Icma.az
close
up
RU
Öncə Ərdoğanla görüşdü, sonra Əliyevlə… Şuşa əməliyyatı burada tətbiq edilə bilər

Öncə Ərdoğanla görüşdü, sonra Əliyevlə… Şuşa əməliyyatı burada tətbiq edilə bilər

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 11-də Azərbaycana rəsmi səfərə gəlib. Fevralın 12-də prezidentlərin öncə təkbətək, sonra isə geniş tərkibdə görüşü olub.

Somali prezidentinin Azərbaycana səfəri indiki məqamda diqqət çəkir. Əvvəlcə deyim ki, Somali Afrika qitəsinin ən kasıb, destabilizasiya olunmuş ölkələrindən idi. Bundan başqa, ölkənin Somalilənd adlı münaqişəsi və Puntland adlı muxtar ərazisi var.

Somali xüsusilə yuxarıda qeyd etdiyim problemlərlə mübarizə üçün Türkiyədən dəstək almağa başlayıb. Türkiyə 2017-ci ildə paytaxt Moqadişuda özünün xarici ölkədəki ən böyük hərbi bazasını açıb. Bundan sonra Somali ordusu və polisi üçün təlim keçib.

Ankara bu illər ərzində məktəblər, xəstəxanalar və infrastruktur da inşa edib və somalililərin Türkiyədə təhsil alması üçün təqaüdlər ayırıb. Lakin Ankaranın Somaliyə ən böyük dəstəyi bir müddət öncə Efiopiya və Somali arasında imzalanan sazişdir. Ankara uzun illərdir münaqişə içərisində olan tərəfləri bir araya gətirərək tarixi missiyanı gerçəkləşdirdi.

Azərbaycan Suriyada olduğu kimi, Türkiyənin Somalidəki fəaliyyətini də yaxından izləyir, dəstəkləyir. Ümumiyyətlə, Bakı “yeni müttəfiqlər, yeni əməkdaşlıqlar” konsepsiyası üzrə hərəkət edir. Bu, xarici siyasətimizdə yeni yanaşmadır.

Azərbaycan Türkiyənin yaratdığı təhlükəsiz Somaliyə investisiya ayırıb, dirçəlməsinə dəstək verə bilər. Həmçinin Türkiyədə olduğu kimi, somalili gənclərin ölkəmizdə təhsil alması mümkündür: Azərbaycan universitetlərində, xüsusilə Qarabağ Universitetində pulsuz ya da təqaüdlə təhsil alması mühüm strateji addım hesab edilər. Azərbaycan neft və qaz sahəsində ixtisaslı kadrlara malikdir və Somali Bakının bu sahədəki təcrübəsindən faydalana bilər.

Somalini Azərbaycana yaxınlaşdıran ən önəmli faktor isə hərbi-strateji məsələlərdir. Somali Azərbaycan kimi uzun illər münaqişədən əziyyət çəkir. Ölkənin şimalında Somalilənd adlı təktərəfli müstəqillik elan edən qondarma qurum var. Daxili sabitliyin təmin edilməməsi bu münaqişənin həllini gecikdirirdi. Prezident Hasan Şeyx Mahmudun Türkiyə ilə hərbi sahədə əməkdaşlığı rəsmi Moqadişunun gələcəkdə həm də ərazi bütövlüyünü hərbi yolla təmin etməsini aktuallaşdırır.

Hazırda Azərbaycan ordusu ilə yanaşı, Suriya ordusunun da Türkiyə modelinə uyğunlaşdırıldığını deyə bilərik. Xüsusilə bu iki ölkə Türkiyənin məşhur “Bordo Bereli” təlimlərini keçir. Azərbaycan ordusu bu təcrübəni döyüş meydanında tətbiq edən və zəfər qazanan bir qüvvədir. Xüsusilə 44 günlük İkinci Qarabağ müharibəsi, Şuşa əməliyyatı, lokal xarakterli antiterror tədbirləri kimi uğurlar buna misal ola bilər.

Somali Azərbaycanın real döyüş və qələbə təcrübəsini öyrənərək gələcəkdə tətbiq edə bilər. Xüsusilə Şuşa əməliyyatının öyrənilməsi prioritet ola bilər.

Bütün bunlarla yanaşı, rəsmi Bakı Somalinin strateji önəmini yaxşı bilir. Misal üçün dəniz təhlili və məsləhət xidmətləri göstərən Lloyd’s List-ə görə, qlobal ticarətin təxminən yüzdə 12-ni təşkil edən, ildə 1 trilyon dolları aşan mallar Ədən körfəzindən, Somali sahilləri boyunca və Süveyş kanalından keçir. Bakının gələcək qlobal layihələri həm də bu regionda yerləşir. Azərbaycan həm də buna görə Somali ilə əməkdaşlıqda maraqlıdır.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Fevral 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri