Icma.az
close
up
RU
Ombudsman Aparatında maarifləndirmə tədbiri

Ombudsman Aparatında maarifləndirmə tədbiri

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

İnsan hüquqlarının müdafiəsi və təşviqi sahəsində məlumatlılığın artırılması məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə ölkəmizin paytaxt və regionlarında davamlı olaraq maarifləndirmə tədbirləri keçirilir. SİA xəbər verir ki, bu günlərdə Ombudsman Aparatında 2024-cü il üzrə Müvəkkil tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, həmçinin hüquq bərabərliyinin təbliği və ayrı-seçkiliklə mübarizəyə dair növbəti maarifləndirmə tədbiri baş tutub.

Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri üçün təşkil edilən həmin tədbirdə Aparatın Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli iştirakçılara Müvəkkilin müvafiq sərancamı əsasında həyata keçirilən hüquqi maarifləndirmə tədbirləri barədə məlumat verib. Qeyd olunub ki, BMT nəzdində milli insan hüquqları institutu qismində akkreditasiya olunan Ombudsman təsisatı insan hüquqları sahəsində əldə olunan müsbət təcrübələrin həm milli, həm də beynəlxalq səviyyədə təbliğində mühüm rol oynayır. O, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilən dəyişikliklərə əsasən Ombudsman Aparatında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi, Bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması üzrə monitorinq qrupları yaradıldığını və müvafiq sahələr üzrə fəaliyyətin daha da effektiv olması üçün vətəndaş cəmiyyəti institutları ilə birgə əməkdaşlığın zəruriliyini vurğulayıb.

Ombudsmanın Şimal, Cənub, Qərb və Şimal-Qərb regional mərkəzlərinin, habelə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələrinin də onlayn olaraq qoşulduğu seminarda Ombudsman Aparatının əməkdaşları Şəhla Aslanova və Sevinc Şener “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi, həmçinin bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi sahəsində Ombudsmanın fəaliyyəti ilə bağlı təlimçi qismində çıxış ediblər.

Tədbir zamanı həmçinin iştirakçılar ilə maraqlı və interaktiv fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Dekabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri