Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Valdas Dambrauskas: “Mançester Yunayted”lə matçda “Sabah”ın əsl gücünü öyrənəcəyik”

Valdas Dambrauskas: “Mançester Yunayted”lə matçda “Sabah”ın əsl gücünü öyrənəcəyik”

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının ümumi mərhələsinin birinci turunun “Mançester Yunayted”lə matçından gözləntilərini bölüşüb.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, litvalı mütəxəssis matçöncəsi mətbuat konfransında “Old Trafford”dakı qarşılaşmanın onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini etiraf edib.

“2002-ci ildə mən bura gəlmişdim və mənim məşqçilik sahəsində ilk işim “Manchester United Soccer School” olub. O, “Old Trafford”da yerləşmirdi, lakin ad və loqo eyni idi. Mən bundan qürur duyuram və indi baş məşqçi qismində bura qayıtmaqdan və Çempionlar Liqasında oynamaqdan çox məmnunam”, – deyə Dambrauskas bildirib.

O, “Sabah”ın çox gənc klub olduğunu və hələ bu yaxınlarda doqquz illiyini qeyd etdiyini xatırladıb.

“Klubumuz 2017-ci il sentyabrın 8-də təsis edilib. Dünən təyyarəyə minəndə məhz klubun ad günü idi və biz bunu qeyd etdik. Çempionlar Liqasının əsas mərhələsində debüt etmək həm klub, həm də şəxsən mənim üçün xüsusi bir şeydir. Eyni zamanda “Mançester Yunayted”ə qarşı oynamaq görüşə əlavə simvolizm qatır. Biz bu möhtəşəm gecəni səbirsizliklə gözləyirik”, – deyə mütəxəssis qeyd edib.

Dambrauskas Bakı təmsilçisinin tərəqqisinin nə qədər sürətli olduğunu vurğulayıb.

“Bəzən həqiqətən başa düşürəm ki, biz əvvəllər təsəvvür belə edə bilmədiyimiz səviyyəyə çatmışıq. Klubun cəmi doqquz ili var. Əvvəllər nə Konfrans Liqasına, nə də Avropa Liqasına çıxmışdıq. Əvvəlki illərdə hətta ardıcıl iki mərhələni keçmirdik. İndi isə qəfil özümüzü Çempionlar Liqasında tapdıq”, – deyə o bildirib.

Məşqçi “Sabah”ın yolunu çoxmərtəbəli binaya qalxmaqla müqayisə edib.

“Təsəvvür edin ki, lifti olmayan 12 mərtəbəli binaya daxil olursunuz. Birinci mərtəbədən dərhal beşinci və ya altıncı mərtəbəyə düşmək olmaz. Birinci, ikinci, üçüncü mərtəbələri keçmək lazımdır. Biz isə bu binaya daxil olduq və nədənsə dərhal ən yuxarı mərtəbədə özümüzü tapdıq”, – deyə Dambrauskas söyləyib.

Onun sözlərinə görə, “Mançester Yunayted”lə matç komandanın real səviyyəsini başa düşməyə imkan verəcək.

“Biz bilirik ki, yaxşı komandayıq, amma nə qədər yaxşıyıq – sabah görəcəyik. Çünki indi dünyanın ən yaxşıları ilə yarışacağıq. İndi bizim vəzifəmiz nəticə haqqında düşünmək deyil. Biz yaxşı futbol göstərmək və əslində nə qədər güclü olduğumuzu başa düşmək istəyirik”, – deyə məşqçi vurğulayıb.

Dambrauskas, həmçinin “Sabah”ın Çempionlar Liqasındakı rəqiblərinin səviyyəsinə diqqət çəkib.

“Monakodakı püşkatmadan dərhal sonra deyirdim ki, çətin püşk ola bilər, çox çətin püşk ola bilər və “Sabah”ın püşkü ola bilər. Qarşıda bizi “Mançester Yunayted”, “Barselona”, “Arsenal”, Dortmund “Borussiya”sı, “Napoli” ilə matçlar gözləyir. Bu oyunlar bizim və klubumuz haqqında çox həqiqətləri üzə çıxaracaq – haraya getmək istədiyimizi, nəyə nail olmaq istədiyimizi, hansı səhvlərə yol verəcəyimizi və onlardan necə dərs çıxaracağımızı göstərəcək”, – deyə o əlavə edib.

Bakı təmsilçisinin çalışdırıcısı qarşıdakı görüşdə komandanın dünyanın güclü klublarından biri ilə rəqabət aparmağa qadir olub-olmadığını yoxlamaq niyyətində olduğunu qeyd edib.

“Əsas odur ki, oyundan həzz alaq, bu xüsusi anı hiss edək və onun içində olaq. Əlbəttə, imkanlarımızın maksimumunu və oynamağı bacardığımız futbolu göstərmək istəyirik. Rəqabət tapa biləcəyikmi? Futbol ictimaiyyətini təəccübləndirəcək nəsə edə biləcəyikmi? Məhz bunu görmək istəyirik. Əgər təkcə nəticə haqqında düşünməyə başlasaq, bütün bu məqamlarda diqqətimizi itirəcəyik”, – deyə Dambrauskas yekunlaşdırıb.

“Mançester Yunayted” – “Sabah” matçı sentyabrın 10-da “Old Trafford” stadionunda keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Sentyabr 2026 00:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri