Icma.az
close
up
RU
Ömür çəhlimi Nəbi Xəzri100

Ömür çəhlimi Nəbi Xəzri100

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Turan Uğur

Tık, tık, tık…Pəncərəmi döyən külək, pəncərəmə qonan külək.Məni oyadan, məni ovudan külək.Axır ki, bayırda yelləncək kimi yellənən ağac budağından bu nagahan, biqəfil müsafirin kimliyini sordum.Səsimi duymaq istəyən bu xətakar rüzgarın çağırışına məhəl qoydumsa, deməli, ərdəmimiz yerində, kamalımız yolunda, ümidimiz yarındadır. Arzularımın ağırlığından bu rüzgarın qanadları qırılsın, beli bükülsün, burnu pərələnsin, sifəti büzüşsün, məni zərif kürəyinə alıb aparsın 17 yaşın alatoranlığına, yeniyetməliyimin həndəvərində saxlasın, boynumu-boğazımı busəyə qərq eləsin, çılğınlığımdan nəsibini alsın, sıcaq öpüş yerindən məhrəm ana qoynuna götürsün, tumarlasın, əzizləsin, saçlarımı qarışdırsın, ruhumu oxşasın, biraz da mənə oxşasın.Axı bir vaxtlar mən də günəş, dəniz, zirvə, bulaq olmaq istəyirdim, insan oldum.Yolumu azdımmı, ya yoluma qayıtdımmı, deyə bilmərəm.Lakin bəd ayaqda, bərk ayaqda nəğmə olsaydım, pis olmazdı.Görən indi də zümzümə etmək olarmı, 17 yaşın nəğməsini?

Dəniz olmaq istəyirəm, ay ana,
Öz sinəmi göylər üçün açaram.

Yox, ay bala, anan qurban boyuna,
Dəniz olsan, necə səni qucaram?

Zirvə olmaq istəyirəm, ay ana,
Ucalardan hər an səni araram.

Yox, ay bala, anan qurban boyuna,
Necə onda saçlarını dararam?

Günəş olmaq istəyirəm, ay ana,
İşıq alsın məndən torpaq, asiman.

Yox, ay bala, anan qurban boyuna,
İşıq verib sən özün də yanarsan.

Bulaq olmaq istəyirəm, ay ana,
Dağdan axım bağçaya mən, bağa mən.

Yox, ay bala, anan qurban boyuna,
Özün dağsan, sığarmısan dağa sən?

Nəğmə olmaq istəyirəm, ay ana,
Mən səslənim, batma dərdə, qəmə sən!

Ol, ay bala, anan qurban boyuna,
Sən onsuz da mənə sonsuz nəğməsən.

Bu şeir 17 yaşlı oğulun, bir şair övladının anasıyla xəyali söhbəti kimi qələmə alınıb.Arzu adlı övladın bir ümman arzusu kimi.Ariflər anladı ki, bugünkü yazımın baş qəhrəmanı Nəbi Xəzridir.Şair Nəbi Xəzri şeirlərinin sevdalısı olmuşuq, əgər ola bilmişiksə…Ağıl misraları ilə ürək misraları arasında var-gəl etmişiksə, Nəbi müəllimin həzin şeirlərindən bir buğum ciyərimizə çəkib, nələrisə əxz edib, görə-görə gəlib, götürə-götürə bir məqama yetmişiksə, o zaman illərimizi bihudə verməmişik.Yetər ki, ürəyə bir əlcə ağıldan, ağıla bir çəngə ürəkdən pay verən tapılsın.Tapılsın da tapınım ona Tanrım kimi.
1924-cü ilin bəxtinə yazılıb şair.Taleyinə təqvimin 1924-cü ilinin dekabrı düşüb.Lakin baharı çox sevirdi.O qədər çox sevərdi ki:

Bu gün yaşıd olur, gündüzlə gecə,
Dağa duman çöküb, çən yeridikcə.
Dərin dərələrdə sel daşan gündür,
Uca zirvələrdə, qar əridikcə,
Damlalar dəryaya qarışan gündür.

