Icma.az
close
up
RU
Ona yol verməyən sürücünün boynunu SINDIRDI KONKRET

Ona yol verməyən sürücünün boynunu SINDIRDI KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda ona yol vermək istəməyən şəxsin boynunu sındıran taksi sürücüsünə hökm oxunub.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən il mayın 30-da saat 04:30 radələrində Bayılda baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Elmar Bağırov (ad, soyad şərtidir) həmin vaxt taksi kimi idarə etdiyi avtomobillə sifariş qəbul etməyə gedib.

Bu zaman Xəyyam dostu Rasim və iki qadının olduğu avtomobildə tək hərəkət zolağının olduğu yola daxil olub.

Nəticədə bir-birinə yol vermək üstündə sürücülər arasında mübahisə yaranıb. Mübahisə zəminində sərxoş vəziyyətdə olan Xəyyam taksi sürücüsü Elmara hücum edib. Lakin o, yerə yıxılıb. Bu zaman Elmar yerdə olan şəxsin boynunu sıxaraq ona ağır xəsarət yetirib.

Xəyyam hər iki əl və ayaqlarının hərəkətinin pozulması ilə nəticələnən və onurğa beyninin ağır dərəcəli əzilməsi, 3-cü boyun fərəqəsinin sınıq-çıxığı ilə müşayiət olunan qapalı fərəqə sütunu travması alıb. Boynu sınan şəxs ağır vəziyyətdə evinə aparılıb.

Zərərçəkmiş şəxsin qardaşı ifadəsində bildirib ki, hadisə nəticəsində Xəyyamın bədəninin 95 faizi funksionallığını itirib: “Hadisə günü gecə saat 04:25-də Rasim adlı dostu qardaşım Xəyyamı halsız və içkili vəziyyətdə gətirib mənə təhvil verdi. Daha sonra Xəyyamı Rasimin maşını ilə təcili tibbi yardım stansiyasına apardıq. Orada içkili olduğu üçün Xəyyamı “Semaşko”ya apararaq mədəsini yuduzdurmalı olduğumuzu dedilər. Xəyyam özünə gəldikdən sonra xəstəxanaya getmək istəmədiyini dedi. Çünki Xəyyamın özünün də boynunun sınmasından xəbəri yox idi. Qardaşım yaxşı olduğunu dedikdən sonra onu evdə qoyaraq işə getdim.

Axşam saat 5-6 radələrində bacım zəng edərək Xəyyamın boynundan aşağı bədən hissəsini hiss etmədiyni dedi. Mən çatana qədər polislər evimizə getmişdi və Xəyyamı TTYS-ə apardılar. 2-3 gün sonra qonşunun qapısında quraşdırılmış müşahidə kameralarına düşmüş videogörüntüyə baxdıqda təqsirləndirilən şəxslə Rasimin mübahisəsi olduğunu, Xəyyamın araya girdiyini və mübahisə nəticəsində belə bir hadisə olduğunu gördük. Hazırda qardaşımın bədəninin 95 faizi işləmir. Xəyyam ümumilikdə 55 gün xəstəxanada qaldı. 50 gün müddətində süni tənəffüs aparatında oldu”.

İbtidai istintaq Elmarı Cinayət Məcəlləsinin 126.1-ci (Qsədən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham etsə də, məhkəmə bununla razılaşmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsin 130.1-ci, yəni, “zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə təqsirli bilinməsinə qərar verib.

Ona 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib və elektron qolbaq taxılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Fevral 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see241

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see209

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see170

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see132

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see131

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see131

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see130

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see129

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see126

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see125

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see124

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see123

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see121

“İranda ailə qalmaqalı siyasi böhranı alovlandırdı: hakimiyyət həm daxili, həm də xarici düşmən axtarır“ İsrail mətbuatı

22 Oktyabr 2025 19:33see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri