Şirvanlı şəhidin xatirəsi anılıb
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şirvan şəhərində İkinci Qarabağ müharibəsinin şəhidi Elvin Sarvan oğlu Şıxəliyevin xatirəsi anılıb. Şəhərin Şəhidlər xiyabanında keçirilən anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, regional təşkilatların, idarə və müəssisələrin əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhid Elvin Şıxəliyevin və digər şəhidlərin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla yad edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailə üzvlərinə və doğmalarına dərin hüznlə başsağlığı verərək onlara səbir diləyib. O, Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətindən, Vətən müharibəsi zamanı hərbçilərimizin göstərdiyi qəhrəmanlıq, şücaət və fədakarlıqdan danışıb. Bildirib ki, Azərbaycanın tarixi Zəfərinin qazanılmasında canlarından keçən şəhidlərimizin xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad ediləcək, onların qəhrəmanlığı gələcək nəsillər üçün örnək olacaq.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan da bəhs edib. Qeyd edib ki, Şirvan şəhərində bu kateqoriyadan olan vətəndaşların müraciətlərinin araşdırılması, qarşılaşdıqları problemlərin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Anım mərasimində çıxış edən digər natiqlər Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi həmrəylikdən, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, şəhidlərimizin misilsiz qəhrəmanlığından söz açıb, onların əziz xatirəsinin daim yaşadılmasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, şəhid Elvin Şıxəliyev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 17 Oktyabr 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















