“İdrak” liseyində baş verən insidentlə bağlı jurnalistlərə xəbərdarlıq edildi
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“İdrak” liseyində baş vermiş insidentlə bağlı media mənsublarının bu təhsil ocağının şagirdindən açıqlama alma və yayma üsulları qətiyyən yolverilməzdir.
Yeniavaz.com xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının media mənsublarına ünvanladığı çağırışda yer alıb.
Qeyd edilib ki, bu, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na tamamilə ziddir. Belə ki, qaydaların “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinin 3.9-cu bəndində bildirilir ki, “jurnalist uşaqların məsumluğu və inamından sui-istifadə etməməli, hüquqlarına hörmətlə yanaşmalı, onların fikirlərinin çatdırılması ilə bağlı xüsusi məsuliyyət nümayiş etdirməli, valideyinlərinin və ya qanuni himayəçilərinin icazəsi olmadan uşaqlardan müsahibə götürməməyə səy göstərməlidir”.
Çağırışda xatırladılıb ki, sözügedən bənddə həmçinin daha vacib ictimai əhəmiyyət kəsb edən maraqların mövcud olduğu hallar istisna olmaqla, jurnalistin uşaqların şəxsi həyatı barədə məlumatları və ya fotoşəkilləri dərc etməməli olduğu göstərilib:
“Jurnalist faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə hadisələrə cəlb edilmiş uşaqların kimliyini mütləq qorumalıdır. Təəssüf ki, “İdrak” liseyindəki insidentlə bağlı üzərində dayandığımız təqdimatda buna riayət edilmədi”.
Eyni zamanda, diqqətə çatdırılıb ki, media mənsublarının “İdrak” liseyi şagirdindən aldıqları müsahibə, həmçinin, müsahibə zamanı yol verdikləri davranışla “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın “Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması” adlı 5-ci prinsipində əksini tapmış “ictimai əhəmiyyət” anlayışı “ictimaiyyət üçün maraqlı” olan informasiya ilə qarışdırılmamalıdır” tələbi də pozulub:
“Onların hərəkəti hadisə ilə bağlı əsl həqiqətləri üzə çıxarmaq məramına xidmət deyildi və məlum olaya olan ictimai diqqətə adekvat peşəkar davranış nümunəsi kimi qiymətləndirilə bilməz”.
Azərbaycan Mətbuat Şurası jurnalistləri, xüsusən, ekstremal durumların, cəmiyyətdə rezonans doğurmuş hadisələrin və belə olaylarla əlaqəli məqamların işıqlandırılmasında emosiyalara qapılmamağa, tələskənliyə yol verməməyə və konkret mahiyyət üzrə davranmağa çağırıb:
“Unutmaq olmaz ki, həssaslıq ən böyük peşəkarlıq meyarıdır və medianın yalnız yüksək peşəkar həssaslığı ilə hazırladığı materiallar insanların informasiya tələbatını qarşılamaq iqtidarındadır. Buna əks təmayüllərin hər biri cəmiyyətə ziyandır”.
Bu mövzuda digər xəbərlər:Ombudsmandan İdrak liseyində baş verən insidentlə bağlı çağırış
06 Fevral 2026 19:29
“İdrak” liseyində insident KONKRET
07 Fevral 2026 12:11
İdrak Liseyində baş verən hadisə təhsilimizin SOS çağırışıdır
06 Fevral 2026 20:14
Məhkəmədə İdrak liseyində baş verən insidentin detalları açıqlandı
01 İyul 2026 13:04
İdrak Liseyində şagird müəllimi güllələdi
06 Fevral 2026 10:32
Baxış sayı:167
Bu xəbər 06 Fevral 2026 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















