Ombudsman: “Psixi sağlamlıq hüququ fundamental insan hüququdur”
Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun ilk iclasında Ombudsman Səbinə Əliyeva deyib. Onun sözlərinə görə, psixi sağlamlıq problemləri olan insanların stiqma, stereotiplər və ayrı-seçkilikdən qorunmaq, təhlükəsiz və inklüziv cəmiyyətdə yaşamaq imkanını da əhatə edir. Yəni, psixi pozuntulardan əziyyət çəkən insanlar damğalanmadan, təcrid olunmadan tamhüquqlu və ləyaqətli şəkildə yaşamaq imkanına malik olmalıdırlar:
“Bu gün insan hüquqları ilə bağlı beynəlxalq sənədlərdə, o cümlədən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının və Ümumdünya Səhiyyə Təşkilatının sənədlərində “psixi sağlamlıq hüququ” anlayışı geniş istifadə edilməkdədir. Psixi sağlamlıq hüququ artıq universal insan hüquqları siyahısında özünə yer tapmışdır.
Ümumdünya Səhiyyə Təşkilatı psixi sağlamlığın yaxşılaşdırılmasını qlobal ictimai səhiyyə, insan hüquqları və dayanıqlı inkişaf sahəsində prioritet elan edib. Təsadüfi deyildir ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 3.4-cü hədəfi məhz psixi sağlamlığın və rifahın təşviqinə həsr olunub. 2023-cü ildə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə “Psixi sağlamlıq, insan hüquqları və qanunvericilik: rəhbər prinsiplər və təcrübə” adlı təlimat xarakterli birgə sənədi ictimaiyyətə təqdim etmişdir.
Bu sənəd dünya ökələrində psixi sağlamlıq sahəsində islahatlara təkan verilməsi, hüquqi bazanın təkmilləşdirilməsi və nəticə etibarilə keyfiyyətli psixiatriya yardımının göstərilməsi istiqamətində yol xəritəsini təqdim edir. Biz də bu beynəlxalq rəhbər prinsiplərdən yararlanaraq ölkəmizdə psixi sağlamlıq sahəsində hüquqi bazanın və praktik tədbirlərin gücləndirilməsinə çalışmalıyıq”.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Ümumbəşəri insan hüququ: psixi sağlamlıq
09 Oktyabr 2025 12:14
Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun ilk iclası keçirilib
09 Oktyabr 2025 21:40
İDDO Psixi Sağlamlıq proqramı: İnkişaf, dəstək və özünüdərk yanaşması ilə psixi sağlamlıq
17 Oktyabr 2025 14:25
Psixi sağlamlıq və insan hüquqları mövzusunda tədbirlər keçirildi
19 Mart 2025 13:04
Baxış sayı:80
Bu xəbər 09 Oktyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları