilə xəstəxanaya aparılır. Qəfildən belindən başlayan ağrılar, ayağına keçir. Həkimlər müxtəlif diaqnoz qoyurlar. Ona elə dərmanlar yazırlar ki, 60 yaşdan sonra qəbul etmək olmazmış. Doza həddi aşılandan sonra aktyorun həzm orqanlarında qanaxma başlayır. Xalq artisti 2006-cı il oktyabrın 4-də 74 yaşında dünyasını dəyişir. Onun xəstəliyinin nə olduğunu tapa bilmirlər.


Aktyor qızı Şölə ilə

Sənətkarın həyat yoldaşı Arzu xanım aktyorun son günlərini belə xatırlayır:

“Mənə dedi, balam yetim qaldı və gözlərini yumdu. Bu, onun son kəlməsi oldu. Ona ürək-dirək verdim. Dedim, onun sənin kimi atası, mənim kimi anası var, heç vaxt yetim qala bilməz, bundan əmin ol. Amma o, gözlərini açmadı. Həkim mənə dedi, gözlərini açmayacaq. Əli əlimdə idi. Əlimi buraxmırdı. Sıxmışdı. Əllərini öpdüm. Yalvardım ona, dedim, əgər məni sevirsənsə, gözlərini aç, gözlərini görmək istəyirəm. Bütün gücü ilə gözlərini açdı, mənə baxdı-baxı, təzədən yumdu və bir daha açmadı”.

Əfsanəvi türk müğənni Kazım Koyuncu haqqında film çəkiləcək Adı əlindən alınan tatar şair - O, niyə Sibirdə çobanlıq etməyə məcbur olmuşdu? "Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 İyun 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri