Icma.az
close
up
RU
Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun ilk iclası keçirilib

Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun ilk iclası keçirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 9 oktyabr, AZƏRTAC

10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Psixi sağlamlıq və insan hüquqları sahəsində İşçi Qrupun rəhbəri Səbinə Əliyeva, Azərbaycan Tibb Universitetinin rektoru, tibb elmləri doktoru, professor Gəray Gəraybəyli, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, tibb elmləri doktoru, professor Teymur Qafarov, Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti, tibb elmləri doktoru, professor Nadir İsmayılov, ekspertlər, vətəndaş cəmiyyəti institutlarının və media subyektlərinin nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən Ombudsman Səbinə Əliyeva psixi sağlamlıq hüququnun insanın tibbi yardım almaq, stiqma və ayrı-seçkilikdən qorunmaq, təhlükəsiz və inklüziv mühitdə yaşamaq imkanlarını özündə birləşdirdiyini qeyd edib. Müvəkkil vurğulayıb ki, beynəlxalq sənədlərdə psixi sağlamlıq hüququ anlayışı geniş yer alır və bu istiqamətdə beynəlxalq prinsiplərdən istifadə etməklə ölkəmizdə hüquqi bazanın və praktiki mexanizmlərin təkmilləşdirilməsi zəruridir.

Səbinə Əliyeva Ombudsman təsisatının psixi sağlamlıq hüququnun təmin olunması sahəsində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib. O, psixiatriya müəssisələrinə mütəmadi başçəkmələrin həyata keçirildiyini, mövcud vəziyyətin yaxşılaşdırılması, əhalinin hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə müvafiq dövlət qurumlarına təkliflər təqdim olunduğunu bildirib.

Ombudsman qeyd edib ki, yaradılmış “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrup bu istiqamətdə mütəxəssisləri bir araya gətirməklə, psixi sağlamlıq problemlərinin həlli, dövlət qurumları ilə əməkdaşlığın möhkəmləndirilməsi və səmərəli fəaliyyətin təmin edilməsi baxımından mühüm platforma rolunu oynayacaq.

İclasda çıxış edən iştirakçılar psixi sağlamlıq sahəsində insan hüquqlarının qorunması istiqamətində Ombudsman təsisatının fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Cəmiyyətin maarifləndirilməsi, stiqma və stereotiplərin aradan qaldırılması, tibbi xidmətə əlçatanlığın artırılması, eləcə də psixi sağlamlıq sistemində mövcud problemlərin həlli üzrə təklif və tövsiyələr səsləndirilib.

Sonda iclasın yekunları üzrə qərarlar qəbul edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see292

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see228

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see195

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see179

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see177

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see148

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see146

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see142

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see140

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see132

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see130

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see130

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see129

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see128

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see127

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see126

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see125

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see125

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see124

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri