Icma.az
close
up
RU
Ona çubuqla vuran dostunun atasını bıçaqladı MƏHKƏMƏDƏN VİDEO

Ona çubuqla vuran dostunun atasını bıçaqladı MƏHKƏMƏDƏN VİDEO

Icma.az, Lent az saytına istinadən bildirir.

Şüvəlanda dostunun atasını öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayıb.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən Zahid Bayramovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb. 
Prokuror ittiham aktını elan edib. İttiham aktına əsasən, Şüvəlan qəsəbəsində gödəkçəsində saxladığı bıçağı çıxarıb qonşusu İnqilab Bayramovun döş qəfəsinə və digər nahiyyələrinə 4 dəfə zərbə vuraraq, hadisə yerindən uzaqlaşıb.

Zərərçəkmiş Sabunçu Tibb Mərkəzinə çatdırılan zərəçəkmişə vaxtında tibbi yardım göstərildiyindən, təqsirləndirilən şəxs iradəsindən asılı olmayaraq cinayət əməlini başa çatdıra bilməyib. Həmin gün Zahid Bayramov Xəzər RPİ 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hakim Zahid Bayarmova ittiham olunduğu maddələrin sanksiyasında ona 14 ildən 20 ilədək və ya ömürlük cəza nəzərdə tutulduğunu bildirib.

Z.Bayramov ittiham üzrə özünü qismən təqsirli bilib:
O bildirib ki, onun şəxsiyyətini təsdiq edən sənəd bu vaxta qədər yoxdur. Yəni o bu günə kimi bilmir hansı ölkənin vətəndaşıdır. Bununla bağlı dəfələrlə atas Ədalət Bayramovla mübahisə edib, hətta onda təəssürat yaranıb ki, həmin şəxs onun doğma atası deyil. Çünki uşaqlıqdan özünə qarşı doğma münasibət hiss etməyib. Hadisəyə gəlincə, vurduğu şəxs dostunun atası olub.

Zahid Bayramovun sözlərinə görə, həmin şəxs ona məhəlləyə çıxamaması ilə bağlı xəbardarlıq edib, guya o xuliqandır və oğlunu narkotiklərə qurşandırıb. Əslində, narkotik vasitələrdən istifadə edib, sonra tövbə edib. Bu söz təbii ki, onun xoşuna gəlməyib. Aralarında bununla bağlı dəfələrlə mübahisə ediblər. Ünvanına nalayiq ifadələr işlədib. Hadisə günü sənədlə bağlı evdə atası ilə mübahisə edib, sonra atası evdən küçəyə çıxıb. Oğlu da onun ardınca çıxıb. Küçədə marketin qarşısında mübahisələri davam edib. Bu an, İnqilab Bayramov da yaxınlaşaraq, əlindəki çubuqla onu vurub və söyüş söyüb. Bu səbəbdən üzərindəki bıçağı çıxarıb, ona dəfələrlə zərbələr endirib.

Növbəti iclasda zərərçəkmiş və şahidlərin dindirilməsi nəzərdə tutulub.
Məhkəmə prosesi fevralın 5-nə təyin edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 Yanvar 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri