Icma.az
close
up
RU
ŞUŞA PARİSİN MÜQAVİMƏTİNİ SINDIRDI

ŞUŞA PARİSİN MÜQAVİMƏTİNİ SINDIRDI

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi  Rusiya, ABŞ və Almaniyanın baş diplomatlarından sonra 21 iyun 2025-ci il tarixində Fransanın Bakıdakı səfiri Ann Buayon da Şuşaya getdi.
Şuşa səfəri zamanı xanım  Ann Buayon deyib: “Bu, mənim Şuşaya ilk səfərimdir. Bu şəhəri kəşf etmək imkanı qazandığım üçün çox şadam. Əvvəllər də dediyim kimi, Şuşanın Azərbaycan xalqının qəlbində çox əziz yeri var. Ona görə ki, Şuşa  Azərbaycan mədəniyyətində çox mühüm rol oynayır. Biz, Azərbaycanın mədəniyyətini formalaşdıran görkəmli bəstəkarlar və şairlərə həsr olunmuş bir neçə muzeyi ziyarət etdik. Tikinti işlərindən və mühüm mədəniyyət ocaqlarının, Azərbaycan mədəniyyətinin simvollarının yenidən canlandırılaraq ziyarətçilərin üzünə açılmasından çox təsirləndim. İnsanlara Şuşaya səfər etməyi tövsiyə edirəm. Düşünürəm ki, bu, Azərbaycanı daha yaxından tanımaq üçün yaxşı yoldur”.

Məlumdur ki, Parisdən rəsmi təlimat almasaydı, Fransa səfiri  Şuşaya səfər etməzdi. Bu fakt rəsmi Parisin  Azərbaycana münasibətdə xoş məramının  təzahürüdür.
Bir müddət öncə  Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Albaniyanın paytaxtı Tirana şəhərində  Fransa prezidenti Emmanuel Makron da  Azərbaycan prezidenti  İlham Əliyevlə görüşmüşdü.
Fransanın Azərbaycandakı səfiri Ann Buayonun  Şuşaya və işğaldan azad edilən ərazilərimizə səfər etməsi; Fransanın indiki  Makron hökumətinin Azərbaycana münasibətinin dəyişməsinin göstəricisidir  
Açıq-aydın  görünür ki, Paris  Bakıya qarşı münasibətləri yumşaltmaq istəyir. Təbii ki, bütün bunlar səbəbsiz deyil.  Emmanuel Makron da  dünyada baş verən prosesləri izləyir.
Ermənistanın baş naziri Nikol Paşinyanın  Türkiyəyə səfəri və İranda baş verən hadisələr rəsmi Parisi bir daha dərindən düşünməyə vadar edir. Yəni, Makron höküməti görür ki, bir tərəfdən Bakı ilə İrəvan  Ankaranın təşəbbüsü ilə   münasibətləri yumşaltmaq  istəyir. Diğər tərəfdən İran-İsrail qarşıdurmasında Azərbaycanın barışdırıcı mövqeyi Bakının nüfüzunu bir daha artırır.
Yaxın Şərqdə və Cənubi Qafqaz regonunda baş verən hadisələrin gedişatı fonunda Paris oyundan kənar vəziyyətdə qalır. 
XVll əsrdən başlayaraq, dünyada baş verən siyasi  hadisələrin əsas iştirakçılarından biri olan Fransa dərin höküməti ; indi  yeni dünya düzəni proseslərindən kənarda qalmaq istəmir. Ona görə də Makron höküməti  Fransadakı erməni lobbisinin istəyinin yox ; Fransa dövlətinin  milli  maraqlarından çıxış etməkdə qərarlı görünür.
Bunun üçün də Paris Bakı ilə  münasibətləri qaydasına salmaq istəyir. 
İlk addım kimi səfirini Şuşaya  göndərir. Lakin rəsmi Bakı da sadəlövh deyil və REGİONDA gedən  prosesləri diqqətlə izləyir.
- İran-İsrail savaşı hələ bitməyib.
- ABŞ-ın müharibəyə qoşulması və İranın nüvə obyektlərini məhv etməsi
Tehranın  dünyanın  iqtisadi damarlarlndan sayılan "Hörmüz boğazını" bağlaması ilə nəticələnə bilər. -- Bu addım ilə İran ABŞ və Avropa ölkələrinə qarşı  təsir və təzyiqini artırmış olacaq.
Nəticədə, yaranacaq  neft-qaz böhranı ; Avropa Birliyinin aparıcı dövləti olan  Fransanı da ciddi iqtisadi və siyasi itkilərə məruz qoya bilər. Bu isə ölkə əhalisinin etirazlarına, hətda hökümətə qarşı  üsyana qalxmasına səbəb ola bilər.
Baş verən hadisələr fonunda görünən odur ki :
1. Şuşa Parisə qalib gəldi.2.  Geosiyasi  proseslər Zəngəzur dəhlizinin açılmasına təkan verəcək.
3. İran və ərəb ölkələrindən Avropaya  ixrac olunan  neft kəskin surətdə azala bilər.
4. Beynəlxalq səviyyəli ORTA DƏHLİZİN həssas  həlqəsi olan Bakının -- Avropa üçün önəmi daha da artacaq. Qazaxstan , Türkmənstan və 
Azərbaycandan  neft , qaz və yaşıl enerji alan ölkələrin sayı artacaq.
5. Fransa da proseslərdən kənar qalmaq istəmir. Əksinə, Paris əsas pay sahiblərindən biri olmaq istəyir.
Regionda gedən geosiyasi proseslərin inkişafı göstərir ki, rəsmi Bakının yürütdüyü ayıq və çevik siyasət ;   Fransanı  Azərbaycanla hesablaşmağa məcbur edir.

Qəvami Sadıqbəyli
25 İyun 2025-ci il

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 İyun 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri