Icma.az
close
up
RU
Ombudsman BƏYANAT YAYDI

Ombudsman BƏYANAT YAYDI

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva (Ombudsman) 30 Avqust - Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə əlaqədar bəyanat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, bəyanatda deyilir:

"Münaqişələr nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması, onların ailələrinin və bütövlükdə cəmiyyətin həqiqəti bilmək hüququnun təmin edilməsi beynəlxalq hüququn fundamental tələblərindəndir. Birləşmiş Millətlər Təşkilatı (BMT) dünya ictimaiyyətinin diqqətini bu problemə yönəltmək, minlərlə itkin düşmüş, müharibə şəraiti və hərbi əməliyyatlar zamanı həyatlarını itirmiş naməlum şəxslərin, tutularaq gizli yerlərdə saxlanılan və ya gizli şəkildə qətlə yetirilmiş şəxslərin xatirəsini yad etmək məqsədilə 30 Avqust - Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Gününü təsis etmişdir.

Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə Konvensiyaları, onların Əlavə Protokolları və BMT-nin Bütün şəxslərin məcburi yoxaçıxmalardan müdafiəsi üzrə Beynəlxalq Konvensiyası dövlətlərin itkin düşmüş şəxslərin taleyinin araşdırılması, ailələrin məlumat əldə etməsi və həqiqətin üzə çıxarılması istiqamətində səmərəli tədbirlər görmək öhdəliyini təsbit edir. Həlak olmuş şəxslərin qalıqlarının aşkar edilərək ləyaqətlə dəfn olunması, ailələrin həqiqəti öyrənmək hüququnun təmin edilməsi və cəmiyyətin baş vermiş hadisələr barədə məlumatlandırılması beynəlxalq humanitar hüququn ayrılmaz tərkib hissəsidir".

Bəyanatda xatırladılıb ki, uzun illər silahlı münaqişələrin ağır fəsadları ilə üzləşmiş Azərbaycan üçün itkin düşmüş şəxslər məsələsi bu gün də öz aktuallığını qoruyur: "Ölkəmizə qarşı 30 ildən çox davam edən təcavüz siyasəti, həmçinin Birinci və İkinci Qarabağ müharibələri nəticəsində minlərlə ailə itkin düşmüş əzizlərinin taleyi barədə məlumat almaq hüququndan məhrum qalmış, bu qeyri-müəyyənlik onların uzun illərdir davam edən mənəvi, psixoloji və sosial iztirablarına səbəb olmuşdur.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi məlumatına əsasən, Birinci Qarabağ müharibəsi nəticəsində 4 mindən artıq Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. İkinci Qarabağ müharibəsindən və lokal xarakterli antiterror əməliyyatından sonrakı dövrdə azad olunmuş ərazilərimizdə aşkar edilmiş 32 kütləvi məzarlıqda dövlətin tərəfindən həyata keçirilmiş sistemli axtarış, ekshumasiya, məhkəmə-tibbi ekspertiza və identifikasiya tədbirləri nəticəsində tapılan insan qalıqlarından 328 nəfərin şəxsiyyəti DNT və məhkəmə tibbi ekspertizası vasitəsi ilə müəyyən edilmiş, 250 nəfərin qalıqları ailələrinə təhvil verilərək dəfn olunmuşdur və bu istiqamətdə işlər hazırda davam etdirilir".

Müraciətdə vurğulanıb ki, qeyd olunan silahlı münaqişələrin başa çatmasına və iki dövlət arasında sülhün bərqərar olması istiqamətində atılan tədbirlərə baxmayaraq, hələ də 3682 nəfərin (Azərbaycan vətəndaşının) taleyinin naməlum qalması faktı bir daha sübut edir ki, bu istiqamətdə beynəlxalq humanitar əməkdaşlıq daha praktik, operativ və nəticəyönümlü tədbirlərlə gücləndirilməlidir. Zaman keçdikcə maddi sübutların itməsi və yaxud yararsız hala düşməsi, şahidlərin sayının azalması və məlumatların məhdud sayda olması itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi prosesini çətinləşdirir.

Regionda davam edən sülh gündəliyini nəzərə alaraq, bu humanitar problemin həlli üçün beynəlxalq humanitar təsisatlar öz mandatları, münaqişə tərəfi olmuş dövlətlər isə beynəlxalq hüquqla üzərilərinə götürdükləri öhdəliklər çərçivəsində kütləvi məzarlıqlar barədə məlumatların paylaşılması, DNT və məhkəmə-tibbi ekspertizası sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması istiqamətində səylərini gücləndirməlidir".

"İnsan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatları, milli insan hüquqları institutlarını beynəlxalq humanitar hüquqa əsasən dövlətlərin humanitar öhdəliyi olan bu məsələyə xüsusi həssaslıqla yanaşmağa, itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması istiqamətində səyləri gücləndirməyə və praktik nəticələrin əldə olunmasına yönəlik birgə əməkdaşlığa dəvət edirəm" - bəyanatda qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Avqust 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see795

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see711

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see259

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see254

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see251

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see241

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see233

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see228

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see222

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see190

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see189

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see188

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see183

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see182

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see179

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see174

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see168

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri