Omanda zədələnən GFS Galaxy gəmisinin dənizçiləri xilas edilib
Icma.az bildirir, Azxeber.com portalına istinadən.
Omanda Hörmüz boğazında, Musandam vilayətinin sahilləri yaxınlığında qəzaya uğrayan GFS Galaxy gəmisinin 23 ekipaj üzvü xilas edilib, itkin düşən bir dənizçinin axtarışları davam etdirilir.
AZXEBER.COM xəbər verir ki, bu barədə Oman Sultanlığının Dəniz Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.
"Fövqəladə hallar xidmətləri Kipr Respublikasının bayrağı altında hərəkət edən GFS Galaxy ticarət gəmisi tərəfindən verilən fəlakət siqnalına reaksiya verib, 23 heyət üzvünü xilas etmək mümkün olub", - deyə bəyanatda bildirilir.
Qeyd olunub ki, hadisə sahildən 4,4 dəniz mili məsafədə baş verib.
Daha əvvəl Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat vermişdi ki, konteyner gəmisinin Oman sahillərindən 16 kilometr şərqdə arxa hissəsi zədələnib və nəticədə göyərtədə yanğın baş verib.
Baxış sayı:149
Bu xəbər 12 İyul 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















