Icma.az
close
up
RU
Menu

ABŞ İran razılaşması razılaşma kövrək xarakterli sənəddir

İran belə bir vəziyyətdə vaxt qazanmaq istəyir

Frank Jaffe SITA nın qlobal xidmətlər komandasına rəhbərlik edəcək

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür

Dünyada elektrikli nəqliyyat vasitələrinin satışı artmaqdadır

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? VİDEO

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı azalıb

Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

İsveç miqrant siyasətini sərtləşdirir

“XXI Əsrin Qadınları” İB İsmayıllıda tədbir keçirib FOTOLAR

Legioneri “Qəbələ” ilə vidalaşdı

KİV: Avropa və Yaxın Şərqdə Patriot çatışmazlığı səbəbindən SAMP/T sistemlərinə maraq artır

Vens: ABŞ İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Dünya çempionatı: Norveç qələbə qazanıb

2026 cı il futbol üzrə Dünya Çempionatının 16 iyun tarixinə olan oyunların nəticələri

Rəşad Sadıqov "Zirə"nin rəqibindən danışdı: Gözlənilməz oldu

Holand atasından 32 sonra dünya çempionatında debüt edib

Ömrünü su idmanına həsr edən alim:

Ömrünü su idmanına həsr edən alim:

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

“Bir də həyata gəlsəm yenə də ömrümü idmana, gənclərin gələcək yollarının seçiləsində yol göstərən müəllim sənətinə həsr edərdim. Hərdən elə düşünürəm ki, heç elə bil illər ötməyib. Daxilimdə gənclik illərimdə olan o həvəs, o enerji bu gün də var və Mən hələ də Azərbaycanda Su İdman növlərinin inkişafında öz bilik və bacarığımla töhfəmi verməyə qadirəm. Bu vaxtadək istər idmançı kimi, istər məşqçi kimi, istərsə də bir alim və müəllim kimi ölkəmizdə idmanın inkişafına dəstəyimi verməyə çalışmışam. Bundan sonra da qalan ömrümü buna həsr edəcəyəm”.


Bu fikirlər bu gün 75 yaşını qeyd edəcək Respublika dərəcəli hakim, “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi”, Azərbaycan Respublikasının “Əməkdar Məşqçisi”, Azərbaycan Respublikasının “Əməkdar Müəllimi”, “Tərəqqi” medalı ilə təltif olunmuş, pedaqogika üzrə fəlsəfə doktoru və professor Şamil Əbdürrəhmanova məxsusdur.


Bütün ömrünü Azərbaycan su idmanı növlərinə həsr edən Şamil Hətəm oğlu Əbdürəhmanov 2 may 1950-ci ildə Mingəçevir şəhərində anadan olub. 1967-ci ildə Mingəçevir şəhər 1№-li orta məktəbi bitirib. 1968-1970-ci illərdə Rusiyanın Çita vilayətində hərbi qulluqda olub. O, 1972-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna (İndiki Azərbaycan İdman Akademiyası) daxil olub və 1976-cı ildə həmin institutu bitirdikdən sonra təyinatla ali təhsil müəssisəsinin üzgüçülük və onun metodikası kafedrasına baş laborant vəzifəsinə təyin olunub. Həmin ildən 1997-ci ilədək Azərbaycan İdman Akademiyasında müəllim, baş müəllim, 1997-ci ildən 2016-cı ilədək üzgüçülük və onun metodikası kafedrasının müdiri vəzifəsində çalışıb. O İşlədiyi müddətdə bütün fəaliyyətini su idmanı növləri üzrə yüksək dərəcəli ixtisaslı tələbələrin yetişdirilməsinə yönəldib. Pedaqoji fəaliyyətlə yanaşı o ictimai işlərlə də məşğul olub. Belə ki, fakültə komsomol komitəsinin sədri, fakültə partiya komitəsinin sədr müavini, DOCCAF sədri kimi vəzifələri icra edib.