Nəbinin də xəmiri Bakının, Abşeronun mayasına qarışır. Xırdalan kəndində bu həyata göz açır.Yazdığı “doğma kəndim, doğma limanım” şüarlarında Xırdalanı xırdalaya-xırdalaya yox, böyüdə-böyüdə vəsf edib. Odur ki, yazdıqları sayalı, urvatlı oldu.Hər gün böyüdü Xırdalan, şəhər oldu.Nəbi Xəzrinin limanı kimi böyüdü.
Gün içində gün kiridirdi atası Ələkbər kişi.Tacir ailəsindən idi Kəbleyi Ələkbər, amma kipriyi ilə od götürərdi.Zarafat gəlməsin sizə, bir ildə üç övlad itirmişdi ata Ələkbər.Nəbi 9 yaşında ikən atası bu dünya ilə vidalaşdı.Ürəyi dözməz oldu bala dərdinə, daha doğrusu, balaların dərdinə.
Lakin bir yeyib, beş sadağa verən “Babayevlər ailəsi” başını itirmədi, özlərinə gəldilər.Balaca Nəbi də ömür çəhlimini, yolun izini azmadı.Dikbaş, rəhimsiz çərxi-fələk onu diksindirmədi, səksən min dərd verib səksəndirə bilmədi.Nəbi addım-addım addımladı, 7 yaşında ilk şeirini yazanda da, inşa yazısında “şair olacağam” deyib sinif yoldaşlarını güldürəndə də, qorxu-hürkü bilmədi.21 yaşında Yazıçılar İttifaqına üzv seçildi.Səməd Vurğun gənc Nəbiyə hamilik etdi.
Peyğəmbər mənası verən “Nəbi” ismini daşıyan Nəbi Babayevə heç çox da yol göstərməyə hacət yox idi.Özü bilirdi yolun çəmini, özü tutmuşdu yolun ağını, “yol tutan bal tutar”, “yolun azanın qazanı boş qalar” – deyibən yollandı Moskvaya, elm ardınca.
Bakıda 2 il Dövlət Universitetində, sonra keçmiş Leninqradda, ardınca Moskvada “Qorki” adına İnstitutda təhsil alır, necə deyərlər, bərk yapışır təhsilin ətəyindən.
-Nataraz anları, narahat məqamları olmamışdımı?
-Olmuşdu.
Az müddət keçməmiş İnstitutdan qovulan Nəbi olur.Qrup qızlarına kənardan “söz atan” bir başılovlunun aşının suyunu verdiyi üçün.Yamanca əzişdirib onu, dərsini verib, ona cayıl olmağın cahilliyini başa salır.Buna görə gənc şairi uzaqlaşdırırlar təhsil ocağından.Yataqxanaya da buraxmırlar.İki gün çöldə gecələməli olur.Yenə yıpranmadı, taleyini qarğımadı Nəbi, əksinə, bəlkə də ürəyindən bu misraları keçirtdi:

Sağ olsun, düşmən,
Qoymadı düşəm.

-deyib təhsilinə davam etdi, düşmən xalqın nümayəndəsinə – həmin o tələbəyə gücünü göstərdi.Biləyinin gücünü təbii ki, fəqət şeirinin gücünü göstərməyin hələ zamanı deyildi.Axı Qaçaq Nəbinin yox, şair Nəbinin taleyi gözləyirdi onu.O çağ da uzaqda deyildi.Gün o gün gələcəkdi qələmi ilə qələmdaşlarını dönükdürəcək, hər kəsi heyran qoyacaqdı.O gün gələcəkdi bütün ağaclardan tökülən sapsarı yarpaqlar Nəbinin qəlbi olacaqdı.

“Bəzən bir toxumdan bitən bir ağac, görürsən, yaşadı əsrlər boyu” – deyən Nəbi Xəzri ilk şeirləri ilə ədəbi cameədə maraq doğurur. “Günəş” adlı ilk şeiri ilə tanınanda, çoxu anladı ki, təbiət vurğunu Vurğundan savayı da vurğunlarımız olacaq…
…Və onlardan biri Nəbi Babayev Nəbi Xəzriyə kimi yol gedəndə hələ neçə-neçə illər ötəcəkdi.1958-ci ildə Xəzərin Xəzrisi onun təxəllüsü, sonra xasiyyəti, sonra isə taleyi olacaqdı:

Gəl bölək dünyanı ikilikdə biz,
Dərə mənə düşsün, dağı sən götür.
Qalsın Yer üzündə qoşa izimiz,
Qara mənə düşsün, ağı sən götür.

Şair sözü dənizin dibində əridib, çuxurunda çalxayıb, dürlü-dürlü kəlamlarını poeziyaya çevirəndə təbii alınırdı.Gülarə xanıma olan təbii məhəbbəti kimi.Övladlarının anası kimi, Arzusunun arzusu kimi sevirdi ömür-gün yoldaşını.Onu itirəndə də məhz şeirlərində sevgi izharını azaltmadı, onunla yaşadı göz yaşı kimi.

Nəbini ah boğar, aman ağladar,
Həsrət də, nisgil də yaman ağladar.
İnsan qədir bilməz, zaman ağladar,
Gözün nə günahı, yaş tökülərsə.

Nəbi Xəzri torpağa bağlı şair idi.Bakı bağlarına bu qədər bağlanmaqmı olar, ilahi?! Hər il iyunun 27-i və 28-i bağa gedəndə 3 gün Xəzri əsərmiş.
-Adaşını salamlamağamı çıxarmış?
-Bilmirəm.
Bildiyim budur ki, şair küləfrəngi sərinindın, Abşeron hənirindən çıxmışdı.
Oxunaqlı şair idi.Davamlı kitabları nəşr olunardı.Vəzifə pillələrində yüksələrkən şəxsi eqosu bu pillələrlə dırmanmazdı.Təvazökarlıq biçilmişdi adına.Yazıçılar İttifaqının katibi olanda da, Tele-Radio Komitəsinin sədr müavini, Mədəniyyət nazirinin müavini işləyəndə də mütəvazi idi.Tamahı əsla şeş vurmazdı.Ustad şairimiz Məmməd İsmayıl həmişə onu nəcib, xeyirxah birisi kimi qələmə verib.

“Başqaları mane olsa da, Nəbi Xəzriyə Allah qəni-qəni rəhmət eləsin, bizə kömək edib hər zaman.O nəsildən mənə ən çox dəstək olan rəhmətlik Nəbi Xəzri idi” – deyər Məmməd İsmayıl.Təkcə Məmməd bəy yox, neçə-neçə şairlərimiz onun köməyindən yararlanıb.

Nəbi Xəzri həm də yurddaş şair idi.Biganə qalmırdı ulusumuzun ağrı-acısına. “Kiçik təpə” poemasına görə təzyiqlərə də məruz qalır.Bəy obrazını sovet dönəmində qəhrəman kimi vermək çoxunun xoşuna gəlmirdi.Heç gəlməsin! “Gürzəni mirzə, dinməzi hərzə” bilənlərin qoparağını yaman götürmüşdü Nəbi müəllim.Zatən o “kiçik təpə” böyük imperiyanın içində balaca məmləkətimizə nişanə idi.
1982-92 ci illərdə yazdığı “Peyğəmbər” əsərində İslam peyğəmbərinə – Hz.Məhəmmədə (əs) ehtiramını bildirir, adınım borcunu qaytarmağa qayrət göstərirdi.Pyeslərində də dəyərlərimizə qahmar çıxırdı. “Sən yanmasan”,” Mirzə Şəfi Vazeh” dediyimə nümunədir. “Burla xatun”,” Torpağa sancılan qılınc” pyeslərində Dədə Qorqud motivlərinin səhnədə yeni təcəssümünü görürük.
Dramaturq 1937-ci il qurbanlarının da xatirəsini unutmamış, “Gecə döyülən qapılar” tamaşasını onlara ithaf etmişdi.
Hər şeyə sinə gərən şairi təkcə ömür-gün yoldaşı Gülarənin ölümü yaman sarsıtmışdı.

Sən getdin, dünyanın
dərdli çağında,
Bir çaya döndüm ki, sısqa axıram.
Sənsiz bir otağın tənhalığında,
Şəklinə baxıram,
yenə baxıram.

Yenə baxır Nəbi Xəzri, övladlarının timsalında görünür, nəvələrinin ədasında, oxucularının könlündə ömür sürür.Qızları Pərixanımın, Güləsərin, oğlu Arzunun arzularında yaşayır.
Arzu bəyi mən də yaxşı tanıyıram.Məclislərdə, konsertlərdə görüşüb, hal-əhval tuturuq.Onun cüssəli, azman görünüşündə sanki atasının nəhəng yaradıcılığı, çöhrəsində Nəbi müəllimin cizgiləri cızılıb.Arzu Babayev bu gün də şairin irsini layiqincə təbliğ edir, şeirlərini sosial şəbəkələrdə paylaşır, atasından xatirələr yazır. Ayrıca ikinci kitabımın – “Tale şairi: Məmməd İsmayıl” romanının təqdimat mərasiminə təşrif buyurduğu üçün Arzu bəyə minnətdarlığımı bildirirəm.
Hərgah bu dəm Nəbi Xəzridən yazdımsa, deməli, aynamı döyən rüzgar Gilavar yox, Xəzri imiş.Pəncərmi döyür ki, Nəbi Xəzri şeirlərindən bir çələng hörsün.Məramı yurd olan şairin bizə sovqatı isə “Azərbaycan” dır. Siz onun adına “baharlı yurdum” da deyə bilərsiniz.Xətriniz necə istəsə, o cür də deyin.Bir də bu çağlar evinizin aynasından göz-qulaq olun, lütfən!
Bəlkə sizin də aynanızı döyən var?!
-Öz aramızdır, zarafat deyil, bu, Nəbi Xəzrinin ömür çəhlimidir, şairin bir nəğmə qanadında hara varacağını kimsə bilməz!

(Essemdə müəllifi olduğum “Sətirlər” və “Tale şairi: Məmməd İsmayıl” kitablarındakı faktlara söykənmişəm)

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Dekabr 2024 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1055

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

01 İyun 2026 08:02see305

Yatmazdan əvvəl bunu yeyənlər sürətlə arıqlayır

01 İyun 2026 01:01see244

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see226

Gənclər niyə daha tez keçəlləşirlər..?

31 May 2026 19:15see195

Bakıda “Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalının açılışı olub

31 May 2026 20:20see194

Bina çökdü, 11 nəfər öldü

01 İyun 2026 04:17see193

“Liverpul”da daha bir ayrılıq

31 May 2026 23:42see193

“Əl ağacı, yoxsa vətəndaş?” Pərvanə Bayramqızı yazır

01 İyun 2026 09:00see192

Zelenski Rusiya ilə müharibədən danışdı: Masa arxasına əyləşib danışmalıyıq”

31 May 2026 22:25see191

İran Prezident Administrasiyası Pezeşkianın istefa iddialarını təkzib edib

01 İyun 2026 02:57see178

Gürcüstan Parlamenti televiziya şirkətlərinin xaricdən maliyyələşməsini qadağan edən qanun qəbul edib

01 İyun 2026 00:34see177

Qocalmanı nələr sürətləndirir?

31 May 2026 20:40see174

Məktəb müəllimi vəfat ETDİ

01 İyun 2026 00:03see173

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see171

Bütün iPhone lar sınaqdan keçirildi: Ən yaxşı model açıqlandı

01 İyun 2026 02:31see170

Qordonun yerinə Liqa 1 dən namizəd

01 İyun 2026 03:17see165

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see163

Əsrlərə meydan oxumuş Nur: Qədim Alban məbədi məhv olmaq üzrədir VİDEOREPORTAJ

31 May 2026 22:26see162

Rusiya ordusu Zaporojyedə dəmir yolunu vurdu: Ölənlər və yaralananlar var FOTO

01 İyun 2026 04:42see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri