Nadir cərrahi əməliyyat həyata keçirilib
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin Hatay şəhərində 17 yaşlı qız üzərində bölgədə uşaqlar üçün ilk dəfə tətbiq olunduğu bildirilən cərrahi əməliyyat həyata keçirilib.
Hatay Mustafa Kamal Universitetinin xəstəxanasında döş qəfəsinin anadangəlmə içəriyə doğru çökməsi ilə xarakterizə olunan xəstəlikdən əziyyət çəkən yeniyetmə əməliyyat edilib.
Məlumata görə, tibbdə pektus ekskavatum adlandırılan bu vəziyyət döş qəfəsinin formasında dəyişiklik yaradır və bəzi hallarda tənəffüs problemlərinə səbəb ola bilir.
Əməliyyatın maraqlı tərəfi isə prosesin digər xəstəxanalardan gələn mütəxəssis həkimlərə canlı yayımla nümayiş etdirilməsi olub.
Bildirilib ki, əməliyyat bölgədə uşaq cərrahiyyəsi sahəsində mühüm tibbi yenilik kimi qiymətləndirilir.
///sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 13 Noyabr 2026 04:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















