Icma.az
close
up
RU
Ömrümüz dörd fəsildir və ya səyahətə çıxmaq üçün fürsətdir

Ömrümüz dörd fəsildir və ya səyahətə çıxmaq üçün fürsətdir

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Bizim media-da bir yazı oxudum. Yazının məzmunu beləydi ki, COP29 iqlim konfransına on minlərlə qonaq gələcək. Şəhərdə sıxlıq, təbii ki, artacaq. Ona görə də başqa şəhər və rayonlarda otellər, istirahət mərkəzləri qiymətləri ucuzlaşdırsın. Konfrans keçirilən günlərdə paytaxt sakinləri gedib istirahət edə bilsin. Onsuz da bir neçə gün ardıcıl qeyri-iş günüdür.

Doğrusu, bu, ağıllı fikirdir. Onsuz da Zəfər Bayramı, Bayraq günü, Konstitusiya günü, üstəgəl şənbə və bazar günləri var. Səyahətə getmək üçün əsl fürsətdir.

Bu haqda bir tanışımla söhbət edirdim. Dedi: "Bu havalarda istirahətə getmək olar?!"

Baxdım, bəli, hava dönüb, külək, yağış... Dağlara qar da yağır. Ancaq klasik rus estradasından bir məşhur mahnının sözləri yadıma düşdü: "У природы нет плохой погоды". Tərcüməsi belədir: "Təbiətdə pis hava yoxdur".

Doğrudan ha! Ömrümüz dörd fəsildir axı. Ömrü dörd fəslə bölən özü bilib, nə edir. Heç nə boşuna deyil. Ömrün qışdan keçməzsə, yayın qədrini bilməzsən. Payızı yaşamasan, yazın. Və əksinə. Hər fəslin öz fəlsəfəsi var. Görürsünüzmü, hər fəslin öz meyvəsi, öz tərəvəzi, öz qida rasionu var. Hər fəsildə özünə aid vitaminlər depolamalısan. Yayda D vitamini ehtiyatı yığmasan, qışda xəstələnmək ehtimalı yüzdə yüzdür...

Səyahət, istirahət deyəndə, bizə elə gəlir ki, bunu ancaq yayda eləmək lazımdır. Gəlin, etiraf edək: Qusarda "Şahdağ", Qəbələdə "Tufandağ" açılana qədər bizim qış istirahəti anlayışımız var idi? Demək olar, yox idi.

Dənizdə üzmək deyəndə də, dağa dırmaşmaq deyəndə də, meşədə gəzmək deyəndə də ancaq yaz və yay yada düşür. Amma payızda da, qışda da təbiətin xas gözəllikləri var. Başqa bir mahnıda deyildiyi kimi: "Hər şey gözəldir həyatda, sən bu gözəllikləri anlaya, duya bilsən..."

Avropa xalqlarında, yaponlarda, Amerikada fəsil fərqi yoxdur; cibində çoxlu pulu, içində səyahət həvəsi olan hər kəs hər fəsildə, hər havada gəzməyə çıxır, hər fəsildə tətili bacarır.

Vaxtilə Bakıda xarici şirkətdə işləmiş dostum deyirdi ki, onun Şotlandiyalı müdiri leysana baxmayaraq, səyahətə getmək planını dəyişməyib. Dostum deyib: "Yağış yağır, soyuqdur axı!"

Müdiri təəccüblənib: "Çətir götürəcəm, qalın geyinəcəm. Yağışda səyahətin də öz ləzzəti var".

Bəli, biz bəlkə şotlandiyalını anlamaqda çətinlik çəkirik. Üstəlik də qazancımız onunku qədər deyil. Amma şotlandiyalının qazancını öz ölkəsindəki qiymətlərə nəzərən dəyərləndirsək, vəziyyət aşağı-yuxarı oxşardır. Sadəcə, bizim ölkəmizdə turizm obyektlərinin sahibləri də öz biznesini bizim tətil düşüncəmizə görə qurur. Anlaşılandır. İlin az qala yarıdan çoxu obyektlər işləmir. Ancaq insanlar ilin hər vaxtında tətilə meylli olsa, turizm bölgələrində otellər və restoranlar da il boyu işləyər.

Bir də ki, biz bəzən məsələni qəlizləşdiririk. Sanki oteldə yer olmasa, adamlar tətilə getməməlidir. Bakın əhalisinin yarıdan çoxu başqa şəhər və rayonlardan gəlib. Əyalətdə qohumları, yaxınları var. Yaxud kirayə evlər var. Yəni variant çoxdur. Pula gəlincə, tətil günlərində Bakıda heç də az xərc çıxmayacaq. Üstəlik fərdi, ailəcə getmək baha çıxırsa, turist qruplarında da səyahətə çıxmaq var. Yapondan ki, varlı deyilik; qrup turlarına çox həvəslidirlər. Bizdə hələ ki, bu biznes istənilən səviyyədə oturuşmayıb. Amma gəlişməsi lazım. Elə insanlar var, ömrü boyu "Biləcəridən o tərəfə" keçməyib. Bu, təkcə xarici səfərlərə aid deyil. Dilimizdə belə deyim var: "Gəzməyə qürbət ölkə..."

Niyə qürbət ölkə?! Əvvəlcə öz ölkəni gəz, gör hələ. O dənizdən, o meşədən, o dağdan-bağdan bizdə də var. Bir az qiymətləri cibimizə uyğunlaşdırsaq, öz ölkəmizi də gəzib görərik.

Yazının əvvəlinə qayıtsaq, bəli, paytaxtda böyük tədbirlər keçirilirsə, üstəlik bu, tətil günləri ilə üst-üstə düşürsə, şəhərdən çıxmaq, bölgələrə istirahətə getmək, ən doğru variant deyilmi?! Əlbəttə, doğru variantdır. Yayı gözləməyin. Yay cəmi üç aydır. Dincəlmək istəyirsinizsə, bunu hər vaxt edə bilərsiniz. Çünki həqiqətən təbiətdə pis hava olmur...

Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Noyabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri