Oman danışıqları neftin qiymətinə təsir edib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 6 fevral, AZƏRTAC
Bu gün ABŞ ilə İranın Omanda keçirdikləri danışıqlar fonunda neftin dünya bazarında qiyməti 1 faiz bahalaşıb.
AZƏRTAC xəbər verir ki, “Reuters” ötən gün 1 faiz artan qiymətlərində bu gün eyni bahalaşma baş verdiyini vurğulayıb. Treyderlər danışıqların olduqca ağır keçdiyini, neftin Yaxın Şərqdən daşınmasının çətinləşəcəyini nəzərə alaraq bugünkü satışlarda və mart-aprel ayları üçün verilən sifarişlər üçün qiyməti artırıblar.
“The New York Times” yazır ki, bu gün Küveyt, Qətər və Səudiyyə Ərəbistanından neft daşıyan tankerlər təcili olaraq Körfəzi tərk etməyə başlayıblar. Onlar Hörmüz boğazından tez keçərək dünya okeanına çıxmağa çalışırlar.
Hazırda “Brent” markalı neftin bir barelinin qiyməti 0,78 dollar (1,2 faiz) artaraq 68,33 dollar, ABŞ-ın “West Texas Intermediate” (TWI) markalı neftin bir barelinin qiyməti isə 0,8 dollar (1,3 faiz) artaraq 64,09 dollara çatıb. Halbuki, analitiklər bu həftə sonu “Brent” neftinin qiymətinin 3,3 faiz, WTI markalı neftin qiymətinin isə 3.4 faiz düşəcəyini proqnozlaşdırmışdılar.
Hər hansı bir hərbi eskalasiya dünya bazarına Körfəz ölkələrindən neft daşınması dayanacaq. Qeyd etmək lazımdır ki, dünya bazarına çıxarılan neftin 20 faizi Oman ilə İran arasındakı Hörmüz boğazından keçərək çatdırılır.
“The Wall Street Journal” qeyd edib ki, danışıqlarda ABŞ tərəfindən ordunun mərkəzi komandanlığının rəhbəri admiral Bred Kuper və digər yüksək vəzifəli hərbçilər iştirak ediblər. Danışıqlarda hərbçilərin iştirak etməsi diplomatların ehtiyatlı davranmalarını tələb edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 06 Fevral 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















