Icma.az
close
up
RU
Ömrünü vətəninə, xalqına ibadətdə keçirən alim...

Ömrünü vətəninə, xalqına ibadətdə keçirən alim...

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Abid Tahirli- 70
Dürüstlük onun üçün çox vacibdir. Heç vaxt heç kimi aldatmır və aldanmağı da sevmir. Məcaranı, dinamikliyi xoşlayır. Nikbin adamdır. Məntiqli, məzmunlu mülahizələri ilə son dərəcə cazibədar görünür. Emosional cəhətdən tərbiyəli, ahəngdardır və geniş düşünməyi bacarır. Məhdudiyyətlərin, eləcə də qaydaların şərti olduğunu yaxşı anlayır. Bununla bərabər, düşüncələrinə çox bağlıdır...
Deyir ki:- “İnsanın ən böyük qüdrəti, möcüzəsi sözlə yaratdıqlarıdır.”
Bəzən onu başa düşmək çətin olur, müzakirələrdə əks arqumentlərilə həmsöhbətlərini heyran edə bilir. Onu tanıyan hər kəs ilk olaraq onun insanlığına, ziyalılığına böyük hörmətlə yanaşır. Bəzən uşaq saflığı ilə səmimi, təmkinli, təvazökar olur. Bir sözlə, əməli, ideyası, əsərləri ilə fərqlənən, başqalarına örnək olan, yüksək mənəvi dəyərlərə, əxlaqi keyfiyyətlərə malik bir ziyalıdır...
Söhbət Abid Həmid oğlu Tahirlidən gedir. O, 1955-ci il noyabrın 30-da Qəbələ rayonunun Nohurqışlaq kəndində anadan olub. 1975-1980-ci illərdə ADU-nun jurnalistika fakültəsində ali təhsilə yiyələnib. 1982-1987-ci illərdə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdəki həmvətənlər üçün nəşr etdiyi “Vətənin səsi” adlı qəzetdə müxbir işləyib. 1988-ci ildən Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyəti yaranandan onun orqanı “Odlar yurdu” qəzetində əvvəlcə müxbir, sonra böyük müxbir, məsul katib, redaktor müavini vəzifələrində çalışıb.
1992-1993-cü illərdə “Vətən” Cəmiyyəti Avropa və Amerika ölkələri şöbəsinin müdiri vəzifəsini icra edib. 1993-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabinetində çalışır, humanitar və sosial problemlər şöbəsinin baş məsləhətçisi, Dövlət qulluğunun baş müşaviridir. 2015-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
1997-ci ildə MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda “Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı- mühacirətəqədərki dövr)” mövzusunda namizədlik, 2006-cı ildə isə Bakı Dövlət Universitetində “Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991-ci illər)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, flologiya elmləri doktorudur. O, çoxcildlik “Milli Azərbaycan Ensiklopediyası”nın məsləhətçilərindən, 2 cildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın həmmüəlliflərindən biridir...
Yaradıcılığa orta məktəbdən başlayıb. IX sinifdə yazdığı “Sinoptiklər” hekayəsi ilə respublika yaradıcılıq müsabiqəsinin qalibi olub. 1975-cı ildən isə dövri mətbuatda çap olunur. “Sözlə yarananlar, sözü yaşadanlar”, “İlyas Əfəndiyevin publisistikası”, “Azərbaycan mühacirət mətbuatı” (I hissə), “Azərbaycan mühacirət mətbuatı” (II hissə), “Deyilən söz yadigardır”, “Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991)”, “İdrak işığında”, “Bütün türklərin tərcümanı”, “Məktəb: tariximiz, taleyimiz”, “Qaspıralı Dünyası, Qaspıralı Dühası” və daha neçə-neçə dəyərli, sanballı əsərlərin müəllifidir. Xoşbəxtlikdən, bu əsərlərin bəziləri xarici oxucuların da diqqətini cəlb edib. Məsələn, 2005-ci ilin dekabrında Abid Tahirliyə Almaniyanın Halle şəhərindəki məşhur Martin Lüter Universitetindən bildiriş gəlib ki, onun beş kitabı- “Azərbaycan mühacirəti”, “Sözlə yarananlar, sözü yaşadanlar”, “Azərbaycan mühacirət mətbuatı (1-ci və 2-ci hissələr)”, “Azərbaycan mühacirət mətbuatında publisistika” universitetin kitabxanasının kataloquna salınıb...
...İnsanlarla münasibətdə sərbəst və səmimidir. Azadlığını son dərəcə sevir və bu sevgiyə əbədi sadiq qalacağına inanır. Ağıllı insanların yanında olmağı çox xoşlayır. Onunla dostluq etmək bir başqa aləmdir. Baş verən hadisələrə fərqli bir şəkildə baxmağı ondan öyrənə bilərsiniz və onunla dostluğunuz sizə ilham verəcək, həyatınıza rəng qatacaq...
Haqqında yazılan məqalələrin birində deyilir ki: “Abid- ibadət edən deməkdir. Abid Tahirli qələmi, sözü ilə ömrünü vətəninə, xalqına ibadətlə keçirib...”
Noyabrın 30-u Abid müəllimin 70 yaşı tamam olur, yubileyidir. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, firəvan həyat və yaradıcılıq uğurları arzulayıram...

Hörmətlə, Elman Eldaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 01 Dekabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri