Icma.az
close
up
RU
“Ona şirkət yaratmağı təklif edib 80 min manat pul verdim” KONKRET

“Ona şirkət yaratmağı təklif edib 80 min manat pul verdim” KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan və xarici şirkətlərin kompüter sistemlərinə qanunsuz daxilolmada, mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edən proqramlar yaratmada və digər kibercinayətlərdə təqsirləndirilən “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

KONKRET.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Belə ki, ifadə verənlərdən biri də “İdrak” şirkətinin prezidenti “Zeromap” MMC-nin təsisçisi Hikmət Abdullayev olub.

O deyib ki, şirkəti serverlərin təhlükəsizliyi ilə məşğuldur. Şahidin sözlərinə görə, təqsirləndirilən şəxslə 2021-ci ildə tanış olub.

“Tural bir adamla gəldi. Dedilər ki, savadlı oğlandır. Bir az söhbət etdik, bacarıqlı insan olduğunu anladım. Mən ona dedim ki, özünü doğrultmaq üçün fürsət verə bilərəm, amma səni hələ ki işə götürməyəcəm. Ona məni serverlərdəki boşluqların maraqlandırdığını dedim. Bu boşluqları tapdığı təqdirdə dövlət orqanlarına məsələ ilə bağlı məlumat verdikdən və bu qurumların mütəxəssislərindən icazə aldıqdan sonra işləyə biləcəyimizi bildirdim”, – şahid deyib.

Hikmət Abdullayevin sözlərinə görə, təqsirləndirilən şəxsə məsələ ilə bağlı şirkət yaratmağı təklif edib və buna görə də ona 80 min manat pul verib:

“Mən ona dedim ki, sən şirkəti yarat, rəhbəri olduğum İdrak şirkəti də sənin təhlükəsizliyini təmin edəcək. Belə də razılaşdıq. Bir müddət sonra DTX əməkdaşları məni hava limanında qarşıladı, istintaqa dəvət etdi. Daha sonra Turalın belə səhvlər etdiyini öyrəndim”.

Hakim şahiddən tanımadığı adama niyə birdən-birə 80 min manat pul verdiyini soruşub.

Şahid Hikmət Abdullayev cavabında bildirib ki, Tural Əliyevin üzərində işlədiyi məsələ serverlərin təhlükəsizliyi üçün vacib olub:

“Mənim ondan istədiyim müdafiə sistemi idi. Əgər Tural xarici şirkətlərin serverlərində boşluqlar tapacaqdısa, biz o boşluqları bağlamaq üçün həmin şirkətlərə müraciət edəcəkdik”.

Proses zamanı hakim şahid Hikmət Abdullayevin ibtidai istintaqa verdiyi ifadəsini də elan edib. O, həmin ifadəsində deyib ki, Tural Əliyev ona Azərbaycanın iki şirkətinin və xarici şirkətin informasiya sisteminə daxil olduğunu deyib. O da bununla bağlı təqsirləndirilən şəxsə iradını bildirib.

Prosesdə ifadə verən digər şahid E.Abdullayevin sözlərinə görə, təqsirləndirilən şəxsi internetdə tanıyıb:

“Turalın işlədiyi sahə üzrə təhsil alırdım. Tural mənə xarici şirkətlərin serverlərinə daxil olduğunu demişdi. Lakin hansı şirkətlər olduğu yadımda deyil”.

Sonra şahidin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O, sözügedən ifadəsində deyib ki, Tural Əliyevin zərərverici proqramlara marağı olub:

“Tural özü də bəzən zərərverici proqramlardan istifadə edirdi. O mənə xarici şirkətlərlə yanaşı, “Ulduz” və “Ultra” adlı yerli şirkətlərin serverlərinə də daxil olduğunu demişdi”.

Müttəhim Tural Əliyev şahidin ibtidai istintaqa verdiyi ifadəsinə münasibət bildirib. O, “Ultra” şirkətinin serverinə daxil olduğunu, “Ulduz” şirkətinin serverinə daxil olmadığını və bu məsələ ilə bağlı özünü qismən təqsirli bildiyini deyib.

Məhkəmə prosesi aprelin 17-də davam etdiriləcək.

İttihama görə,  “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyev 2021-2024-cü illərdə fiziki və hüquqi şəxslərin mobil telefonlarına və digər texniki avadanlıqlara kənardan nüfuz edə bilən casus proqramları əldə edib tətbiqə daxil olub.
Bundan başqa Tural Əliyev xarici ölkələrin şirkətlərinə məxsus hamıya açıq olmayan məlumatlara giriş edərək kiberhücumlar təşkil edib.

Tural Əliyevə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Aprel 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir neçə gün sonra Atletik i təhlil edəcəyik Qurbanov

04 Oktyabr 2025 22:22see161

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see148

“Hicab artıq məcburi deyil” − Bahoner

04 Oktyabr 2025 19:47see145

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see137

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see134

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see131

Tibbdə YENİLİK: Sümük snıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

04 Oktyabr 2025 23:08see129

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see128

90 cı illərin məşhur qrupu bu şəxsə görə dağılıb Çelik ŞOK ADI açıqladı

04 Oktyabr 2025 21:34see127

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see127

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see126

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see126

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see125

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see124

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see124

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see123

Qalatasaray Beşiktaş matçında iki qol vuruldu

05 Oktyabr 2025 00:28see122

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see116

“Bayer” “Union” üzərində inamlı qələbə qazanıb

05 Oktyabr 2025 01:07see115

UEFA nın ən çox pul mükafatı verdiyi 10 ölkənin adı açıqlandı

05 Oktyabr 2025 01:30see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri