Icma.az
close
up
RU
Tanımadığı adama şirkət qurmağı üçün 80 min manat verdi MƏHKƏMƏ

Tanımadığı adama şirkət qurmağı üçün 80 min manat verdi MƏHKƏMƏ

Icma.az, Milli.az saytına istinadən bildirir.

Azərbaycan və xarici şirkətlərin kompüter sistemlərinə qanunsuz daxilolmada, mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edən proqramlar yaratmada və digər kibercinayətlərdə təqsirləndirilən "Zeromap" MMC-nin icraçı direktoru olan Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. 

Belə ki, ifadə verənlərdən biri də "İdrak" şirkətinin prezidenti, "Zeromap" MMC-nin təsisçisi Hikmət Abdullayev olub.

O deyib ki, şirkəti serverlərin təhlükəsizliyi ilə məşğuldur. Şahidin sözlərinə görə, təqsirləndirilən şəxslə 2021-ci ildə tanış olub.

"Tural bir adamla gəldi. Dedilər ki, savadlı oğlandır. Bir az söhbət etdik, bacarıqlı insan olduğunu anladım. Mən ona dedim ki, özünü doğrultmaq üçün fürsət verə bilərəm, amma səni hələ ki işə götürməyəcəm. Ona məni serverlərdəki boşluqların maraqlandırdığını dedim. Bu boşluqları tapdığı təqdirdə dövlət orqanlarına məsələ ilə bağlı məlumat verdikdən və bu qurumların mütəxəssislərindən icazə aldıqdan sonra işləyə biləcəyimizi bildirdim", - şahid deyib.

Hikmət Abdullayevin sözlərinə görə, təqsirləndirilən şəxsə məsələ ilə bağlı şirkət yaratmağı təklif edib və buna görə də ona 80 min manat pul verib: "Mən ona dedim ki, sən şirkəti yarat, rəhbəri olduğum "İdrak" şirkəti də sənin təhlükəsizliyini təmin edəcək. Belə də razılaşdıq. Bir müddət sonra DTX əməkdaşları məni hava limanında qarşıladı, istintaqa dəvət etdi. Daha sonra Turalın belə səhvlər etdiyini öyrəndim".

Hakim şahiddən tanımadığı adama niyə birdən-birə 80 min manat pul verdiyini soruşub. Şahid Hikmət Abdullayev cavabında bildirib ki, Tural Əliyevin üzərində işlədiyi məsələ serverlərin təhlükəsizliyi üçün vacib olub: "Mənim ondan istədiyim müdafiə sistemi idi. Əgər Tural xarici şirkətlərin serverlərində boşluqlar tapacaqdısa, biz o boşluqları bağlamaq üçün həmin şirkətlərə müraciət edəcəkdik".

Proses zamanı hakim şahid Hikmət Abdullayevin ibtidai istintaqa verdiyi ifadəsini də elan edib. O, həmin ifadəsində deyib ki, Tural Əliyev ona Azərbaycanın iki şirkətinin və xarici şirkətin informasiya sisteminə daxil olduğunu deyib. O da bununla bağlı təqsirləndirilən şəxsə iradını bildirib.

Prosesdə ifadə verən digər şahid E.Abdullayevin sözlərinə görə, təqsirləndirilən şəxsi internetdə tanıyıb: "Turalın işlədiyi sahə üzrə təhsil alırdım. Tural mənə xarici şirkətlərin serverlərinə daxil olduğunu demişdi. Lakin hansı şirkətlər olduğu yadımda deyil".

Sonra şahidin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O, sözügedən ifadəsində deyib ki, Tural Əliyevin zərərverici proqramlara marağı olub: "Tural özü də bəzən zərərverici proqramlardan istifadə edirdi. O mənə xarici şirkətlərlə yanaşı, "Ulduz" və "Ultra" adlı yerli şirkətlərin serverlərinə də daxil olduğunu demişdi".

Müttəhim Tural Əliyev şahidin ibtidai istintaqa verdiyi ifadəsinə münasibət bildirib. O, "Ultra" şirkətinin serverinə daxil olduğunu, "Ulduz" şirkətinin serverinə daxil olmadığını və bu məsələ ilə bağlı özünü qismən təqsirli bildiyini deyib.

Məhkəmə prosesi aprelin 17-də davam etdiriləcək. 

Qeyd edək ki, ittihama görə, "Zeromap" MMC-nin icraçı direktoru olan Tural Əliyev 2021-2024-cü illərdə fiziki və hüquqi şəxslərin mobil telefonlarına və digər texniki avadanlıqlara kənardan nüfuz edə bilən casus proqramları əldə edərək tətbiqə daxil olub.

Bundan başqa, Tural Əliyev xarici ölkələrin şirkətlərinə məxsus hamıya açıq olmayan məlumatlara giriş edərək kiberhücumlar təşkil edib.

Tural Əliyevə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham verilib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Aprel 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri