Ombudsman Aparatında bələdiyyə seçkiləri ilə bağlı İşçi qrup yaradılıb
Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ombudsman Aparatında bələdiyyə seçkiləri zamanı operativ məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə İşçi qrup yaradılıb.
"Report" xəbər verir ki, İşçi qrup Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında formalaşdırılıb.
Bildirilib ki, ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq, Müvəkkil, Ombudsman Aparatının və regional mərkəzlərin, o cümlədən Naxçıvanın Ombudsman Aparatının əməkdaşları bələdiyyə seçkilərində müşahidəçi qismində seçki məntəqələrində müstəqil olaraq, özlərinin təşəbbüsü ilə müşahidə aparacaqlar. Hər bir müşahidəçi yerlərdə aparılan müşahidənin nəticələri ilə bağlı məlumatı hər saatdan bir Ombudsmana təqdim ediləcək və zərurət yarandığı təqdirdə hüquqların təmini istiqamətində Mərkəzi Seçki Komissiyası ilə birgə müvafiq tədbirlər həyata keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 28 Yanvar 2025 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