Şamil Əbdürrəhmanov İdman fəaliyyəti dövründə Azərbaycanda su idmanı növlərinin inkişafına da öz töhfələrini verib. Belə ki, o, Avarçəkmə idman növü üzrə yığma komandanın məşqçilər qrupunda elmi – metodiki və praktiki köməklik göstərib . Məşqçilər qrupunda işlədiyi dövrdə yığma komanda sıralarında dünya birinciliyinin gümüş mükafatçıları - beynəlxalq dərəcəli İdman Ustası Qennadi Kryuçkin, Viktor Pereverzev və SSRİ çempionatının bürünc mükafatçıları - İdman Ustası Aleksandr Nemtsov, Mixail Nemtsov kimi yüksək dərəcəli idmançılar yetişib. Bundan əlavə onun özünün idman və elm sahəsində də müəyyən nailiyyətləri olub. O, 1968-1976-ci illərdə avarçəkmə idman növü üzrə Respublikanın yığma komandasının üzvü və üç dəfə Respublika çempionu olub.


İdmançı və məşqçi kimi öz bilik və bacarığını yoxlayan Şamil müəllim ömrünün 50 ildən çoxunu peşəkar idman mütəxəssislərinin hazırlanmasına həsr edib. İndiki Azərbaycan İdman Akademiyasında laborant kimi əmək fəaliyyətinə başlayan Əbdürrəhmanov indi Su idman növləri üzrə tanınmış alim, professor səviyyəsinə çatan bir ziyalı, bir alimdir. Professor Ş.Əbdürəhmanov həm də  olduqca məhsuldar bir tədqiqatçı alimdir. Onun indiyə kimi 100-dən çox dərslik, dərs vəsaiti, tədris vəsaiti, metodik vəsaiti, metodik göstərişi, metodik tövsiyəsi və jurnal məqalələri nəşr edilərək oxucuların ixtiyarına verilib. Əbdürrəhmanovun çoxşaxəli həyat yoluna nəzər salsaq, birmənalı şəkildə deyə bilərik ki, onun ziyalı mövqeyi, şəxsiyyəti gənclərimizə örnək olası bir həyat məktəbidir.



Respublikamızda idmanın inkişafına sonsuz məhəbbəti Şamil müəllimi böyük həvəs və tükənməz enerji ilə bu sahədə təmənnasız fəaliyyət göstərməyə sövq edir. Professor hazırda bir neçə ictimai vəzifəni bacarıqla və ləyaqətlə yerinə yetirir. Bu da onun idmana, elmə, təhsilə və tədrisə olan böyük sevgisindən, əsl vətəndaş mövqeyindən xəbər verir.


Şamil müəllimi yaxından tanıyanlar, onun xarakter və xasiyyətinə bələd olanlar onun necə səmimi olduğunu söyləyirlər. Prezident təqaüdçüsü, pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyev Şamil müəllimlə 50 ildən çoxdur dostluq edir:


“Mən, Şəmil müəllimi 1974-cü ildən, yəni İdman Akademiyasına qəbul olduğum və yataqxanada qaldığımız gündən tanıyıram. Elə o vaxtdan da özünün işgüzarlığı, təmkini, səmimiyyəti və hamı ilə ünsiyyət yarada bilmə qabiliyyəti ilə diqqət cəlb edirdi.


Şamil müəllimin yaradıcı alim-pedaqoq üçün çox vacib olan keyfiyyətlərlə yanaşı, həm də yüksək idarəetmə, təşkilatçılıq bacarığı vardır. Tale elə gətirib ki, onunla uzun müddət, yəni 51 il bir yerdəyik. Ali məktəbdə oxumağa başladığımız gündən ta bu günədək. Hazırda  Azərbaycan İdman Akademiyasında çiyin çiyinə çalışırıq.


Birgə işlədiyimiz dövrdə onda olan müdriklik və sadəlik, sərtlik və zəriflik, tələbkarlıq və qayğıkeşlik kimi böyük insani keyfiyyətlərin şahidi oldum.


İşlədiyi təhsil ocağında, idman və geniş ictimaiyyət arasında, dostları, tanışları yanında şəxsiyyəti böyük tərbiyə məktəbinə çevrilən Şamil müəllimin ən ümdə xarakterik cəhətlərindən biri və bəlkə də birincisi onun təvazökarlığı və ürək genişliyidir. Şamil müəllim səmimi insan və sədaqətli dostdur” deyə Professor Dilqəm Quliyev Şamil müəllim haqqında fikirlərini bölüşdü.


Şamil müəllim Azərbaycan idmanına təkcə bilik və bacarığı ilə idmançıların və idman müətəxəssislərinin yetişdirilməsi ilə töhfə verməyib. Professorun ailəsində də idmanımızın adını dünya idman arenalarında yüksəkliklərə qaldıran bir məşqçi yetişib. Rəşad Şamil oğlu Əbdürrəhmanov. Hazırda Azərbaycanın Üzgüçülük İdman növü üzrə Milli komandasının baş məşqçisi olan, artıq atası kimi Professor ali adını almış Rəşad Əbdürrəhmanov atasının onun idmanı seçməsində böyük rolu olduğunu söyləyir:



“Əlbəttə hər bir ailədə valideynlərin hansı sahədə çalışması övladların peşə seçimində özünü göstərir. Atam su idman növləri ilə məşğul olduğundan, bu sahədə tədris və təlim sahəsi üzrə ixtisaslaşdığından mənim də suya, üzgüçülüyə, ümumilikdə su idman növlərinə marağım böyük olub. Şamil müəllim cəmiyyətdə təbliğ etdiyi “Sağlam bədəndə sağlam ruh olar” ideologiyasını ailədə də əsas prioritet hesab edirdi. Hələ bir uşaq olanda tez-tez bizi dənizə, su hovuzlarına aparardı. Hesab edirəm ki, mənim bir idmançı, bir peşəkar məşqçi kimi yetişməyimdə atamın rolu çox böyükdür. Günü bu gün də Şamil müəllimin təcrübəsindən, bilik və bacarığından yararlanıram. Ehtiyac yarananda daima onunla məsləhətləşirəm. Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, Professor Şamil Əbdürrəhmanovun Su İdman Növlərinin təbliği və inkişafında böyük rolu, zəhməti var” deyə professor Rəşad Əbdürrəhmanov qeyd edib.


Bu günlərdə 75 illik yubileyi qeyd olunacaq professor Şamil Əbdürrəhmanov haqqında həm iş yoldaşları, həm dostları, həm ailə üzvləri yalnız müsbət fikirlər söylədilər. Azərbaycan Su İdman Növlərinin inkişafında böyük əməyi olan Şamil Əbdürrəhmanov bu gün də böyük həvəs və enerji ilə öz əmək fəaliyyətini davam etdirir. Yəqin ki, hələ uzun illər alimin yetişdirdiyi mütəxəssislərin, idmançıların uğurlarının səsi uzaqlardan gələcək. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://missiya.az
archiveBu xəbər 02 May 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ İran razılaşması razılaşma kövrək xarakterli sənəddir

16 İyun 2026 14:12see424

İran belə bir vəziyyətdə vaxt qazanmaq istəyir

16 İyun 2026 12:07see400

Frank Jaffe SITA nın qlobal xidmətlər komandasına rəhbərlik edəcək

16 İyun 2026 21:59see247

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

16 İyun 2026 06:36see222

17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür

16 İyun 2026 18:28see212

Dünyada elektrikli nəqliyyat vasitələrinin satışı artmaqdadır

16 İyun 2026 11:32see206

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

16 İyun 2026 05:42see201

İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? VİDEO

16 İyun 2026 04:03see195

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı azalıb

16 İyun 2026 18:20see194

Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi

16 İyun 2026 06:36see193

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

16 İyun 2026 02:46see188

İsveç miqrant siyasətini sərtləşdirir

16 İyun 2026 07:49see188

“XXI Əsrin Qadınları” İB İsmayıllıda tədbir keçirib FOTOLAR

16 İyun 2026 17:50see186

Legioneri “Qəbələ” ilə vidalaşdı

16 İyun 2026 07:37see177

KİV: Avropa və Yaxın Şərqdə Patriot çatışmazlığı səbəbindən SAMP/T sistemlərinə maraq artır

16 İyun 2026 05:42see167

Vens: ABŞ İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

16 İyun 2026 04:09see166

Dünya çempionatı: Norveç qələbə qazanıb

17 İyun 2026 04:21see149

2026 cı il futbol üzrə Dünya Çempionatının 16 iyun tarixinə olan oyunların nəticələri

16 İyun 2026 10:47see147

Rəşad Sadıqov "Zirə"nin rəqibindən danışdı: Gözlənilməz oldu

17 İyun 2026 01:52see147

Holand atasından 32 sonra dünya çempionatında debüt edib

17 İyun 2026 02:41see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri