“Əlimizdən gələni edəcəyik ki, xalqımızı sevindirək”
futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanın U-21 yığması Avropa çempionatının seçmə mərhələsində sabah Şotlandiya ilə qarşılaşacaq.
Yığmanın futbolçusu Ağadadaş Salyanski matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Şotlandiya ilə Bakıda heç-heçəyə nail olmuşdunuz. Sabah nəyə ümid etməliyik?
– Bakıdakı oyunda üstün idik, sadəcə son dəqiqələrdə buraxdığımız qol bizi qələbədən etdi. Həmin matçda pis oynamamışıq.
– Şotlandiyadan qələbə ilə dönmək mümkündür?
– Məncə, hə. Yaxşı nəticə qazanmaq gücündəyik. İnanıram ki, istədiyimizə nail ola biləcəyik.
– Britaniya futbolu fərqlidir. Üstəlik, matç səfərdə olacaq.
– Bunu bilirik. Düşünürəm ki, sürətli və maraqlı oyun olacaq. Əlimizdən gələni edəcəyik ki, xalqımızı sevindirək. Məqsəd xal və ya xallar qazanmaqdır. İnşallah, bacaracağıq.
– Super Liqa təmsilçisi “Erzurumspor”da çıxış edən Nəriman Axundzadə ilə Çexiyaya qarşı hücumda tandem təşkil etdiniz. Birlikdə oyununuz alınır?
– Nərimanla aşağı yaş qruplarından bir yerdəyik. O, çox yaxşı oyunçudur və əla keyfiyyətləri var. Düşünürəm ki, bir-birimizi yaxşı başa düşürük. U-15 yığmasından bu yana birlikdə oynayırıq. Qarşıdakı matçlarda bunun bəhrəsini görəcəyik.
Sabah keçiriləcək Şotlandiya – Azərbaycan matçına 22:30-da start veriləcək.
Azərbaycan millisi AÇ-də B qrupunda 8 turdan sonra 7 xalla 6 komanda arasında 5-cidir.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 29 Sentyabr 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















