Icma.az
close
up
RU
Omoniya nın baş məşqçisi: Sabahkı matçda əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq

Omoniya nın baş məşqçisi: Sabahkı matçda əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Sabahkı oyunu səbirsizliklə gözləyirik. "Torpedo"ya qarşı yaxşı oynadıq, yaxşı nəticə göstərdik. Eyni sözləri "Araz-Naxçıvan" haqda da deyə bilərəm. Evdə və səfərdə "Aris"ə qarşı yaxşı oynadılar. Sabahkı matçda yaxşı oynamalıyıq".

İdman.biz xəbər verir ki, bunu "Omoniya"nın baş məşqçisi Henninq Berq UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin Bakıda "Araz-Naxçıvan"la ilk oyununda öncə keçirilən mətbuat konfransında deyib.

- Sizcə, "Araz-Naxçıvan" "Aris"i nəyin hesabına keçə bildi? Yəqin ki, analiz edəndə bu iki görüşə də baxmısız?

- Məncə, "Araz-Naxçıvan"ın keyfiyyətli, yaxşı futbolçuları var. Yaxşı komanda oyunu oynadılar. Həm də, çox yaxşı mübarizə apardılar. Komandanın enerjisi çox yüksəkdir. Deyərdim ki, əsas faktorlar bunlar idi.

- Bundan əvvəlki mərhələdə "Araz-Naxçıvan"ın rəqibi favorit göstərilirdi. İndi də favorit "Omoniya"dır. Bu, sizi narahat etmirki?

- Hər zaman oyunlarda komandalardan biri favorit olur. Amma məşqçilər və oyunçular üçün bu, bir az fərqlidir. Önəmli olan odur ki, komanda ən yaxşı formada olsun və ən yaxşı oyununu göstərsin. "Araz-Naxçıvan" yaxşı komandadır. Təsadüfi deyil ki, 2 gözəl oyun oynadılar. Onlar "Aris"dən üstün idilər. Sabahkı matçda əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq. Kim favoritdir, bu haqda danışmağın mənası yoxdur.

- "Omoniya" bir neçə dəfə Azərbaycan komandaları ilə qarşılaşıb. Sonuncu dəfə "Zirə" ilə üz-üzə gəlib. Həmin "Omoniya" ilə indiki arasında hansı fərq var?

- İki fərqli mövsümün komandasını dəyərləndirmək çətindir. Bu komanda ötən mövsüm təsnifat mərhələlərində uğurlu şıxış etdi.

- Sabahkı matçda şansları necə görürsüz?

- Riyyazatçı deyiləm. Nəsə demək çətindir. İki çətin oyun bizi gözləyir. "Aris" "Araz-Naxçıvan"ı keçsəydi, əminəm ki, onlar favorit idilər. İndi onlar "Aris"i üstələyibsə, favorit kimdir? Bu məqamlar haqda düşünmək istəmirik. Sabahkı oyuna hazırlaşmaq istəyirik.

- Sabahkı matçla bağlı itkiləriniz var?

- Tasos zədələdir. Fransis Uzqoho viza ala bilməyib. Bu gün gecə gələcək.

- Ötən mövsümün əvvəlində "Neftçi"nin baş məşqçi postuna gələ biləcəyiniz iddia edilirdi. Niyə alınmadı?

- Bəzən şayiələrdir, bəzən maraqlananlar olub, bəzən maraqlanmayanlar.

- Meydançanın ot örtüyünə baxmısız?

- Yox hələ, görməmişəm. Az sonra görəcəyik.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Avqust 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri