Icma.az
close
up
RU
Ömrünün 21 ilini Vətən keşiyində dayanan şəhidin xatirəsi anılıb

Ömrünün 21 ilini Vətən keşiyində dayanan şəhidin xatirəsi anılıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Füzuli, 29 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

44 günlük Vətən müharibəsi şəhidi İsmayılov Nizaməddin İsmayıl oğlunun məzarı anım günündə ziyarət olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki şəhidin anım günündə ailəsi ilə bərabər Füzuli rayon icra hakimiyyətinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, qazilər, kənd ziyalıları və sakinlər iştirak ediblər.

Tədbirdə Nizaməddin İsmayılovun şərəfli həyat yolundan danışılıb. Qeyd edilib ki, 1981-ci il yanvarın 10-da Bala Bəhmənli kəndində dünyaya göz açan Nizaməddin yeniyetmə çağlarından hərb sənətinə marağı olub. O, 1999-cu ildə həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanıb. Xidmətini layiqincə yerinə yetirdikdən sonra Gizir Hazırlığı Məktəbində tağım komandiri müavini kursunu bitirib. 2003-cü ildən N saylı hərbi hissədə xidmətə başlayıb. 2011-ci ildən isə ön cəbhədə yerləşən hərbi hissələrdən birində minaatan batareyada fəaliyyətini davam etdirib. Xidməti dövründə bir çox medal və fəxri fərmanla təltif olunub. Aprel döyüşlərində iştirak edib. Vətən müharibəsində ön sıralarda yer alıb. Cəbhənin yarılmasında şücaəti ilə seçilən Nizaməddin qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına iştirak və döyüş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Nizaməddin İsmayılov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşcü", "Füzulinin azad olunmasına görə", "Xocəvəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Nizaməddin İsmayılov ailəli olub, iki övladı yadigar qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 00:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri