Icma.az
close
up
RU
Ombudsman Suriyadakı vətəndaşlarımızın qaytarılması üçün

Ombudsman Suriyadakı vətəndaşlarımızın qaytarılması üçün

Azvision saytına istinadən Icma.az xəbər verir.

Bu barədə AzVision.az -a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, son illərdə Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan yaxın qohumlarının, xüsusilə qadın və uşaqların ölkəmizə qaytarılmasında köməklik göstərilməsi ilə bağlı ombudsmana ünvanlanan müraciətlər üzrə zəruri tədbirlər görülüb. Həmin ərizəçiləri qəbul edən ombudsman mövcud problemin araşdırılması, həlli, vətəndaşlarımızın ölkəyə qaytarılması, onlar barəsində məlumatların alınması və dəqiqləşdirilməsi, təxirəsalınmaz humanitar dəstəyin və tibbi yardımın göstərilməsində köməklik göstərilməsi istiqamətində səlahiyyətli qurumlarla əməkdaşlığını davam etdirir.
Müraciətlər üzrə aidiyyəti qurumlara göndərilmiş sorğular nəticəsində uşaqların Azərbaycana qayıtması üçün zəruri sənədlərin hazırlanması və digər məsələlər həll edilib.
Eyni zamanda, ümumilikdə ombudsman Suriyada qalan vətəndaşlarımızın qaytarılması və onların hüquqlarının təmini istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə müxtəlif vaxtlarda Nazirlər Kabinetinə, həmçinin digər səlahiyyətli dövlət qurumlarına müraciətlər edib.
Bununla yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsinin və BMT-nin Uşaq Fondunun Azərbaycandakı Nümayəndəliyi ilə bu istiqamətdə müzakirələr aparılıb.
Məlum olduğu kimi, Azərbaycan Hökuməti tərəfindən görülən tədbirlər nəticəsində müntəzəm olaraq Suriyada saxlanılan vətəndaşların ölkəyə repatriasiyası həyata keçirilir.
Ombudsman və onun nümayəndələri müxtəlif vaxtlarda ölkəyə repatriasiya edilmiş həmin şəxslərlə görüşüb, onların hüquqlarının təmini vəziyyəti yerində araşdırılıb.
Repatriantlarla görüş zamanı onların ümumi və psixoloji vəziyyəti qiymətləndirilir, problemləri və ehtiyacları öyrənilir, hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələr verilir. Repatriantların yerləşdirildikləri müəssisə tərəfindən onların reabilitasiyası üzrə görülmüş tədbirlər barədə lazımi məlumatlar Aparatın əməkdaşlarına təqdim olunur. Görüş çərçivəsində, həmçinin repatriantlara müvəkkilə müxtəlif vasitələrlə müraciət imkanları barədə məlumat verilir.
Qeyd edək ki, ombudsman və onun nümayəndələri tərəfindən Suriya Ərəb Respublikasından repatriasiya edilmiş Azərbaycan Respublikası vətəndaşlarından 54-ü uşaq, 16-sı qadın olmaqla 70 nəfərlə görüş keçirilib, onların hüquqlarının təmini vəziyyəti öyrənilib.
Eyni zamanda, repatriantların hüquqlarının təmin olunmasına dair Ombudsmana ünvanlanan müraciətlər üzrə müvafiq qurumlarla əməkdaşlıqda lazımi tədbirlər görülüb. Görülmüş tədbirlər nəticəsində müraciətlərdə qeyd olunan əsasən uşaqların doğum haqqında şəhadətnamələrinin, sosial yardımın verilməsi, psixoloji dəstək xidmətlərinin göstərilməsi və digər bu kimi məsələlər təmin edilib.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 Dekabr 2024 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri