Icma.az
close
up
RU
Ombudsmandan İdrak liseyində baş verən insidentlə bağlı çağırış

Ombudsmandan İdrak liseyində baş verən insidentlə bağlı çağırış

Icma.az bildirir, Milli.az portalına istinadən.

Media nümayəndələri tərəfindən şagirdlərdən müsahibə götürülməsi və məlumatların işıqlandırılması üsulu təəssüf doğurur.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Ombudsman Aparatından məlumat verilib.

Bildirilir ki, son zamanlar uşaqlar tərəfindən həmyaşıdlarına və digər şəxslərə qarşı aqressiv davranışın göstərilməsi, hüquq pozuntusu törədilməsi halları ciddi narahatçılıq doğurur:

"Uşaqların psixoloji vəziyyətinin qiymətləndirilməsi, onların davranışlarına, o cümlədən onların rəqəmsal platformalardan istifadə etmələrinə nəzarət edilməsi uşaqların və ümumilikdə cəmiyyətin sağlamlığı və təhlükəsizliyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair müraciətində son illər uşaqlar arasında geniş yayılmış onlayn oyun və interaktiv platformaların, xüsusilə "Roblox" platformasının yaratdığı risklər barədə analitik təhlilə əsaslanan məlumatlar verilmiş, aidiyyəti dövlət orqanları uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalar üzərində nəzarət mexanizmlərini gücləndirməyə, risklərin hüquqi qiymətləndirilməsinin aparılmasına və preventiv fəaliyyətin həyata keçirilməsi sahəsində zəruri tədbirlər görməyə dəvət olunub.

Qeyd olunan problemlərin aradan qaldırılmasında valideynlərin də rolu danılmazdır. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Baş verən hadisələr onu göstərir ki, valideynlər tərəfindən uşaqlara daha diqqətlə yanaşılması, onlarla etibarlı ünsiyyətin təmin edilməsi və uşaqların olduğu hər bir yerdə təhlükəsizliyin gücləndirilməsi çox vacibdir.
Media subyektlərinin nümayəndələri tərəfindən uşaqlarla bağlı məlumatların yayılmasında qanunvericiliyin tələblərinə əməl edilməsi, uşaqların mənafelərinin üstün tutulması, məsələlərə uşaq hüquqlarının müdafiəsi prizmasından yanaşılaraq ictimaiyyətin düzgün məlumatlandırılması zəruridir.

Ombudsman tərəfindən mediada uşaq hüquqlarının pozulması halları ilə bağlı media subyektlərinə və jurnalistlərə ünvanlanmış açıq müraciətdə bu sahədə onların vəzifələri və məsuliyyəti əks etdirilmiş, onlara peşə fəaliyyətlərini həyata keçirdikləri zaman uşaqların mənafelərini üstün tutmaları və uşaqlarla bağlı məlumatların yayılmasında həssas yanaşma nümayiş etdirmələri tövsiyə olunub".

"06 fevral 2026-cı il tarixində "İdrak" liseyində baş vermiş insidentlə bağlı media nümayəndələri tərəfindən şagirdlərdən müsahibə götürülməsi və məlumatların işıqlandırılması üsulu təəssüf doğurur. Bir daha media nümayəndələrinə "Media haqqında" Azərbaycan Respublikasının Qanununun, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun, "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"nın və digər hüquqi aktların tələblərini xatırladaraq, onları bu sahədə məsuliyyətli mövqe nümayiş etdirməyə dəvət edirik.

Qeyd edək ki, belə hallarla bağlı Ombudsman tərəfindən aidiyyəti qurumlara müraciət edilərək zəruri tədbirlərin görülməsi təmin edilir.

Uşaqların hüquqlarının müdafiəsi, onların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması məqsədilə bir daha əlaqədar dövlət orqanlarını qeyd olunan sahədə nəzarəti daha da gücləndirməyə, valideynləri daha məsuliyyətli davranmağa, media subyektlərini uşaqlarla bağlı məlumatlar hazırlanarkən qanunvericiliyin tələblərinə əməl edərək uşaqların mənafelərin üstün tutmağa dəvət edirik", - qurumdan əlavə olunub.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Fevral 2026 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri