“Ona cərrahi əməliyyat aparmağa kim icazə verib?”
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Tibb sahəsində müəyyən irəliləyişlər olsa da, İmişli və Saatlının bir dənə Lor həkimi yoxdur. Səhiyyə Nazirliyi və TƏBİB bu barədə bir iş görməlidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Səyyad Salahlı Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.
“Bundan başqa, “Qafqazinfo”da dərc olunan “Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət” adlı məqaləni oxumağınızı tövsiyə edirəm. Məlum olur ki, guya estetik cərrah “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova qaynı arvadını əməliyyat edib və nəticə faciə doğurub. Onun heç tibbi təhsili də yoxdur. O, necə cərrahi əməliyyat aparıb? Ona kim icazə verib?”, - deyə deputat bildirib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 26 Noyabr 2024 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















