On beş nəfərin ölümü ilə nəticələnən hadisə ilə bağlı məhkəmə sənədləri açıqlanıb
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Avstraliyanın “Bondi” çimərliyində baş verən silahlı hücumda şübhəli bilinən şəxslər hadisənin əvvəlində partlayıcı maddələrdən istifadə edib və hücuma hazırlaşmaq məqsədilə həftələr öncə təlimlər keçiblər. Avtosfer.az BBC-yə istinadla xəbər verir ki, məhkəmə sənədlərində hücumun uzun müddət planlaşdırıldığı bildirilib. Dekabrın 14-də Hanuka bayramı münasibətilə keçirilən tədbir zamanı iki silahlı şəxs atəş açıb. Nəticədə 15 nəfər ölüb, onlarla insan yaralanıb. Məhkəmə materiallarında qeyd olunur ki, hücum zamanı istifadə edilən partlayıcı maddələrdən, o cümlədən “tennis topu bombası” adlandırılan qurğu partlamayıb. 24 yaşlı Navid Akram barəsində 59 maddə üzrə ittiham irəli sürülüb. Bu ittihamlar arasında 15 nəfərin qətli və terror fəaliyyəti ilə bağlı maddə də var. İkinci silahlı şəxs, onun atası Sacid Akram hadisə yerində polis tərəfindən zərərsizləşdirilib. Sənədlərə görə, ata və oğul hücumu bir neçə ay ərzində dəqiqliklə planlaşdırıb. Bildirilir ki, atışmadan iki gün əvvəl onlar “Bondi” ərazisinə gələrək kəşfiyyat aparıblar. Keçən həftə sağ qalanların kimliyini qorumaq məqsədilə polis materiallarının dərcinə müvəqqəti qadağa qoyulmuşdu. Bazar ertəsi bu qadağa ləğv edilib və bəzi sənədlər ictimaiyyətə açıqlanıb. Materiallara hücumdan əvvəl şübhəlilərin hərəkətlərini əks etdirən bir neçə video da daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 23 Dekabr 2025 00:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















